FACT-INFO.AZ » AKTUAL » Qlobal Bakı Forumu - səmərəli beynəlxalq platforma
18-03-2024, 11:00 | AKTUAL
Qlobal Bakı Forumu - səmərəli beynəlxalq platforma

Martın 14-16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu baş tutdu. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda bu Forumun əhəmiyyəti olduqca böyükdür. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli üçün bu gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə ehtiyacı var. Sözsüz bu Forum qloballaşan dünyamızda və həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı idi.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O, qeyd edib ki, XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti bunu bir daha vurğulayıb. Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Bu Forum Davosda keçirilən Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir.

Dövlətimizin başçısı Azərbaycanın suverenliyinin tam bərpa olunmasını çox ciddi geosiyasi dəyişiklik adlandırıb.

Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladan deputat əlavə edib: “Azərbaycan Prezidenti tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var: “… güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik", - deyən Prezident İlham Əliyev bu gün də Azərbaycanın sülh prosesinə sadiqliyini diqqətə çatdırıb və Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. "İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq", – deyən Azərbaycan Prezidenti qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Cavanşir Feyziyev deyib ki, Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə də məlumatlandırıb: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu qeyd edib.

Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq”.

Deputatın sözlərinə görə, XI Bakı Qlobal Forumu artıq uzun müddətdir ki, dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq platformaya çevrilib. Budəfəki Forumda 70-ə yaxın ölkədən 350-dən çox qonağın iştirak etməsini də dünyada bu Foruma və Bakıya artan marağın göstəricisi hesab etmək olar. Təhlilçilər də öz çıxışlarında Bakı Forumunu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün uğurlu siyasi platforma hesab edirlər.

“Bu platforma multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər, xalqlar arasında ünsiyyət yaratmaq, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığın təşviqi baxımından da olduqca əhəmiyyətlidir. Bu Forum Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu Forum vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini beynəlxalq birlik qarşısında sərgiləmək üçün daha bir imkan əldə edir”, - deyən C.Feyziyev fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 165
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30