FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qəhrəmanlıq tariximiz – şanlı Aprel döyüşləri
2-04-2023, 10:20 | MƏDƏNİYYƏT
Qəhrəmanlıq tariximiz – şanlı Aprel döyüşləri

 Məqsədimiz erməni yalanlarını ifşa etmək, erməni vandallarının mənfur niyyətlərini, çirkin əməllərini, tarixən başımıza gətirdikləri soyqırımı faciələrini və bizə qarşı təşkilatlanma faktlarını tarixi gerçəkliklərlə göstərmək və onların bu mənfur əməllərinə qarşı apardığımız mübarizələri, qazanılan uğurları türkiyəli tamaşaçılarımız qarşısında sənət təcəssümü ilə canlandırmaq idi.

Ürəyimiz çırpıntıda, qulağımız səsdə, gözlərimiz internet resurslarında nigarançılıq içində yola davam edirdik. Ancaq qəhrəman ordumuzun bizi sevindirəcəyinə, cəbhədən xoş xəbərlər alacağımıza tam əmin idik. Bu əminliklə Tbilisi şəhərində biz kollektiv şəkildə Ulu Öndərimizin abidəsini ziyarət etdikdən və elə böyük liderimizin abidəsi önündə, ruhu qarşısında ordumuza və xalqımıza dualar qılaraq yolumuza davam etdik. Yol bizə bir tərəfdən ağır gəlirdi, ona görə ki, nigarançılığımız vardı, bir tərəfdən də sanki quş kimi uçurduq, çünki ürəyimizdəki güvənc hisslərimiz bizi qanadlandırırdı. Bu güvənc, ilk növbədə, Ali Baş Komandanımızın siyasi biliyindən, ağlından və dərrakəsindən, qorxmaz cəsarətindən və hünərindən, dönməz iradəsindən və mətanətindən, vətənpərvərlik qüdrətindən, eyni zamanda, igid hərbçilərimizin şücaətindən və əzmindən güc alırdı. Aktyorlarımızın ara-sıra müxtəlif istiqamətlərdən aldıqları bəzi, hələ rəsmiləşməmiş xoşətirli xəbərlərin ilkin müjdələri bizi daha da inamlı olmağa sövq edirdi. Yol güzargahımız belə idi ki, biz Gürcüstan Respublikasının ermənilərin sıx yaşadığı Axalkalaki adlanan şəhərindən keçməli idik. Təbii ki, cəbhəmizdəki vəziyyətdən xəbərdar olan gürcü dostlarımız bizə başqa yoldan getməyi tövsiyə etdilər. Mən o zaman İrəvan Teatrının kollektivinin əzminə heyran qaldım. Oradakı ovaxtkı vəziyyət sanki bir tamaşanın finalına bənzəyirdi. Elə ki, mən qəti şəkildə yolumuzdan ayrılmayacağımızı bildirdim, əziz oxucu, kaş kollektivimizin həmin anda bir səslə – müəllifi olduğum “Qurtuluş” tamaşasındakı “Öldü var, döndü yoxdu!” kəlmələrinin xorla hayqırtısını gözlərinizlə görəydiniz. Gürcü dostlarımız heyrət içində idilər. Sənət xadimlərinin bu dönməz iradəsi onları heyran qoymuşdu. Mat vəziyyətində bir-birinin üzünə baxırdılar. Bu baxışlar onun ifadəsi idi ki, bu xalqın sənətkarları belə cəsarət sahibidirlərsə, görün onda onların ordusu hansı qüdrətə malikdir. Beləcə, yolumuza davam etmək üçün izn verildi. Axalkalakinin tən ortası ilə şütüyən, üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanan avtobusun pəncərələrindən bizə mat-mat baxan ermənilər Lələtəpədəki qalibiyyətimizi qəbullanırlarmış kimi donub qalmışdılar.

Türkiyədə olarkən cəbhədən hər gün aldığımız yeni qələbə müjdəsi bizi daha da ruhlandırırdı. Türkiyənin ən böyük şəhərlərində oynadığımız tamaşanın sədası Aprel döyüşlərində qazanılan qələbənin ovqatı ilə tamaşaçıları coşdururdu. Elə oradanca, bütün dünyaya, Ali Baş Komandanımızla, onun qurduğu müasir Azərbaycan Ordusu ilə və möhtərəm Prezidentimizin dünyanı qarşısına ala biləcək hünəri ilə “İrəli!” – deyə, fərəh dolu sözlərimizi səhnədən hayqırırdıq. Tamaşalarımız, qələbə xəbərlərimizin vəhdətində və bizim, eləcə də türkiyəli soydaşlarımızın həmrəyliyi, birliyi ilə son dərəcə böyük coşqular yaradır, sürəkli alqışlarla qarşılanırdı. Təbii ki, bizim bir məqsədimiz də məhz həmin tamaşa ilə Cocuq Mərcanlıya qədəm qoymaq, qələbəmizin havasını orada udmaq və eyni coşqu ilə orada çıxışlar etmək idi. Bu arzumuz biz vətənə döndükdən sonra baş tutdu və şükürlər olsun ki, Qarabağa qayıdışın ilk pilləsi olan Aprel döyüşləri Qarabağımıza böyük qayıdışın təməlinə çevrildi.

Biz xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi fenomen Ulu Öndərimiz, onun siyasi varisi, dünya siyasi arenasında bütün parametrlərdən öz böyüklüyü ilə seçilən İlham Əliyev kimi müasir siyasi liderimiz, Müzəffər Ali Baş Komandanımız və qəhrəman, yenilməz Ordumuz vardır!


 C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, 

sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev




Baxış sayı: 270
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031