FACT-INFO.AZ » XƏBƏR » Füzulidən başlayan Zəfər yolu
28-09-2022, 10:35 | XƏBƏR
Füzulidən başlayan Zəfər yolu

Prezident bildirib ki, şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılıb: "Qaraxanbəyli kəndi və digər beş kənd - Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi... 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur".

Qeyd edək ki, Füzuli şəhərinin işğaldan qurtarılması əməliyyatı müharibənin növbəti mərhələləri üçün həlledici rol oynayıb. Ona görə də Füzuli əməliyyatı Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti olduğunu deyib. Çünki Füzuli böyük yaşayış məntəqəsi idi. Füzulinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Prezident bildirib ki, Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı: "Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu... Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı".

Vətən müharibəsində uğurlu əməliyyatlarımız da məhz Füzuli rayonundan başladı. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin bir sıra kəndləri, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq. Füzuli həm də ən çox dağıntılara məruz qalmış rayondur. Ermənilər ərazidə bir salamat kənd, bina qoymadan hamısını dağıdıblar. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Hətta şəhər azad olunandan sonra bir bina tapılmadı ki, oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, burada yüz mindən çox mina basdırılıb. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlanıb. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Digər infrastruktur layihələrinin icrası  davam edir. 

Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, Anım günündə Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfərinin çox böyük əhəmiyyəti var: "Prezident İlham Əliyev səfər çərçivəsində Qaraxanbəyli kəndində çıxış etdi. Dövlət başçısı bir daha vurğuladı ki, bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir, Allah bütün şəhidlərimizə rəhmət eləsin və biz şəhidlərimizin qanını yerdə qoymadıq. Döyüş meydanında qisasımızı aldıq, doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Qaraxanbəyli kəndi yaxınlığında cənab Prezident Anım gününə həsr olunmuş xatirə lövhəsi önünə gül dəstəsi qoydu və qeyd etdi ki, Qaraxanbəyli kəndi və digər 5 kənd Vətən müharibəsinin ilk günündə azad edilib. Düşmən bu kəndlərdə 5-6 müdafiə xətti yaradıb və bizim Şanlı Ordumuz bütün bu müdafiə xətlərini, istehkamlarını darmadağın etdi. 44 günlük Vətən müharibəsində 300-ə yaxın şəhər və kəndi düşməndən azad etməyi bacardı. Bununla da ərazi bütövlüyümüz bərpa edildi və həm də ki tarixi zəfərə imza atdıq və tarixi ədaləti bərpa etdik. Dövlət başçısı dedi ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacağıq.

Cənab Prezident vurğuladı ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, bu ərazi bütövlüyümüzün keşiyində əbədi dayanacağıq. Qoymayacağıq ki, düşmən bir daha başını qaldırsın, qoymayacağıq ki, düşmən bir daha bizim üçün təhdid yaratsın.

Həqiqətən də cənab Prezidentin bu söylədikləri bir daha onu göstərir ki, bu günləri Azərbaycan ordusu, Azərbaycan xalqı və Ali Baş Komandan bir yerdədir: "Biz birlikdə güclüyük və biz birlikdə tarixi zəfərə imza atmışıq və qarşıda bizi postmüharibə dövrünün həllini gözləyən irimiqyaslı layihələr var və onları da biz icra edirik, kəndlərimizi, şəhərlərimizi bərpa edirik. Bizi qarşıda yeni, daha böyük zəfərlər gözləyir. Bir daha qeyd edirəm ki, bu zəfərləri şərtləndirən ən mühüm amil bizim xalqımızın, Prezidentimizin, Ordumuzun birliyidir. Biz bir olanda istənilən tarixi missiyanı yerinə yetirməyə hazırıq və Prezidentin Füzuli rayonuna səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar bu qənaətə gəlməyə əsas verir".




Baxış sayı: 552
Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Bu gün, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Bu gün, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu gün, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı Dünən, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib Dünən, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb Dünən, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub Dünən, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur Dünən, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq Dünən, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır Dünən, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur Dünən, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir Dünən, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir Dünən, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN 8-08-2026, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib 8-08-2026, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN 8-08-2026, 10:30 Media və Yayım Şurası yaradılıb 8-08-2026, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30 Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötdü 7-08-2026, 18:30 Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub 7-08-2026, 14:30 ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək 7-08-2026, 12:00 ABŞ-ın İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatacaq - Tramp 7-08-2026, 09:30 İxtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edilib 7-08-2026, 09:30 Bütün ermənilərin katolikosu hakim qarşısında 7-08-2026, 08:30 Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 6-08-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31