FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » 20 yanvar boynumuzdakı zəncirlərin qırıldığı gündür
18-01-2024, 12:00 | TƏDQİQATLAR-ANALITIKA
20 yanvar boynumuzdakı zəncirlərin qırıldığı gündür

20 yanvarla  bağlı  xatirələrini  bizimlə  bölüşən  Əməkdar jurnalist Nüşabə Hüseynli bildirib  ki, 1990-cı ildə Nərimanov rayonundakı 39 nömrəli orta məktəbin sonuncu sinfində oxuyurdum: "Son iki ildə  ölkəmizdə baş verənlərdən kənarda deyildik. Milli azadlığımız uğrunda Meydan hərəkatına yeniyetmə, gənc olaraq, biz də qoşulurduq.  Dərslərdən sonra sinif yoldaşlarımızla  Azadlıq meydanına gedirdik. Necə ciddi tarixi dönəmi yaşadığımızı məktəbdə müəllimlərimiz bizə izah edirdi. Atam tarix müəllimi idi və bu barədə evdə də söhbətlərimiz olurdu. 20 yanvar gecəsi hamımız evdə idik, qardaşlarımdan başqa. Böyük qardaşım sovet ordusunun zabiti idi, Moskvada idi, kiçik qardaşım isə Moskvadan asılılığa etiraz edilən Meydanda...   
Mənzərəni təsəvvür edəsiniz deyə deyim ki, o vaxt ən son xəbərləri yalnız televizyadan, radiodan alırdıq, nə internet var idi, nə mobil telefonlar. Hər şey hamının dördgözlə izlədiyi televiziyanın enerji blokunun partladılmasından başladı. Həmin vaxt üçün yeganə informasiya mənbəyimizi itirdik. Yaşca böyüklər, o cümlədən, atam bunun nə demək olduğunu yəqin ki anlamışdılar. Atam dərhal geyinib evdən çıxdı. Hara getdiyini belə bilmədik. İlk xəbəri hardan, kimdən eşitdiyimizi artıq xatırlamıram. Həmin vaxt Ziya Bünyadov prospektinin yaxınlığında yaşayırdıq. Birdən ətrafa dəhşətli, az qala, qulaqbatıran səslər yayıldı. Səs əsas yoldan gəlirdi. Evdən çıxıb səs gələn tərəfə yüyürəndə gördük ki, qonşular da yola qaçır. Yoldan sürətlə tanklar keçirdi. O tankların öldürməyə getdiyindən xəbərsiz şəkildə vahiməli mənzərəni seyr edirdik. Birdən tankların biri dayandı. İnsanlar maraqla nə baş verəcəyini gözləyirdilər. Pis nəsə heç kimin ağlına gəlmirdi, ta ki tankın lüləsi bizə tərəf çevrilənədək. Birdən kimsə qışqırdı ki, bizi vurmaq istəyir, qaçın. Bir anın içində dağılışdıq. 
Atam səhərə yaxın qayıtdı. Dəhşət içində idi. Şəhər qanda boğulmuşdu, amma insanlarımız küçələrdə idi. Bəziləri nə baş verdiyini anlamağa çalışır, bəziləri hələ də sovet ordusunun qətliam törətdiyinə inana bilmir, bəziləri də evə qayıtmayan doğmasını axtarırdı. Atam da getmişdi.  Qardaşımdan xəbər ətər yox idi. Morqları gəzmiş, orda da tapa bilməmişdi. Kişi nələr görmüşdüsə, bir günə sanki 10 yaş qocalmışdı. 21-i səhər gəldi qardaşım. Dəhşətli şeylər danışırdı. Qorxu filmi idi sanki. Məktəblər bağlandı, səhv etmirəmsə, bir ay dərslər olmadı. Xaos var idi. İnsanların həyatı, düzəni dəyişmişdi, insanlar nə edəcəyini sanki bilmirdilər. 
Nəhayət ki, boynumuzdakı zəncir qırılırdı. Azərbaycan üçün tarixi mərhələ idi. Həqiqətlərin, gerçəkliyin üzə çıxdığı, sağımızın-solumuzun özünü bəlli etdiyi bir dönəm idi. Təbii, bu faciənin ümumilikdə, tariximizdə və sonrakı mübarizəmizdə yeri, təsiri barədə çox danışmaq olar. Mən sadəcə, həmin günün şahidi kimi gördüklərimi, hiss etdiklərimi bölüşdüm. Nə gözəl ki, Azərbaycanın müstəqilliyi uğrunda tökülən qanlar yerdə qalmadı".




Baxış sayı: 195
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30