Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti universitet daxilində keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
Sərgidə tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və ənənələri haqqında geniş məlumat verilib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Bununla yanaşı, Azərbaycan Bayrağının tarixi və rəmzi mənası haqqında maraqlı faktlar bölüşülüb. Ziyarətçilər Azərbaycanın ənənəvi ipək baş örtüyü – kəlağayı ilə də tanış olublar. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş bu atributla yanaşı, sərgidə milli kimliyimizi əks etdirən fərqli mədəni və tarixi elementlər də nümayiş etdirilib. Tədbirə interaktiv ünsiyyət qatmaq üçün qonaqlara nərd oyunu təqdim edilib və oyunun qaydaları izah olunub.
Baxış sayı: 155
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
