FACT-INFO.AZ » SİYASƏT » Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları növbəti dəfə ifşa olunub
4-02-2023, 11:15 | SİYASƏT
Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları növbəti dəfə ifşa olunub

Bu barədə ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Yazıda ilk olaraq Ermənistan tərəfinin Meksika ictimaiyyətinin regiondakı vəziyyətə o qədər də agah olmamasından istifadə edərək, riyakarcasına böhtan xarakterli məlumatlar yaydığı qeyd olunur.

Daha sonra müsahibədə keçmiş münaqişənin tarixi, Azərbaycanın 20 faizə yaxın torpağının Ermənistan tərəfindən işğal edilməsi, 200 minədək azərbaycanlının etnik təmizləməyə məruz qalması, 1 milyona yaxın azərbaycanlının Ermənistan və işğal olunmuş ərazilərdən qovulması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinə məhəl qoymaması, 2020-ci ildə ölkəmizin öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilir.

Yazıda, həmçinin Azərbaycan hökuməti tərəfindən 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, işğalçılıq siyasətinə baxmayaraq, Ermənistanla sülh sazişinin imzalanması istiqamətində konstruktiv addımların atıldığı barədə məlumat verilir, lakin Ermənistanın müxtəlif təxribatlarla sülh sazişinin imzalanmasına mane olduğu vurğulanır.

Müsahibədə Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəalarına zidd olaraq, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etdiyi, Azərbaycan ərazilərindəki təbii sərvətləri, xüsusən qızıl və mis-molibden yataqlarını talan etdiyi, Azərbaycan ərazilərinin məqsədyönlü şəkildə minalanmasına davam etdiyi, həmin ərazilərdən 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlandığı, məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək 268 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 3-nün jurnalist olmaqla, 45 nəfərin həlak olduğu meksikalı oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən indiyədək çıxarmadığı qeyd olunur, habelə Azərbaycan ərazilərində separatçı qruplaşmaların maliyyələşdirilməsi üçün əhalisi yoxsulluqdan əziyyət çəkən Ermənistan tərəfindən yüz milyonlarla dolların xərcləndiyi vurğulanır.

Sonda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilir, həmin torpaqlarda bu günə kimi artıq iki beynəlxalq hava limanının tikildiyi, 700 kilometrdən çox yolun salındığı, məktəblərin, “ağıllı” kəndlərin açıldığı, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı qeyd olunur. Həmçinin Meksikanın hər zaman beynəlxalq hüququn normalarına sadiq ölkə kimi keçmiş münaqişə zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıyan rəsmi mövqeyinin yüksək qiymətləndirildiyi bildirilir, bundan sonra da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə çağırılması və Azərbaycanla sülh sazişini imzalaması prosesinə dəstək göstərməsinin vacibliyi diqqətə çatdırılır.




Baxış sayı: 290
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031