FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Gələcəyə öz keçmişinin çiynində gedən rəssam”
5-11-2016, 09:25 | MƏDƏNİYYƏT
“Gələcəyə öz keçmişinin çiynində gedən rəssam”

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Əməkdar Rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təsviri sənət kafedrasının dosenti Rais Rəsulzadənin 70 illik yubileyi münasibətilə “Gələcəyə öz keçmişinin çiynində gedən rəssam” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Rəfael Gülməmmədov açaraq yubilyarın həyat və yaradıcılığından danışıb.

Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olan R.Rəsulzadə bir çox dəyərli rəsm əsərlərinin müəllifidir. O, 500-dən çox gözəl sənət əsəri yaradıb, rəssamlıq sənətində böyük uğurlara imza atıb.

Tədbirdə sənətşünas Ziyadxan Əliyev, professor Kubra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və Xalq Rəssamı Ağaəli İbrahimov çıxış edərək R.Rəsulzadənin təsviri sənətin inkişafına verdiyi dəyərli töhfələrdən söhbət açıblar.

Rais Rəsulzadənin keçdiyi həyat yolundan danışan çıxışçılar bildiriblər ki, o, son dərəcə çətin, əzab-əziyyətli, eyni zamanda, şərəfli və ləyaqətli bir ömür yolu keçib. 1946-cı il noyabrın 1-də sürgündə, Qazaxıstanda anadan olan R.Rəsulzadə orada böyüyüb, orta məktəbi bitirib. Amma Vətən sevgisi onu doğma Azərbaycana çəkib gətirib. Onun bütün həyat və fəaliyyəti xalqına və Vətəninə xidmətdə keçib. Rais Rəsulzadə Azərbaycanın ən şanlı soyadlarından birini daşıyır.

Qeyd edilib ki, Rais Rəsulzadə görkəmli rəssam olmaqla yanaşı, həm də pedaqoqdur. O, əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə ADPU-da təhsil alıb və bütün həyatını pedaqoji universitetə bağlayıb. Rais Rəsulzadə dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunan əsərləri ilə Azərbaycanı, xalqımızın zəngin mədəni irsini tərənnüm və təbliğ edib.

Bildirilib ki, Rais Rəsulzadə tələbələrin sevimli müəllimi kimi uzun illərdir zəngin pedaqoji təcrübəsini yorulmadan gənclərlə bölüşür.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Noyabrın 14-dək davam edəcək sərgidə rəssamın “Ana”, “Rəssam. Tənhalıq”, “Qız qalası”, “İçərişəhər”, “Dəniz gün batanda” və başqa əsərləri maraqla qarşılanıb.

 

 

 

 

 




Baxış sayı: 2 147
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031