FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Bakının qətiyyətli addımı Vaşinqtonu çətin duruma salıb, ABŞ strateji tərəfdaş statusunu itirə bilər
24-11-2023, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Bakının qətiyyətli addımı Vaşinqtonu çətin duruma salıb, ABŞ strateji tərəfdaş statusunu itirə bilər

Bildiyimiz kimi, noyabrın 15-də ABŞ Konqresinin xarici əlaqələr komitəsində xəyali “dağlıq Qarabağın” gələcəyi ilə bağlı keçirilən absurd dinləmələr zamanı Dövlət katibinin köməkçisi Ceyms Obrayen ölkəsinin Azərbaycana qarşı planlarını açıqladı və sonra ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etdi. Bəlli oldu ki, ABŞ sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyini tam bərpa etməsindən, Ermənistanın ölkəmizdəki qeyri-qanuni silahlı birləşmələrinin tərk-silah olunmasından və yaratdığı oyuncaq rejimə son qoyulmasından, o cümlədən blokadada olan Naxçıvanla dəmir və avtomobil yolları vasitəsilə əlaqə yaratması təşəbbüsündən bərk narahatdır və buna görə, yəni BMT Nizamnaməsinə uyğun ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə rəsmi Vaşinqton Azərbaycana sanksiya tətbiq edəcək, yüksək səviyyəli təmasları dayandıracaq, ölkəmizə birbaşa yardımı qadağan edən 907-ci düzəlişi işə salacaq, hərbi yardımları kəsəcək, işğalçı Ermənistana isə əksinə, birtərəfli şəkildə hərbi yardım göstərəcək. Əlbəttə, ABŞ-ın ölkəmizə qarşı qəbul etdiyi bu cür absurd, qeyri-dost, qərəzli və irrasional qərarlarına görə heç kim təəccüblənmədi. Çünki biz ABŞ-ın ölkəmizə birbaşa yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na etdiyi həmin 907-ci düzəlişin 1992-ci ildə Ermənistanın işğalına məruz qaldığımız ən çətin bir vaxtda qəbul etdiyini, 2020-ci ilədək Qarabağdakı separatçıların güclənməsi və təşkilatlanması üçün hər il milyonlarla dollar yardım ayırdığını və ATƏT-in Minsk qrupu vasitəsilə işğalın nəticəsini legitimləşdirməyə çalışdığını unutmamışıq. Fact-info.az AZƏRTAC -a  istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

“Onu da yaxşı bilirik ki, keçən üç il ərzində ABŞ-Fransa-Rusiya üçlüyünün Qarabağın bizdən qoparılması üzrə hazırladıqları məkrli planlarını 2020-ci ildə məhv edən və torpaqlarını işğaldan qurtaran Azərbaycanın tarixi Qələbəsini ABŞ və Fransa həzm edə bilmədi və indi də etmir. Təəssüf ki, Fransanın ardından ABŞ da siyasi riyakarlıq və ikili yanaşma sərgiləyərək ölkəmizə qarşı haqsızlığa və qərəzə yol verdi. Lakin ABŞ 1992-ci ildə Azərbaycana qarşı həyata keçirdiyi yanlış siyasəti təkrarlamaqla çox ciddi strateji səhvə yol verir. Çünki ölkəmiz artıq 1992-ci ildəki zəif, siyasi xaosun və hakimiyyət böhranının hökm sürdüyü Azərbaycan deyil. İndiki Azərbaycan həm Qalibdir, həm güclü Liderə, güclü dövlətə və Orduya malikdir, həm cəmiyyətdə sarsılmaz milli birlik və siyasi həmrəylik mövcuddur, həm də Türkiyə kimi dünyada söz sahibi olan güclü təbii müttəfiqə sahibdir. Digər tərəfdən, ABŞ-ın qəbul etdiyi qərarların praqmatik cəhətdən nə izahı, nə də geosiyasi maraqlar baxımından bu ölkəyə faydası var.

Əgər bəzi ekspertlərin dediyi kimi, ABŞ Ermənistanı birtərəfli şəkildə dəstəkləməklə onu Rusiyanın təsirindən və forpostu olmaqdan çıxartmaq istəyirsə, bunu niyə Azərbaycanın milli maraqlarını təhdid etmək və münasibətləri korlamaq hesabına etməlidir? Onsuz da Azərbaycan Qarabağı azad etməklə və münaqişəyə son qoymaqla Ermənistana fəaliyyət azadlığı vermiş oldu. Sağlam məntiq onu diktə edir ki, məhz buna görə Qərb və ABŞ Azərbaycana minnətdar olmalı, Cənubi Qafqazın ən güclü dövləti ilə strateji münasibətlərini daha da dərinləşdirməli idi. Ancaq görünən odur ki, ABŞ hələlik tamam fərqli bir siyasət seçib və Azərbaycanla ikitərəfli əlaqələrin qorunmasına deyil, bu əlaqələrin pisləşməsinə və ya gərginləşməsinə üstünlük verib. Bu cür münasibət isə təbii ki, cavabsız qala bilməzdi və qalmadı. Rəsmi Bakının ABŞ-ın bu siyasətinə sərt və qətiyyətli reaksiyası bir daha onu göstərdi ki, kimliyindən asılı olmayaraq, Azərbaycan onunla ultimatum və təzyiq dilində danışanlara və milli maraqlarına qarşı çıxanlara adekvat cavab vermək gücündə və qüdrətindədir” – deyə A.Quliyev vurğulayıb.

Deputat bildirib ki, nəticə etibarilə baxaq, görək, ABŞ bundan nə qazandı, nə itirdi? Birincisi, Azərbaycan Ermənistanla sülh danışıqlarının Vaşinqton platformasından və noyabrın 20-də hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da nəzərdə tutulan görüşündən imtina etdi. Sülh müqaviləsinin şərtlərini və imzalanma yerini diktə etmək gücündə olan Azərbaycanı narazı salmaqla ABŞ dünyada və regionda ona çox ciddi geosiyasi dividend qazandıra biləcək vasitəçilik missiyasından mərhum edildi. Vaxtilə Vaşinqtonun və Brüsselin sülh platformalarını müsbət qiymətləndirən Azərbaycanın artıq onların heç birinə inamı qalmadı. Bir neçə gün əvvəl isə Prezident İlham Əliyev isə Ermənistanla heç bir vasitəçi olmadan birbaşa dialoqa hazır olduğunu və tezliklə sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bəyan etdi. İtirən isə ABŞ oldu.

İkincisi, ABŞ Dövlət Departamentinin 907-ci düzəlişi işə salmaqla ölkəmizə birbaşa yardımı qadağan etməsi də bizim üçün heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan nə maliyyə, nə də hərbi yardım baxımından ABŞ-dan asılı deyil. Onsuz da ölkəmiz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılmasında, Ermənistan tərəfindən dağıdılmış 300-dən çox şəhər və kəndimizin yenidən qurulmasında və minalardan təmizlənməsində heç kimdən, o cümlədən ABŞ-dan ciddi bir yardım almayıb. Azərbaycana tətbiq ediləcək yardım sanksiyası, ilk növbədə, (əgər prezident Bayden bu təklifin və Senatda qəbul olunan qanunun əleyhinə çıxmazsa) Vaşinqtonun tez-tez istinad etdiyi ABŞ-ın milli maraqlarına zərbə vuracaq. Artıq cəmiyyətdə və rəsmi dairələrdə ölkəmizə qarşı kampaniyanın önündə gedən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyətinin mənasız və hətta təhlükəli olduğu haqqında birmənalı və haqlı fikir formalaşmaqdadır. Bu mənada, yenə itirən ABŞ olacaq.

Üçüncüsü, Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycanın İran ərazisindən 30 ildir blokadada olan Naxçıvanla dəmir və avtomobil yolları vasitəsilə əlaqə yaratmasının ABŞ üçün qəbuledilməz olduğu haqqında dedikləri də digər məsələlər kimi ölkəmiz tərəfindən birmənalı şəkildə rədd edildi. Əvvəla, ona görə ki, kommunikasiya xətlərinin haradan və necə aparılması haqqında qərarı təkcə Azərbaycanın özü verir və bu onun suveren haqqıdır. ABŞ-ın bu məsələyə müdaxiləsi yersizdir və beynəlxalq hüquqla müdafiə olunan ölkələrin siyasi müstəqilliyinin və daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır. Görünür, hələ də Ceyms Obrayen tam dərk eləmir ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir və öz maraqlarına uyğun istənilən qərarı özü verir.

A.Quliyev qeyd edib ki, bundan başqa, ABŞ-ın bu qədər canfəşanlıqla müdafiə etdiyi Ermənistan üç ildir Zəngəzur dəhlizinin açılmasını ləngidir, götürdüyü öhdəliyi pozaraq Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında maneəsiz əlaqələrin qurulmasına şərait yaratmır. Həmçinin iki ölkə arasında kommunikasiya xətlərinin açılmasına imkan vermir. Buna baxmayaraq, ABŞ nə buna görə, nə də İranla strateji müttəfiqliyə, onun bütün hərbi və iqtisadi potensialından maksimum faydalanmasına görə Ermənistana heç bir irad bildirmir. Ona görə də Azərbaycan rəsmən bəyan etdi ki, İran üzərindən dəmir və avtomobil yollarının çəkilişi ilə bağlı planında heç bir dəyişiklik olmayacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirən layihələrin icrası, o cümlədən İrandan keçən birləşdirici xətlərin çəkilişi daha sürətlə davam edəcək. Burada yenə də itirən ABŞ oldu. Çünki Şərqlə Qərb arasında mühüm ticari, nəqliyyat, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsində, Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında həm ABŞ, həm də Avropa Azərbaycandan çox asılıdır və başqa sözlə desək, Bakıya möhtacdırlar.

“Yekunda isə onu qeyd etmək istərdim ki, son iki gündə Dövlət Departamentinin bəzi rəsmiləri, deyəsən, nə qədər böyük xətaya yol verdiklərinin, Azərbaycana qərəzli münasibət sərgiləməklə ABŞ-ın geosiyasi maraqlarını təhlükəyə atdıqlarının fərqinə varıblar. Bunların arasında Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin və ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi səfir Mihael Karpenterin Azərbaycanın Ermənistanla birbaşa dialoq təklifini dəstəkləməsi və verdikləri açıqlamalarda Ceyms Obrayenin səsləndirdiyi fikirlərin heç birini təkrarlamamaları Azərbaycanla başlatdıqları lüzumsuz gərginliyi azaltmaq istəyi kimi də qiymətləndirmək olar.

İstənilən halda münasibətlərin korlanması Azərbaycanın seçimi olmayıb və onun bərpası da ABŞ-ın qərarı ilə olmalıdır. Bəllidir ki, Bakının qətiyyətli addımları Vaşinqtonu çətin duruma salıb və əvvəlki münasibətlər təcili bərpa olunmazsa, ABŞ Azərbaycanda strateji tərəfdaş kimi statusunu və nüfuzunu tezliklə itirə bilər”, - deyə A.Quliyev bildirib.




Baxış sayı: 130
İran MAQATE müfəttişlərinin nüvə obyektlərinə girişinin müzakirəsi şərtini açıqlayıb Bu gün, 21:00 XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur Bu gün, 19:00 Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference Bu gün, 16:30 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici Bu gün, 16:00 Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Bu gün, 11:30 Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib Bu gün, 11:30 Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:00 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Bu gün, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Bu gün, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Bu gün, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Bu gün, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb Dünən, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb Dünən, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун Dünən, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər Dünən, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha Dünən, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada Dünən, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir Dünən, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib Dünən, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır Dünən, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib Dünən, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək Dünən, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00 NİİM piyadalara müraciət edib 22-06-2026, 11:30 Sovet repressiyasının sındıra bilmədiyi şəxsiyyətlər 22-06-2026, 11:30 Azərbaycan tarixşünaslığının banisi 22-06-2026, 10:00 FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb 22-06-2026, 09:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930