FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Repressiyaya məruz qalan Almas İldırım ömrü
25-03-2024, 17:30 | TƏDQİQATLAR-ANALITIKA
Repressiyaya məruz qalan Almas İldırım ömrü

 Məkrli planların tərkib hissəsi olan mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.

XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək bizim əsas hədəflərimizə daxildir. 

 Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Sovet rejimi Almas İldırımı bəy nəslinə mənsubluğuna görə, təqiblərə məruz qoyur. Hətta o, varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetindən xaric edilir.

Qeyd edək ki, Almas İldırım yaradıcılığa ötən əsrin iyirminci illərinin sonlarında başlamışdır. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsinin müəllifi olur. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin yaşayıb-yaratdığı ədəbi mühitdən  formalaşan şairin ilk şeirləri «Maarif və mədəniyyət», «Şərq qadını», «Maarif işçisi» dərgilərində  çap olunmuşdur.

O, milli ruhlu yazarlarına görə, təqib olunur, ləkələnirdi. Bunlardan biri olan B. Zəngili adlı biri Almas İldırım haqqında çox cəfəng fikirlər ortalığa qoyurdu. Belə yazılar repressiyaya hazırlıq idi. Məhz belə böhtan xarakterli yazılardan sonra Almas İldırım Dağıstana sürğün olunmuşdu. müvəqqəti Dağıstanda sürgündə olduğu vaхtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit baraхmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürğün edilərkən ―Əlvida, Bakı adlı şerində vətənə ―can dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin ―bu qurbana acımadığın yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:

 Günahım ―can dedim, sana, qovuldum,

Acımadın bu qurbana, əlvida.

 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.

1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan Almas İldırım bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, böyük məşəqqətlə İran torpağına çatır.

Amma Almas İldırım orada azadlığa qovuşmur, dərhal həbs olunur, 25 gün dustaq olur. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.

 Almas İldırım sonralar memuar kimi qələmə alaraq «Qurtuluş» (Berlin) dərgisində çap etdirdiyi «Bakı хatirələri» adlı yazısında Azərbaycanda yaşadığı dövrdə bir sənətkar kimi qarşılaşdığı çətinlikləri, milli məfkurəli ədəbiyyata qarşı aparılan ideoloji mübarizələri əks etdirməyə çalışmışdır.

 Azərbaycan, mənim tacım, taхtım oy!

Oyanmazmı kor olası baхtım oy

 Bu misralardan artıq duyulurdu ki, bu insan öz Vətənini,  millətini  nəqədər sevir. Onun millətə, xalqa olan sevgisi,  yaradıcılıq eşqi  düşmənlərini, sovet imperiyasının əlaltılarını sevindirmirdi.  

Tədqiqatçı Aslan Kənan   “XX əsrdə repressiyaya məruz qalanlar”  kitabında  (səh. 235.) yazırdı: “Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü toх tutdu, qəddini şaх tutdu, sözünü də uca! Əqidəsini bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, yalançı təriflərə qurban vermədi. Ona görə indi adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən adları dillərdən düşməyənlərin çoхları indi unudulub, dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu gün neçə-neçə dillərin əzbəridir”.

 1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb.

Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.




Baxış sayı: 410
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30