FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib
8-12-2016, 12:20 | CƏMİYYƏT
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edib.

ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunub.

Dövlət İdarəçilik Akademiyasının dosenti, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, konfransın məqsədi Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Konfransda iştirak edən ABŞ-ın aparıcı ali məktəblərinin tələbə və doktorantları artıq bir neçə gündür Azərbaycandadırlar. Onlar ölkəmizlə yaxından tanış olur, səmərəli görüşlər keçirirlər.

Sonra Elçin Əhmədov konfransda “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri” mövzusunda təqdimatla çıxış edib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edib ki, akademiyada müxtəlif sahələr üzrə, o cümlədən Qarabağla bağlı tədqiqatlar aparılır. Rektor ölkəmizin ötən illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söhbət açıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov konfransda çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğunu deyən Əli Həsənov ölkəmizin siyasi, iqtisadi, sosial, humanitar göstəricilərə görə regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Prezidentin köməkçisi Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 75-78 faizinin Azərbaycanın payına düşdüyünü diqqətə çatdırıb.

Azərbaycandakı multikultural və tolerant mühit barədə danışan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ölkəmizdə əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Eyni zamanda, Azərbaycanda digər xalqların, dinlərin, etnik qrupların nümayəndələri də dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycanın multikulturalizm modelinin bütün dünyada nümunə göstərildiyini vurğulayan Əli Həsənov deyib ki, ölkəmizdə dövlət tərəfindən müxtəlif dinlərin nümayəndələri üçün ibadətgahlar tikilir və dini icmaların fəaliyyəti maliyyələşdirilir. Bütün bunlar Azərbaycan cəmiyyətindəki multikultural dəyərlərə söykənir.

Professor Əli Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklərdən söhbət açıb. Qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində bütün dini, tarixi abidələri, mədəni, sosial obyektləri dağıdıblar. Azərbaycanda isə paytaxtın mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Otuz min erməni Azərbaycanda təhlükəsiz şəraitdə yaşayır. Azərbaycan dünyada sülhün, multikultural şəraitin bərqərar olmasının tərəfdarıdır.

Azərbaycanın iqtisadi uğurlarından danışan Əli Həsənov deyib: “Zəngin enerji ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun da inkişafı hər zaman diqqətdə saxlanılıb. Belə ki, neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun, insan kapitalının inkişafına yönəldilir. Enerji resurslarından əldə olunan gəlirlər hesabına son 20 ildə Azərbaycan dövləti 50 mindən çox gəncin dünyanın aparıcı universitetlərində təhsil almasını maliyyələşdirib”.

Prezidentin köməkçisi, həmçinin konfrans iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, turizm imkanları, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr barədə də məlumat verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əliyeva ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, Xocalı faciəsi barədə danışıb.

Konfransda, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Arye Qutun, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın, Dövlət İdarəçilik Akademiyasının müəllimi, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini Səfiyə Mehbalıyevanın çıxışları dinlənilib. Onlar ermənilərin Azərbaycan ərazilərinə köçürülmə siyasətindən, Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrindən bəhs ediblər.

Müzakirələrlə davam edən konfransda suallar cavablandırılıb.

 

 

 

 




Baxış sayı: 1 908
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30