FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qafqazda dinlər” kitabı haqqında
19-12-2016, 09:20 | MƏDƏNİYYƏT
“Qafqazda dinlər” kitabı haqqında

TEAS Press Nəşriyyat Evi Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ingilis dilində “Qafqazda dinlər” (Religions in Caucasus. Baku:TEAS Press publishing House, 2016) adlı kitab nəşr edib. Kitab London Şərq və Afrika Araşdırmaları Məktəbində keçirilən Beynəlxalq konfransın materialları əsasında tərtib olunub. Burada Qafqazda konfessiyaların tarixinə dair tanınan dünya və Azərbaycan ilahiyyatçıları, tarixçiləri, arxeoloq, etnoqraflarının məqalələri toplanıb.
TEAS-dan AZƏRTAC-a verilən məlumata görə, məqalələr “Qədim konfessiyalar: zərdüştlük və iudaizm”, “Qafqazda xristianlıq”, “Qafqazda İslam”, “XIX-XX əsrin əvvəllərində Qafqazda konfessiyalar”, “Dinin ümumi problemləri” bölmələrində qruplaşdırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Aviasiya Akademiyasının kafedra müdiri Fəridə Məmmədovanın Alban kilsəsi və onun yeparxiyaları, Frankfurt Universitetinin professoru Cost Hippertin və Elmi Araşdırmalar Mərkəzinin (Fransa) direktoru, tarix və filologiya elmləri doktoru Bernard Utyenin alban yazısı, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Liana Melikişvilinin Gürcüstan apostol avtokefal kilsəsi, Ruan Universitetinin əməkdar qədim tarix müəllimi Fransua Telyamonun Qafqazın yevangelizasiyası, Tarix İnstitutu, II Pavel İoann Yepiskop Universitetinin vitse-direktoru Martin Rezepkanın XIX əsrin birinci yarısında Qafqazda xristianlıq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyevin Qafqazda İslam və digər müəlliflərin məqalələri elmi dəyəri, yenilikləri ilə Qafqaz dinşünaslığına mühüm töhfədir. Kitabda Qafqazın ən mühüm dini təsisatlarına dair verilmiş illüstrasiyalar onu daha da zənginləşdirilib.
Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov kitaba ön sözündə Qafqazda dinlərin tarixi, müasir vəziyyətinin öyrənilməsinin aktuallığından, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyətindən bəhs edib. Ön sözdə qeyd edilir ki, Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovşağında, Qafqaz regionunun cənubunda yerləşən Azərbaycan cəmiyyəti qədim zamanlardan etibarən multikultural səciyyə daşıyıb. Tarixin qədim qatlarından başlanan bu ənənə zaman keçdikcə Azərbaycanda həyat tərzi olub, müasir dövrdə isə bitkin bir sistemə çevrilib. Azərbaycanın multikulturalizm modeli tarixin sınağından uğurla çıxıb, daim yaşadılıb. Bu multikulturalizm modeli müasir dünyada baş verən etnik, konfessional və siyasi çəkişmələr, geniş vüsət alan terrorizm şəraitində, Şərqdən olan miqrantlar ilə Avropa ölkələri arasında ziddiyyətlərin kəskin şəkil aldığı bir dövrdə problemlərin həlli üçün mühüm çıxış yollarından birini təşkil edir. 
Kitab Qafqazda dinlərin keçmişi və müasir vəziyyəti ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir.

 

 

 




Baxış sayı: 2 040
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031