FACT-INFO.AZ » XƏBƏR » Səfir: "Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır"
31-03-2023, 17:50 | XƏBƏR
Səfir: "Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır"

Fact-info.az-ın xəbərə görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İşğaldan zəfərə. Qazi Universitetində Qarabağ və Xocalı” adlı anım tədbirində bildirib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Qazi Universitetində baş tutan tədbirdə Türkiyə hökumətinin nümayəndələri və digər rəsmi şəxslər, millət vəkilləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet rəhbərliyi, müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirdə çıxış edərək Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün əsrlər boyunca həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb: “31 mart soyqırımı hadisələri çərçivəsində100 minlərlə insanımız qətlə yetirildi. Tariximizi bilmək, birgə və güclü olmaq həyat prinsipimizə çevrilməlidir, qisas üçün deyil, varlığımızı yaşatmaq və inkişaf etdirmək üçün. Tarixi keçmişimizi bilmədən gələcəyi öyrənmək mümkün deyil. Çünki biz bizə qarşı aparılan siyasətə qarşı yalnız tariximizi bilməklə mübarizə aparar və bir daha təkrarlanmaması üçün tədbirlər görə bilərik".

Səfir azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımlarla yanaşı 1992-ci ildə törədilən Xocalı soyqırımını da xatırladıb. O qeyd edib ki, bu faciələr fərqli tarixlərdə ermənilərin əli ilə törədilsə də, eyni ssenarilər üzrə müsəlman türklərin soyqırımına yönəldilib. R.Məmmədov bu cinayətlərin təkrarlanmaması üçün hüquqi qiymət verilməsi, onları törədənlərin qanun qarşısında cəzalandırılmasının zəruri olduğunu vurğulayıb: “Ona görə də türk dünyası tarixi faktları dəqiqliklə öyrənib, dəyərləndirib, birgə addımlar atmalı və daha da güclənməlidir”.

Çıxışçılardan Türkiyə Böyük Millət Məcliisnin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım XX əsrdə azətbaycanılılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili bütün çətinliklərə rəğmən Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını və Türkiyənin də hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar 31 mart 1918-ci ildə Bakı və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımının vəhşətinə diqqət çəkib, faktları səsləndirib. TADİV rəhbəri xalqımıza qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, həmçinin gənc nəsillər tərəfindən tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasının zəruriliyini vurğulayıb.

Qazi Universitetinin rektoru professor Musa Yıldız və Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi direktoru professor Alev Kuru çıxış efərək Qazi Universitetinin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, uzun illərdir Azərbaycan xalqının haqq işinə dəstək xarakterli tədbirlərin Qazi Universitetinin müəllim və tələbə heyətinin birgə səyləri ilə keçirildiyini qeyd ediblər.

Çıxışçılar 1998-ci ildən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sərəncamı ilə rəsmi olaraq anılan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəhşətli tarixi faktları səsləndiriblər.

Bundan sonra “İşğaldan zəfərə uzanan yolda Qazi Universitetində Qarabağ və Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Qazi Universitetinin təşəbbüsü ilə müxtəlif vaxtlarda nümayiş etdirilmək üçün çəkilmiş, daha sonra Xocalı soyıqırımına qarşı beynəlxalq cəmiyyətin ədalətsiz yanaşmasına etiraz məqsədilə müəllifləri tərəfindən qaralanaraq bu şəkildə nümayiş etdirilmiş Xocalı ilə bağlı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim edilib və rəsm əsərlərinin işğaldan azad olunmuş ərazilərimizdə gələcəkdə inşa ediləcək muzeylərdə nümayiş etdirilməsi məqsədilə Azərbaycan tərəfinə hədiyyə edilməsi barədə sertifikat səfir Rəşad Məmmədova təqdim edilib.




Baxış sayı: 254
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Bu gün, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031