Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, artıq Türkiyə tərəfdə işlərə başlanılıb. Layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir və 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
Bu istiqamətdə Azərbaycan tərəfinin hansı işlər gördüyü sualına cavab olaraq "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir.
"Layihələndirmə mərhələsi başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.
Dəmiryol infrastrukturunun sağlamlaşdırılması və modernləşdirilməsində məqsəd həm sərnişinlərin, həm də yüklərin vaxtında və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.
Qars-Naxçıvan dəmir yolu layihəsi həyata keçirildikdən sonra bu xətt Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək və nəticə etibarilə Muxtar Respublikanın regional əhəmiyyətini artıracaq", - qurumdan məlumat verilib.
Qeyd edək ki, türk KİV-ləri layihə çərçivəsində 10 körpü və 144 yeraltı keçidin inşa olunacağını yazıb. Qeyd edilib ki, dəmir yolu xətti saatda 160 kilometr sürət üçün nəzərdə tutulur. Yeni dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası da planlaşdırılır.
Baxış sayı: 230
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
