FACT-INFO.AZ » XƏBƏR » BMT sessiyasında İran və Ermənistandakı dözümsüzlük halları sərt tənqid olunub
25-03-2023, 13:20 | XƏBƏR
BMT sessiyasında İran və Ermənistandakı dözümsüzlük halları sərt tənqid olunub

Fact-info.az xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.

Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir. Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər.

Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.

Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb. Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb.

Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak ediblər.




Baxış sayı: 242
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031