FACT-INFO.AZ » CƏMİYYƏT » Ziyanlığın yarısından qayıtmaq da qənimətdir
12-11-2016, 10:50 | CƏMİYYƏT
Ziyanlığın yarısından qayıtmaq da qənimətdir

Gəzərkən də müxtəlif  mövzular ətrafında düşünməyə, götür-qoy etməyə bolluca vaxtım olur. Bu gəzməyin bəzən çox maraqlı tərəfləri də vardı. Müxtəlif insanlarla qarşılaşırsan. Bunların içərisində bir parça çörək üçün özünü fəda edənlər, bəziləri bütün günü piştaxta arxasında malını tərifləməklə məşğul olanlar, avtobus dayanacağında yekəpər birinin avtobusun hansı istiqamətə gedəcəyini bağıra-bağıra, istiqamətlərə görə sadalayanlar, insanların arasından ilan kimi sıyrılıb sifariş verilən ünvanlara hazır yemək daşıyan cavan-cavan uşaqlar və s.

Bakının Nizami rayonu şəhərdən səkkiz km aralı olsa da gün-gündən gözəlləşir. Bir gözəlliyi də ondan ibarətdir ki, gəlinlərimizin çoxu dahi Nizaminin adını daşıyan rayondan təzə yuvalarına gəlin köçürlər. Dünya standartlarına cavab verən şadlıq sarayları gəlinlərimizin, bəylərimizin şərəfinə tikilmişdir. Bir sözlə Nizami rayonu bizim üçün doğma ocağa çevrilmişdi. Gəzərkən qonşularla görüşüb hal-əhval tutmaq, bəzən də oturub bir stəkan çay içmək adət halını almışdı. Rayonumuzda çox sayda çayxanalar, istirahət köşələri var. Boş vaxt tapdıqda çayxanada  qonşularla oturub domino oynamağın da öz ləzzəti var. Domino oyununa olan həvəs gün-gündən artır. Çox cəzbedici idman növüdür.

Vaxtilə çörək mağazasında işləyən bir ailə ilə tanış olmuşdum. Çörək almağa gedəndə qoymazdılar növbədə dayanım. Sizə çörək saxlamışıq, deyərdilər. Çox vaxt növbədə dayananlar səs-küy salmasınlar deyə, mən də növbəyə dururdum. Vaxtdan istifadə edib, Vaqiflə söhbət edərdik. Onun məzəli söhbətləri mənə ləzzət verirdi. Həyat yoldaşı Kifayət xanım qarmon çalan, Vaqif isə nağara sahəsində çox təcrübəli sənətkar idi. Ən çox da, özünün dediyinə görə, gəlin köçdüyə tez-tez çağırırdılar. Həyatlarından razı ailə idi. Ailəsini halal zəhməti ilə saxlayan insanlardı. Çörək dükanında işləmək çox çətin idi. Bəzən elə olurdu ki, gecə yarıya qədər çörək maşınını gözləməli olurdular. Sonra təhvil-təslim və s. yorucu işlər. Onu yorğun görəndə, əlimdən yalnız təsəlli vermək gəlirdi. O, da həmişə olduğu kimi gülümsünür, qardaş, buna da şükür. İndi iş tapmaq bir o qədər asan deyil. Allahımızdan çox razıyıq, sənətimiz bizim köməyimizə çatır, naşükür deyilik. Mən də onun dediklərini başımla təsdiqləyirdim. Vaqiflə belə söhbətlərimiz tez-tez olurdu. Bir gün yenə gəzməkdən qayıdarkən Vaqifgilin qapısında azacıq ərsəyə gəlmiş balaca beçələr olan bir sandıqvari qəfəs gördüm, içərisində 20-25 beçə olardı.

-Vaqif, dedim. Dostum, bu nədir, deyəsən toyuq biznesinə başlamısan? Onu gülmək tutdu.

-Düz deyirsən, qardaş, elə ki, oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Kifayət xanım bizim şirin-şirin söhbətimizi görüb, Vaqifə tərəf dönərək:

-Ayıb deyilmi? Rüfət qardaşı içəri dəvət et, gəlin oturun,  sizə pürrəng çay dəmləyim.

Mən Kifayət xanıma təşəkkürümü bildirdim.

-Çox sağ olun, dedim.

Vaqifin nəvələri, Allah saxlasın, çox dəcəl idilər. Ələlxüsus də balaca nəvəsi çox maraqlı uşaq idi. Hamının diqqətini çəkirdi. Vaqifin dediyindən belə çıxırdı ki, heç kəs ona irad tuta bilməz, yoxsa atası bizdən inciyər, uşağı çox istəyir. O anda gördüklərimə inanmadım, elə bil ki, yuxu görürdüm. Vaqif mənim uşağa tərəf həyəcanlı baxışımı görüb.

-Rüfət qardaş, sizə nə oldu? Niyə birdən-birə həyəcanlandınız?

-Görmürsənmi, Vaqif qardaşım, nəvən cücəni boğur.

O nəvəsi tərəfə baxıb gülümsündü, əşi canın sağ olsun, uşaqdır, fikir vermə, bir cücə ilə nə olasıdır? Doğrusu, Vaqifin belə hərəkət etməsi məni çox təəccübləndirdi. Qardaş:

-Bəs o cücə canlı deyilmi? O acı çəkmirmi?

Uşaq hələ də cücənin qanadlarını qatlayır, arada bir boğazından sıxırdı. Kifayət xanımdan xahiş etdim ki, uşağı götürsünlər, o Allahın yazıq heyvanına işgəncə verir. Yenə də Kifayət xanım sağ olsun, cücəni uşağın əlindən aldı, buraxdı. Bir dəri, bir sümük olan o cansız cücə dəmbəziyə-dəmbəziyə qəfəsdə olan beçələr tərəfə gedirdi.

Vaqifdən xahiş etdim ki, gedək bir az gəzək. Məqsədim ona Ömər Seyfəddinin “İlk cinayət” hekayəsini danışmaq idi.

Hə, dostum, istəyirəm sənə bir hekayə haqqında məlumat verim. Buyur, qardaş, dedi.

-Sən pis şey danışmazsan, dedi.

-Eşidirəm.

Türk ədəbiyyatında çox sevilən, tanınan simalardan biri Ömər Seyfəddindir.

O, “İlk cinayət” hekayəsində söz açıb deyir ki, baxmayaraq ki, Tolstoy doqquz aylığında hamama girdiyini xatırlayır, mən isə 4 yaşımdan əvvəl heç bir şey xatırlamıram. Tolstoyun barəsində deyilənlər insana xoş ovqat bağışlayır, mən isə öz hərəkətlərimə görə cəhənnəm içərisində qıvrılıram.

Ömər Seyfəddin daha sonra qeyd edir ki, ilk dəfə şirkət gəmisinə mindiyimizi xatırlayıram. Anamın qucağında oturmuşdum. Anam yanında oturan sarışın bir qadınla söhbət edir, deyib gülürdülər. Anam siqaret çəkdiyi müştüyü istədim, verdi. Al, amma ağzına alma, haaa!

Anamın qucağından düşmək istəyirəm, o məni yanına otuzdurur. Anamın dediklərinə məhəl qoymuram, barmağımı müştyün siqaret taxılan hissəsinə soxuram, arada bir müştüyü ağzıma alıb, dişlərimin arasında dişləyib qıcırdadıram. Birdən gözümə bir quş dəyir. O, quşu istəyirəm. Anam məni inandırmağa çalışır ki, oğlum onu tutmaq olmaz. Yenə təkid edirəm, anam zontikin ucu ilə quş oturan yerə toxunur, lakin quş tərpənmir. Anam çiynindəki şalı bir tərəfə qoyub məni yuxarı qaldırır, oğlum əlini uzat, birdən tut. Quşu tuturam ağ tükləri pəmbə ayaqları anam alıb  sığallayır, sonra yanında oturan sarı saçlı qadın da quşu alıb sığallayıb öpür. Mən də öpürəm.

-Ay yazıq hələ körpədir.

-Deyəsən uça bilmir.

-Qağayı cücəsidir.

Yanımızda oturan qadınlar quşu görüb, çox yaşamaz deyirlər. Anam da, bu zavallı yaşamaz deyib, onu mənim qucağıma qoyur.

-Anam deyir ki, evə aparaq, bəlkə yaşadı. O quşu mənim qucağıma qoyub, bərk-bərk tapşırdı, bərk sıxma, oğlum. Quşun tükü çox ağdır, əlimlə sığallayıram. Qanadlarının sümüyü görünür. Uzun qırmızı ayaqları var, heç qaçmaq belə istəmir. Gördüm ki, anamın yanındakı qadınlarla başı söhbətə qarışıb, vaxtdan istifadə edib quşun uzun zəif boynunu ovcumun içinə alıb var gücümlə sıxmağa başlayıram, qanadlarını açmaq istəyir, o biri əlimlə tuturam. Sıxmağa davam edirəm. Hiss edirəm ki, onun zəif dırnaqları dizimə batır. Yenə də bərk-bərk sıxmağa davam edirəm, o səsini çıxara bilmir. Birdən onun sarı dimdiyi açılıb yumulmağa başlayır, incə, şiş dili çölə çıxır. Yumru gözləri əvvəl böyüyür, sonra kiçilir. Anidən əlimi açıram, quşun cəsədi partıltı ilə yerə düşür.

Anam əyilib quşun cəsədini yerdən götürür, ölüb deyib əsəbi halda mənə baxır.

-İnsafsız. Niyə belə etdin?

Anamın suallarına cavab verə bilmədiyim üçün qışqıra-qışqıra ağlayıram. Anamın yanında oturan qadınlardan biri məni günahkar, başqa biri xain uşaq adlandırdı. Anam isə məni ən böyük cinayətkar adlandırdı.

Bu hadisədən otuz il keçməsinə baxmayaraq şirkət gəmilərinə minərkən anamın dediyi sözlər gözümün qabağına gəlir.

Mən qonşum Vaqifə Ömər Seyfəddinin uşaqlıq  xatirəsini danışıb qurtardıqdan sonra baxdım ki, Vaqif özündə deyil. Bu açıq etiraf ona çox təsir göstərmişdi.

Birdən bir sağa baxdı, bir sola baxdı, elə bil ki, nəsə axtarır. Anidən yüksək səslə Kifayət xanımı çağırmağa başladı. Sözün doğrusu, mən bir az özümü itirdim. Fikirləşdim ki, mən harada səhv etmişəm. Elə bu dəmdə Kifayət xanım bizə yaxınlaşdı. Başıma xeyir, görəsən, bu kişiyə nə oldu?

-Nə var a kişi, niyə qışqırırsan?

-Mən qışqırmıram, sadəcə səni çağırdım.

Sonra Kifayət xanım mən tərəfə dönüb, Rüfət qardaş bizi bağışlayın, elə bildim nəsə bir hadisə baş verib.

Vaqif  xanımına dönərək,  Rüfət qardaş məni məcbur etdi ki, baş verəcək çox təhlükəli bir hadisənin qarşısını alım. Nəvəmiz az qalsın ki, cücəni boğub öldürsün. Əlindən aldım, qəfəsdəki cücələrin yanına qoydum. Kifayət xanım qəfəsdə qanadları düşmüş cücəni görüb acıdı. Bir kəlmə:

-Çox sağ ol, Rüfət qardaş.

-Azın qədrini bilməyən çoxun da qədrini bilməz.

Vaqiflə sağollaşıb ev tərəfə gedərkən Vaqifin səsini eşitdim, çox sağ ol, Rüfət qardaş, sən mənim gözümü açdın. Yaşamaq üçün yaşatmaq lazımdır.

Professor  Rüfət Rüstəmov

 

 

 

 

 

 

 




Baxış sayı: 1 977
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031