FACT-INFO.AZ » XƏBƏR » Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi
14-08-2022, 10:10 | XƏBƏR
Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi

Unutmayaq ki, son zamanlar bölgə uğrunda və ətrafında çox vacib geosiyasi proseslər baş verməkdədir. Dövlətimizin başçısının Türkiyəyə səfəri və orada Cənubi Qafqazda gedən prosesləri müzakirə etməsi də bu istiqamətdə atılan addımların nəticəsidir. Bundan əlavə, Soçidə Türkiyə və Rusiya liderləri arasında regionda gedən proseslərin müzakirəsi də oldu. Eyni zamanda, bəzi dövlətlərin Cənubi Qafqazla bağlı müxtəlif çağırışlarının, istəklərinin və bəyanatlarının da şahidiyik. Əlbəttə ki, kimin nəyi, necə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz hədəflərini hər kəs üçün açıq və konkret şəkildə ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov söyləyib.

“Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verərkən bir daha qeyd etdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan öz hədəflərinə bir-bir çatır və çatacaq. Bundan əlavə, istər “Qisas” əməliyyatından əvvəl, istərsə də sonra dövlətimizin başçısına telefon zənglərinin hansı ölkələr və təşkilatlar tərəfindən edildiyinin şahidiyik. Müxtəlif təsir və təzyiqlərə baxmayaraq, rəsmi Bakı öz hədəflərinə doğru əminliklə gedəcək. Əlbəttə ki, hazırda Azərbaycanın əsas hədəfi avqustun sonunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən boşaldılması və təhvil verilməsidir. Bundan sonra isə Laçın dəhlizi də tarixə qovuşacaq. Onu isə yeni layihə olan Laçından keçməyən yol əvəzləyəcək ki, bu da çox vacib hədəfdir. Ümumiyyətlə, Laçın dəhlizinin üçtərəfli Bəyanatda yer alması da olduqca önəmlidir. Dövlətimizin başçısı müsahibəsində bunu da ölkə ictimaiyyətinə açıqladı”, - deyə Z.Məmmədov diqqətə çatdırıb.

Sentyabrın əvvəlinədək Laçın dəhlizinin tarixə qovuşacağını bildirən politoloq deyib: “Ermənistanı Qarabağın dağlıq hissəsi ilə birləşdirəcək yeni yolun artıq dəhliz olmayacağını nəzərə alsaq, bu, əlbəttə, vacib məqamlardan biridir. Nəinki Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycana təhvil verilir. Ümumilikdə Laçında yeni yolun statusuna yenilik gətirilir. Bu proses də vacib nüanslardan biridir. Çünki Azərbaycan istənilən zaman yolda giriş-çıxış məsələlərinə aydınlıq gətirə bilər. Belə ki, əgər Ermənistan və ya separatçılar qeyri-adekvat addımlar atarsa, bu hal baş verə bilər”.

O qeyd edib ki, Prezident İlham Əliyev erməni hərbi birləşmələrinin Qarabağı tərk etməli olmaları ilə bağlı məsələyə bir daha toxundu. Dedi ki, bu qərar üçtərəfli Bəyanatda da yer alır. Əgər hərbi birləşmələr sentyabradək Qarabağı tərk etməsələr, Azərbaycan beynəlxalq hüquqa əməl etməyən və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyən terrorçulara qarşı ərazisində əməliyyatlar keçirə bilər. Dövlətimizin başçısı onu da qeyd etdi ki, ermənilər “Qisas” əməliyyatının gücünü gördülər. Bir daha bu cür təxribatlar baş verərsə, onlar yeni əməliyyatların şahidi olacaqlar. Bizim əsas istəyimiz sülhdür, müharibə deyil. Azərbaycan rəsmi sənədlərə əsasən, öz öhdəliklərini hər zaman yerinə yetirir. İstərdik ki, Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirsin, normal qonşuluq əlaqələrinə əməl etsin. Eyni zamanda, Zəngəzur dəhlizi, delimitasiya, erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı ciddi addımlar atsın. Əgər Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəksə, biz də buna uyğun davranacağıq. Digər məsələ isə əgər Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımasa, torpaq iddiasını davam etdirsə, Azərbaycan da bu hərəkətə eyni tərzdə cavab verəcək.

Z. Məmmədov əlavə edib ki, müharibənin bitməsindən bir il doqquz ay keçməsinə baxmayaraq, Azərbaycan qarşılıqlı olaraq hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün Ermənistana siyasi təzyiqlər edir. Bu proses də haqlı olaraq davam etdirilir. Çünki düşmən ölkə nəinki öz üzərinə düşən öhdəliklərə əməl edir, hətta tez-tez sərhəddə və ərazilərimizdə təxribatlar törədir.

“1918-ci ildə İrəvan şəhəri, 1920-ci ildə isə Göyçə və Qərbi Zəngəzur SSRİ tərəfindən tamamilə qeyri-qanuni şəkildə Ermənistana verildi. Ona görə də 1918-ci ildəki arxiv sənədlərinin araşdırılması vacibdir. Prezident İlham Əliyevin Ermənistandakı tarixi Azərbaycan torpaqları məsələsinə bir daha toxunması, əslində, tarixçilər və beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər üçün yol xəritəsi olmalıdır. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə də ciddi işlər görülməlidir”, - deyə Z.Məmmədov vurğulayıb.




Baxış sayı: 418
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031