FACT-INFO.AZ » XƏBƏR » Daha dərin böhran: yeni Ermənistan hökumətinin çətinlikləri
14-12-2016, 09:45 | XƏBƏR
Daha dərin böhran: yeni Ermənistan hökumətinin çətinlikləri

Ekspertlər vurğulayırlar ki, hökumətin aparmaq istədiyi islahatlar faktiki olaraq iflasa uğrayır. Onun çoxlu səbəbləri var. İqtisadçılar burada müxtəlif faktorların təsirindən bəhs edirlər. Həmin sırada inhisarçılıq və korrupsiya xüsusi yer tutur. Ermənistanda demək olar ki, bütün sahələrdə monopoliya mövcuddur. Hətta banan idxalına nəzarət edən konkret şəxslər də vardır. Bundan başqa, iqtidarın həyata keçirdiyi siyasət tam səmərəsizdir. İndi cəmiyyətdə ziddiyyətlər getdikcə artır. Baş nazir Karen Karapetyanın atdığı addımların da real vəziyyətə uyğun olmadığından danışılır. Bunların fonunda yeni hökumətin seçkiyə qədər istefaya gedə biləcəyi proqnozu verilir. Bir sözlə, Ermənistanda böhran yeni səviyyəyə yüksəlir.

Tələ: Sarkisyanın hökuməti çıxılmaza salması

Ermənistan Antiinhisar Komitəsinin sədri David Arutunyanın başına 2011-ci ildə oliqarxlardan birinin tapança dirəməsinə o zaman elə də reaksiya verilmədi. Serj Sarkisyan iqtidarı üçün adi hallardan olan bu hadisənin əsl mahiyyətini erməni cəmiyyəti indi anlamağa başlayıb. Çünki K.Karapetyanın başçılıq etdiyi yeni hökumət oliqarxların ciddi müqaviməti ilə üzləşib. Demək olar ki, bu hökumətin uğurlu olacağına inam heçə enib. Səbəblər isə kifayət qədərdir. Ermənistan ekspertləri və mütəxəssisləri bu barədə açıq danışırlar.

Hər şeydən əvvəl, mütəxəssislər statistik rəqəmlərə müraciət edirlər. Bütövlükdə Ermənistanda onsuz da çox zəif olan iqtisadi inkişaf bu il daha da aşağı düşüb. Nəzərdə tutulan 2,2%-lik artım belə şübhə doğurur. Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, bütün sahələr üzrə geriləmə gözlənilir, o cümlədən kənd təsərrüfatı sahəsində söhbət 7-8%-lik düşüşdən gedir (bax: Наира Айрумян. Правительство Карена Карапетяна ведут к отставке? / "Lragir.am", 22 noyabr 2016).

"Blumberq"ə müsahibə verən baş nazir K.Karapetyanın özü etiraf edib ki, ölkənin xarici borcu 5,8 milyard dollar təşkil edir. Bütövlükdə ümumi daxili məhsulun həcmi isə cəmi 10 milyard dollardır və borc ümumi daxili məhsula nisbətən sürətlə artır (bax: əvvəlki mənbəyə). İqtisadçı Vilen Xaçatryan isə daha maraqlı və konkret faktlardan bəhs edir. Onun dediyinə görə, "borc artımı indiyə qədər görünməmiş haldadır" (bax: Сирануш Папян. Из Армении выводятся инвестиции / "Lragir.am", 23 noyabr 2016).

Belə ki, yeni hökumətə qədər olan dövrdə hər ay borc artımı 50-60 milyon dram olubsa, indi bu rəqəm 108-110 milyon təşkil edir. Özü də 2017-ci ildə nəzərdə tutulan 27 milyard artıq vergi toplamaq proqnozu çətin ki, özünü doğrultsun. Çünki 2017-ci ilin büdcəsi yerinə yetirilməyən 2016-cı il büdcəsi əsasında tərtib olunubsa, o, qeyri-realdır (bax: əvvəlki mənbəyə).

Erməni mütəxəssis belə vəziyyətin yaranmasını ümumilikdə həyata keçirilən iqtisadi siyasətin əsassızlığı ilə izah edir. Burada bir neçə köklü səbəblər göstərir. Məsələn, aprel müharibəsində məğlub olma, ölkədə siyasi böhranın dərinləşməsi və iyul ayında İrəvanda baş verən üsyan buna nümunədir. Dövlət idarəetmə sistemində həyata keçirilən dəyişikliklər və Vergi Məcəlləsinə edilən yeniliklər də iqtisadi sistemi çökdürür (bax: əvvəlki mənbəyə).

V.Xaçatryanın sözlərinə görə, iddialı nazirlərin işdən uzaqlaşdırılmasına onlara yaxın dairələrin reaksiyası Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Sərmayə qoyuluşu ilə bağlı irəli sürülən yeni şərtlər ziddiyyət yaradır. Həm dövlətin idarə edilməsində, həm də təsərrüfat sferasında acınacaqlı durum meydana çıxır. Çünki həmin sahədə çalışanlar nə etmək lazım olduğunu bilmir və "davranışlarında qeyri-müəyyənlik özünü göstərir" (bax: əvvəlki mənbəyə).

Digər tərəfdən, nazirlərin və bir sıra müəssisə rəhbərlərinin dəyişdirilməsi ölkədən kapital axınını sürətləndirə bilər. Onların güclü maliyyəyə sahib olduğu barədə məlumatlar vardır. V.Xaçatryan istisna etmir ki, artıq Ermənistandan müəyyən həcmdə maliyyə qanunsuz olaraq çıxarılıb (bax: əvvəlki mənbəyə). Bu aspektdə konstitusiyaya edilən dəyişikliklər də sərmayəçilərin qərarlarına ciddi təsir edə bilər. Onlar Ermənistana maraq göstərməzlər. İqtisadçının dediyinə görə, onların əksəriyyəti artıq ölkədən pullarını çıxarıblar. Maraqlıdır ki, həmin sərmayəçilər sırasında xaricilərlə yanaşı, Ermənistan vətəndaşları da az deyil.

Rəqəmlər və reallıq: yanlış proqnozların izi ilə uçuruma doğru

Bütün bunlara görə gələn il üçün 3,2%-lik artıma nail olmaq məqsədilə yaradılmış Sərmayə Fondu faktiki olaraq səmərəsiz olacaq. V.Xaçatryan bu kontekstdə vurğulayır: "Ən yaxşı halda əvvəlki mövqelərə qayıtmaqdan danışmaq olar. Bizdə sərmayə göstəricisi mənfidir, yəni bizdən daha çox sərmayə gedir, nəinki daxil olur. Və Ermənistana sərmayə qoymuş ölkələr onları çıxarmağa başlayırlar. Bunlara da borcun 410 milyon dram artacağını da əlavə etsək... vəziyyət aydın olar" (bax: əvvəlki mənbəyə).

Bir sıra erməni ekspertlər bütün bunları əvvəlcədən hazırlanmış plan üzrə fəaliyyətlə izah etməyə çalışırlar. Onların məntiqinə görə, ölkəni bürümüş korrupsiya şəbəkəsi işləri elə qurub ki, K.Karapetyan hökuməti uğur qazana bilməsin. Hətta prezident S.Sarkisyan islahatlarla bağlı bütün səlahiyyətləri baş nazirə verməklə onu tələyə salıb. Çünki S.Sarkisyanın özü korrupsiya şəbəkəsinin başında durur və K.Karapetyana öhdəsindən gələ bilməyəcəyi şeyləri tapşırır. Ölkədə müşahidə edilən iqtisadi tənəzzül və oliqarxların hələ də təsir gücünə malik olması bunun sübutudur.

Bu kontekstdə ekspertlər Ermənistana banan idxalında inhisarçılıq edən oliqarxın əməllərinə diqqət çəkirlər. Belə ki, bugünlərdə Gəlirlər üzrə Dövlət Komitəsi informasiya yayıb ki, Ermənistana bananların gətirilməsinə mane olmaq istəyən qrup zərərsizləşdirilib. Həmin qrup banan idxalı üzrə inhisarçı Miqran Poqosyanın adamlarından ibarətdir. Onlar silahlarla digər banan gətirənləri hədələyiblər. Gömrükdə yaranmış qarşıdurma İrəvandan kömək gələndən sonra aradan qaldırılıb (bax: Наира Айрумян. Бананы: экономическая война объявлена? / "Lragir.am", 22 noyabr 2016).

Ancaq bu, yalnız başlanğıcdır. Hökumət addımlarını atdıqca oliqarxların müqaviməti də güclənəcək. Belə bir vəziyyətin yaranması S.Sarkisyan iqtidarının ciddi problemlər içində olduğuna dəlalət edir. Artıq baş nazirə proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı suallar verilir. O cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasının səhv addım olub-olmaması ilə əlaqədar soruşurlar. K.Karapetyanın cavabı isə bir qədər müəmmalıdır. O deyib ki, əgər ölkə bu ittifaqa daxil olmasaydı, başqa vəziyyət yarana bilərdi (bax: Акоп Бадалян. Карен Карапетян дал классический ответ / "Lragir.am", 22 noyabr 2016). Bu, əslində, cavab deyil, başdan etməkdir. Əgər baş nazir hansısa fakt göstərib, onun əsasında müqayisə aparsaydı, konkret nəticə çıxarmaq olardı. Deməli, Ermənistanın yeni hökuməti də faktiki olaraq qeyri-müəyyən vəziyyətdədir. Bu səbəbdən onun seçkiyə qədər iflasa uğraması mümkündür.

Bütövlükdə götürdükdə, Ermənistanda daxili sosial-siyasi və iqtisadi böhranın daha da dərinləşdiyini demək olar. Yuxarıda aparılan müqayisələr açıq göstərir ki, burada hansısa konkret çıxış yolu tapıldığından söhbət gedə bilməz. S.Sarkisyan iqtidarının yaratdığı korrupsiya sistemi bütün müsbət cəhdləri məhv edir. Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı az deyil. Onun ilk əlaməti iyul ayında özünü göstərdi. Bundan sonra daha geniş və güclü çaxnaşmalar meydana gələ bilər. Ümumiyyətlə, qlobal miqyasda qeyri-müəyyənliyin və risklərin artdığı bir mərhələdə bu, kifayət qədər real variant təsiri bağışlayır. Çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Onun təcrid vəziyyətindən çıxması üçün siyasətində köklü dəyişiklik etməsi, ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Bunlar olmasa, İrəvanın regional əməkdaşlıq prosesinə cəlb edilməsi imkansızdır.

Lakin hələlik İrəvanın bu istiqamətdə dəyişiklik etmək istəyi müşahidə edilmir. Ona Avrasiya İqtisadi İttifaqından əhəmiyyətli yardım ola biləcəyini gözləmək də əbəsdir. Çünki həmin təşkilata daxil olan ölkələrin hər birinin problemləri kifayət qədərdir. İndi Ermənistanda rəsmi dairələr vurğulayırlar ki, təşkilatın hesabına vergidən daha çox gəlir əldə edilir. Ancaq bu, ölkənin iqtisadi infrastrukturunda heç bir yenilik etmir. Ona görə də hansısa keyfiyyət dəyişikliyinə ümid etməyin əsası yoxdur. Ermənistan real olaraq daha dərin böhran vəziyyətinə doğru bir addım da atıb.

Newtimes.az

 

 

 

 

 




Baxış sayı: 1 901
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930