FACT-INFO.AZ » AKTUAL » İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib
14-03-2023, 13:10 | AKTUAL
İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildiriblər ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə bu günlərdə İran hərbi təyyarəsinin Azərbaycan hava məkanını pozması hadisəsinə qiymət verilib.

Qeyd olunub ki, sözügedən sərhəd pozuntusu İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, azərbaycanlılar üçün həssas ərazi olan Ermənistanın Qafan şəhərində konsulluq açması, Azərbaycanda casus şəbəkəsindən istifadə etməkdə təqsirli bilinməsi və ölkəmizin Tehrandakı səfirliyinə hücum təşkil edərək təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşının qətlə yetirilməsindən sonra baş verib. Müəllif bütün bunların Bakının İsrail Dövlətində səfirlik açdığını elan etməsindən sonra baş verdiyinə diqqət çəkərək, hadisələrin təsadüfi olmadığını diqqətə çatdırıb.

İsrailli politoloq İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı admiral Əlirza Təngsirinin “əl-Ələm” telekanalına verdiyi açıqlamadan da iqtibas gətirib: “Onlar sionistləri öz ölkələrinə gətirdikləri zaman biz ikiqat qisas alacağıq və İranın maraqlarına qarşı sui-qəsdlərin doğulduğu istənilən ərazini əzəcəyik. Bunlar, sadəcə, şüar deyil, əməli tədbirlərdir”. Müəllif hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum və bu yaxınlarda İran tərəfindən Azərbaycanın hava məkanının pozulması Azərbaycan-İran münasibətlərinin pisləşməsi ilə əlaqədar gözlənilən aysberqin görünən hissəsidir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın güclənməsi İranın Qafqazda zəifləməsinə səbəb olduğu üçün iki ölkə arasında münasibətlər pisləşib. İran elə bir vəziyyətlə üzləşib ki, daxili etiraz hərəkatını vəhşicəsinə repressiyaya məruz qoyduğu üçün beynəlxalq sanksiyalarla çarpışan molla rejiminin can damarı olan Ermənistanla sözün əsl mənasında əlaqəsi kəsilib. Belə bir vəziyyətdə Azərbaycanı özünün Naxçıvan anklavı ilə birləşdirəcək və İranın Ermənistanın böyük hissəsi ilə əlaqəsini kəsəcək Zəngəzur dəhlizinin inşasının ölkəmiz tərəfindən müzakirəyə çıxarılması Tehranda Azərbaycana qarşı düşmənçiliyi daha da alovlandırıb. Məsələ ilə əlaqədar İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahiana da istinad olunub: “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

Sabiq nazir bu qənaətdədir ki, qeyd olunanlarla yanaşı, İran əhalisinin 40 faizinin öz ana dilində işləməyə, təhsil almağa can atdığı üçün davamlı repressiyalara məruz qalan, habelə iradələrinin əksinə olaraq zorla İranın bir hissəsi olmağa məcbur edilən etnik azərbaycanlıların təşkil etməsi və onların əksəriyyətinin İrandan ayrılaraq müstəqil Cənubi Azərbaycan yaratmaq istəyi nəzərə alınarsa, Bakı ilə Tehran arasında gərginliyin daha da artacağını gözləmək olar. Müəllif belə bir vəziyyətdə molla rejiminin özünün ölkədə etiraz hərəkatına səbəb olan səhvlərini etiraf etmək əvəzinə, sözügedən daxili iğtişaşları Azərbaycan və İsrail də daxil olmaqla xarici qüvvələrin üzərinə atmasını növbəti yanlışlıq adlandırıb: “Nə qədər ki, bu belədir, İran- Azərbaycan münasibətlərində geriləmə davam edəcək, cənubi azərbaycanlılar öz azadlıqlarını hər zamankından daha çox enerji ilə tələb edəcək və təbii olaraq Bakı ilə Yerusəlim onlara öz milli müqəddəratını təyin etmək yolunda dəstək olacaq”.




Baxış sayı: 225
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30