FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin tarixi romanı əcnəbi dildə çap olunub
15-03-2024, 09:30 | MƏDƏNİYYƏT
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin tarixi romanı əcnəbi dildə çap olunub

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin özbək dilində çap olunan “Qılınc və qələm” tarixi romanının təqdimatı keçirilib.

 Fact-info.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi yaradıcılığının “Gəncədə doğan günəş” adlı kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri və Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri Nurbay Cabbarov romanın özbək dilində nəşrini Özbəkistan ədəbi həyatı üçün tarixi hadisə kimi qiymətləndirib. “Ötən müddət ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərləri, habelə dahi N.Gəncəvi haqqında yazılan bədii, elmi-tədqiqat əsərlərinin tərcümə və çapı həyata keçirilib. Bu sahədə boşluqlar tam şəkildə aradan qaldırılıb. Görülən işlərin uğurlu və ardıcıl şəkildə reallaşması üçün Azərbaycan, Özbəkistan və Türkiyənin tanınmış ədəbiyyatşünaslarının iştirakı ilə Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyəti yaradılıb”, - deyə professor əlavə edib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetin prorektoru, professor Sultan Nurmatov Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin qədim köklərindən söz açaraq, ədəbi əlaqələrin yüksək səviyyəyə çatdığını söyləyib. O qeyd edib ki, son on ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşr özbək dilinə tərcümə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov oxucuların azərbaycanlı müəlliflərin əsərlərinə böyük maraq göstərdiyini bildirib. O, 2021-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunduğunu və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda dahi mütəfəkkirin “Xəmsə” əsərinin, Nizami Gəncəvi əsərlərində türkçülüyə dair özbək alimlərinin monoqrafiyasının nəşr edildiyini vurğulayıb.

Professor Abdulla Uluqov, tərcüməçi alim Babaxan Şərif, professor Uzoq Coraqulov, dosent Gülbahar Aşurova Məmməd Səid Ordubadi yaradıcılığını yüksək qiymətləndiriblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi Məhəmməd Füzuli adına Elmi-Tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qiraət qrupunun çıxışında klassiklərimizə aid Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib.

“Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və “Ön söz”ün müəllifi isə Abdulla Uluqovundur.




Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30