FACT-INFO.AZ » XƏBƏR » Ermənistanın ən böyük cinayəti ərazilərimizin sistemli şəkildə minalanmasına imza atmasıdır
1-03-2023, 09:10 | XƏBƏR
Ermənistanın ən böyük cinayəti ərazilərimizin sistemli şəkildə minalanmasına imza atmasıdır

Bundan başqa, Ermənistanın ən böyük cinayəti, heç şübhəsiz, ərazilərimizin sistemli şəkildə minalanması terroruna da imza atmasıdır. Minaların basdırılmasının digər bir neçə məqsədi isə mümkün qədər çox sayda azərbaycanlıların həlak olmasına nail olmaq, azad etdiyimiz ərazilərimizə qayıdışımızı maksimum uzatmaq və sair məsələlərdir.

Bu fikirləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

“Otuz ilə yaxın müddətdə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərinin böyük bir hissəsini minalayıb. Ermənistanın Azərbaycan ərazilərini, xüsusilə mülki əhalinin istifadəsi üçün nəzərdə tutulan yolları və əraziləri minalaması hərbi cinayətdir. İşğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın saldığı “mina tarlaları” 800 min azərbaycanlı məcburi köçkünün həyatını təhdid edir. Bu, həm də öz yurd-yuvalarına qayıtmaq arzusunda olan yaşlı insanlara qarşı mənəvi terrordur. Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycan dövlətini ciddi narahat edir. Ermənistan 44 günlük müharibə nəticəsində imzaladığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının vacib təhlükəsizlik razılaşmasından biri kimi minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üzərindən də geniş manevr etdi. Həmin bəyanatın ilkin və vacib şərtlərindən biri də məhz Rusiya sülhməramlılarının bu xəritəni əldə edərək Azərbaycana təqdim etməsi ilə bağlı idi. Ermənistan əvvəlcə Azərbaycanın tələbinə cavab olaraq beynəlxalq vasitəçi və iştirakçı tərəflərə guya belə bir xəritənin olmaması kimi fikirlər təqdim etdi. Halbuki bunun həqiqət olmadığına dəlalət edən bir neçə kənar sübutlar da var idi”, - deyə politoloq vurğulayıb.

Onun fikirlərinə görə, 44 günlük Vətən müharibəsinə qədərki dövrdə ermənilər tərəfindən bir nəfərin belə minaya düşməsi haqqında məlumat nə yerli erməni mediasında, nə də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmayıb. Dağıntıların miqyası isə onu sübut edirdi ki, işğal müddətində hər il yenilənən dağıntı və ərazilərin talan edilməsi ilə ermənilər barbarlıqlarını sübuta yetirirdilər. Azərbaycan torpaqlarını talan edən ermənilər minalanmış ərazilərə ancaq onlarda xəritələri olduğu üçün düşməyiblər.

Ümumiyyətlə isə minaları mülki əhali deyil, hərbçilər yerləşdirdikləri üçün ermənilər daha sonra özləri düşməmək üçün xəritələr tətbiq ediblər. Digər tərəfdən Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində cəmi bircə dəfə minaya düşmə faktı baş verib. Daha sonra belə faktın təkrarlanmaması onu ehtimal etməyə əsas verir ki, ümumi istifadə üçün bu xəritələr ilk gündən onlarda da olub. Azərbaycan bu cür arqumentlər səsləndirməklə Ermənistanı minalanmış ərazilərin xəritələrinin mövcudluğunu etiraf etməyə məcbur etdi. Gürcüstan və Rusiyanın vasitəçiliyi ilə 2 dəfə mina xəritələri qarşılığında erməni diversantların bir qismi geri qaytarılsa da, sonra aydın oldu ki, Ermənistan burada da riyakarlıq edib və verilən xəritələrin doğruluq əmsalı sadəcə yüzdə 25 faizdir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması bu məsələdə vasitəçilik edən Rusiyanın, Gürcüstanın, eləcə də ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının və ATƏT-in İsveç sədrliyinin aldadılması demək idi.

Düzdür, daha sonra bu dövlət və qurumlardan saxta xəritələrlə bağlı heç bir rəsmi münasibət olmadı. Halbuki, vasitəçiliklə bağlı onların üzərinə məsuliyyət düşür. Çünki bu xəritələrin əvəzində Azərbaycan dövlətinə terror həyata keçirən ermənilər qarşı tərəfə təhvil verilmişdi.

Y.Hacıyeva deyib: “Qırx dörd günlük müharibədən sonrakı reallıqlarda mövqelərini möhkəmləndirən Azərbaycan yeni şərtlər irəli sürməklə regiona yeni iqtisadi tərəfdaşlar cəlb etdi. Bununla da ölkəmiz bölgəyə nəzarət imkanlarını genişləndirdi və möhkəmləndirdi. Buna əsas maneə isə mina xəritələrinin əldə olunmaması idi. Terrorçuların Ermənistana qaytarılması müqabilində mina xəritələrinin alınması təşəbbüsündə də məhz bu faktor dayanırdı. Vasitəçilik edən dövlətlərin Ermənistanın mina xəritələri spekulyasiyasına şərik olduğunu iddia etmək ədalətsizlik olardı. Amma vasitəçilər ən azından bu saxtakarlığa görə Ermənistan dövlətindən izahat istəməli idilər, lakin belə bir halı müşahidə etmədik.

Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması istər Rusiyanın, Gürcüstanın, istərsə də ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin aldadılması ilə paralel olaraq, sonrakı mərhələlərdə həm də onlara olan güvənin zədələnməsi anlamına gəldi. Bir sözlə minalanmış ərazilər problemini öz resurslarımız - zaman, maliyyə və digər vasitələr hesabına həll etmək məcburiyyətində qaldıq.

İstər işğal illərində, istərsə də son iki ildə Qarabağda və ətraf rayonlarımızda Azərbaycanın hərbi, mülki şəxslərinin, hətta bir epizodda sülhməramlı hərbçinin minaya düşməsində Ermənistan dövləti məsuliyyət daşıyır. Hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gündür. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. İyirmi ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizlənməsi Xidməti (UNMAS) mülki insanların, sülhməramlılar və humanitar işçilər də daxil olmaqla, partlayıcı qurğularla həyatı təhlükə altında olan insanların ehtiyacları məsələləri ilə məşğuldur.

Onu da qeyd etməliyəm ki, Birləşmiş Millətlər Təşkilatının yarandığı gündən etibarən çoxtərəfli tərksilah və silahların məhdudlaşdırılması məqsədlərində təşəbbüsləri, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq səyləri BMT-də mərkəzi yeri tutur.

Bu gün üçün BMT-nin 164 ölkəsi 1997-ci ildə qəbul olunmuş “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”sını qəbul edib və ya daxili qanunvericilikləri səviyyəsində ratifikasiya edib. Eyni zamanda, Ermənistan da bu konvensiyanı qəbul edib və daxili parlament səviyyəsində ratifikasiya edib. Amma Ermənistan bütün digər beynəlxalq öhdəlik və məsuliyyətlərinə əməl etmədiyi kimi, bu konvensiyaya da əməl etmir”.

Politoloq əlavə edib ki, Azərbaycan problemin həlli istiqamətində təkcə öz maraqlarına uyğun çalışmır. Eyni zamanda, problemin həlli istiqamətində qlobal səviyyədə də həll yollarını təklif edir. Belə ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci maddəsinə minalarla bağlı məsələnin əlavə edilməsi təşəbbüsü ilə çıxış edib. Müraciətdə piyada əleyhinə minalar problemi və onun acı nəticələri vurğulanır. Keçən il ölkəmiz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə martın 30-dan aprelin 1-dək Bakıda keçirilən “Humanitar minalardan təmizlənməsi və Dayanıqlı İnkişaf Məqsədləri” adlı 18-ci Beynəlxalq Konfransda bu təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslər həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək dəstək aldı.




Baxış sayı: 281
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930