FACT-INFO.AZ » SİYASƏT » Fatma Yıldırım: Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu çox yüksəkdir
5-11-2022, 09:45 | SİYASƏT
Fatma Yıldırım: Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu çox yüksəkdir

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 1945-ci ildə Qahirədə təsis edilən, 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqası siyasi məsələlərə xüsusi diqqətlə yanaşan, Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən nüfuzlu təşkilatdır. Dövlətimizin başçısı İlham Əliyevin təşkilatın tribunasından həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırması bir daha dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışı oldu. Tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev bu dəvəti, eyni zamanda, dostluq və qardaşlığın təzahürü kimi dəyərləndirdi.

Zirvə toplantısının Əlcəzairin Milli Azadlıq Gününə təsadüf etdiyini diqqətə çatdıran deputat Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışının önəmini ifadə edib. Toplantıda dövlətimizin başçısı qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın da 30 ilə yaxın erməni işğalından və ikili standartlardan əziyyət çəkdiyini diqqətə çatdırdı. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə, erməni işğalı ilə bağlı qətnamələr 27 il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. Azərbaycan 30 ildə dünyadan ədalət gözlədi. Lakin maraqların beynəlxalq hüququ və ədaləti üstələməsi münaqişənin həllinin uzanmasına və sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimiz güc yolu ilə azad edildi.

“Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi Qoşulmama Hərəkatına sədrlik dövrü üzv dövlətlərin yekdil qərarı əsasında daha bir il uzadılıb. Ölkəmizin təşkilata sədrliyi dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrə təsadüf edir. Məhz Azərbaycanın təşəbbüsü ilə pandemiyanın kəskin artığı zamanda Qoşulmama Hərəkatının Zirvə toplantısı, həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Ölkəmizin “peyvənd millətçiliyi”nə qarşı mübarizəsi də beynəlxalq aləmdə təqdir olunan addımlarımız sırasında oldu. Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”, vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları dünya birliyində xeyirxahlıq və insanlığa qayğı kimi dəyərləndirildi. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun çox yüksək olduğunu təsdiqləyir”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 394
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031