FACT-INFO.AZ » SİYASƏT » İranda ictimai-siyasi vəziyyət gərginləşir
5-04-2023, 11:45 | SİYASƏT
İranda ictimai-siyasi vəziyyət gərginləşir

Məsələnin mahiyyəti ondan ibarətdir ki, aksiyalar başladığı gündən hakimiyyət xalqın səsinə qulaq asaraq problemləri aradan qaldırmaq əvəzinə, tamamilə əks mövqe nümayiş etdirərək insanlara divan tutmağa başladı.

 Xatırladaq ki, ötən il Tehranda əxlaq polisinin zorakılığına məruz qalan gənc qızın ölümü İran ictimaiyyətinin səbir kasasını daşdırdı. Xalqın günahkarları cəzalandırmaq və antidemokratik qanunları aradan qaldırmaq tələbinin qarşısına hakimiyyətin, necə deyərlər, top-tüfənglə çıxması əhalini daha radikal addımlar atmağa sövq etdi. Daha sonra yanlış addımlarını düzəldib insanları sakitləşdirmək əvəzinə, hökumət tərəfindən kütləvi həbslər və edamlar başladı. Etiraz aksiyalarının 200-dən çox iştirakçısı artıq edam olunub, 500-dən artıq şəxs azadlıqdan məhrum edilib. Miyana şəhərində 7 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət olunmadığı üçün ləğv edilib.

 Bütün bunlar onu deməyə əsas verir ki, molla rejimi hər hansı islahat apararaq ölkədə azad, demokratik mühit yaratmaq fikrində deyil. Rəsmi Tehranın bu siyasəti xalqın müqaviməti ilə qarşılaşır və vəziyyət getdikcə daha da gərginləşir. Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qızın xalq arasında Azərbaycan rəqsini ifa etməsi, hicablı qadının isə onu təbrik etməsi, Xuzistan əyalətində Qaşqay türklərinin 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd etməsi, mərasimdə hicablı və hicabsız qadınların, kişilərin birlikdə iştirak etmələri artıq xalqın molla rejiminin qadağalarından cana doyduğunu göstərir. Bununla yanaşı, Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim fəal Süleyman Abdinin həbsi davam edərsə, Birliyin üzvləri Saqqız şəhərində təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Süleyman Abdinin təqsiri sadəcə olaraq aksiyada iştirak edib gənc qızın polis tərəfindən öldürülməsinə etiraz etməkdən ibarətdir.

 İran xalqına molla rejiminə qarşı mübarizədə xaricdə yaşayan həmvətənləri də dəstək göstərirlər. ABŞ–nin Virciniya ştatında bir parkda iranlılar aksiyalarda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək Novruzun 13-cü günü mərasimini qeyd ediblər. Almaniyanın Düsseldorf şəhərində iranlılar builki Novruz mərasimini İrandakı etirazlara dəstək olaraq keçiriblər. Onlar bəyan ediblər: “Biz iranlıyıq və harada olsaq da, öz mədəniyyətimiz və dilimiz var. Bununla da ölkəmizin mədəniyyətini və dilini geri alırıq”. Londonun Trafalqar meydanında iranlıların nümayişi keçirilib. “Qadın, Həyat, Azadlıq!”, “Kişi, Vətən, Abadlıq”, “İran hazırdır, Əmr ver, Şahzadə” şüarları səsləndirilib.

 İran hökumətinin xalqa qarşı kəskin mövqeyi, problemləri həll etmək əvəzinə, yaxın qonşularını təhdid edib ictimaiyyətin diqqətini yayındırmağa cəhd etməsi və sadəcə olaraq haqqını tələb edənləri edam hökmünə məruz qoyması ziyalı təbəqənin ölkəni tərk etməsinə səbəb olub. Artıq İranda hamı başa düşür ki, ölkənin heç bir perspektivi yoxdur. Təsadüfi deyil ki, İranı tərk edənlərin sayı gündən-günə artmaqdadır. Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək Kanada və ABŞ-yə köçürdü. Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020-ci, 2021-ci və 2022-ci illərin hər birində İranı təqribən 120 min nəfər tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar - bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər ölkəni tərk edərək azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar.

 Hazırda ABŞ-də 6 milyondan çox iranlı emiqrant yaşayır ki, onların əksəriyyəti ixtisaslı kadrlardır. Almaniya və İsveç kimi ölkələr də İrandan gələn ixtisaslı həkimləri işlə təmin edir. Kanadada 4 milyona yaxın iranlı yaşayır. Onlar əsasən bank sahəsində çalışanlar və iş adamlarıdır.

 Göründüyü kimi, hakimiyyətin həyata keçirdiyi saxta ideoloji kurs, insanların özünü reallaşdırmaq şanslarının olmaması, radikal qanunlar və digər məhdudiyyətlər İrandan kütləvi köçün əsas səbəblərindəndir. Bu problemin əsasını təşkil edən amil ondan ibarətdir ki, yaranmış vəziyyəti nəzərə alan imkanlı şəxslər ölkədən gedirlər. Qalanları isə imkansız və əhalinin aztəminatlı təbəqəsidir. Bu təbəqənin isə itirməyə heç nəyi qalmayıb və elə buna görə də məhkəmələrin edam və uzunmüddətli həbs qərarları insanları etiraz aksiyalarına çıxmaqdan çəkindirmir.

 Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə xalq İranın böyük şəhərlərində etirazları, hakimiyyət isə edamları və təzyiqləri davam etdirir. Bu da ölkədə vəziyyəti gündən-günə daha da gərginləşdirir.  (Azərtac)




Baxış sayı: 260
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031