FACT-INFO.AZ » SİYASƏT » Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir
13-08-2022, 08:40 | SİYASƏT
Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildiriblər ki, “Britaniya Azərbaycan İcması”nın sədri Fəridə Pənahovanın adından xarici işlər naziri Liz Trassa, daxili işlər naziri Priti Patelə, İngiltərə parlamentinin üzvləri Qraham Stüarta, Dominik Raaba, Bob Bləkmənə, Lord Conatan Duqlas Evansa və Avropa Parlamentinə ünvanlanan müraciətdə ölkəmizin hər cür dini ekstremizmdən uzaq olan dünyəvi, multikultural və tolerant dövlət olduğu xüsusilə vurğulanıb. Bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu nəzərə çatdırılıb.

“Böyük Britaniyadakı Azərbaycan icması bir çox londonluların və dünyanın hər yerindən gələn turistlərin dostları və ailələri ilə əyləndikləri Kensinqtonun mərkəzində baş vermiş bu hücumdan dərin sarsıntı keçirib və qəzəblənib. Belə barbarlıq aktı bizim Britaniya cəmiyyətinə, onun dəyərlərinə, bütün vətəndaş dünyasına hücumdur və biz bunu qətiyyətlə pisləyirik. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməzdir və bu, diplomatik binanın toxunulmazlığı prinsiplərinin kobudcasına pozulmasıdır”, - deyə qeyd edilib.

Müraciətdə hadisənin Britaniya-Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə yaxınlaşdığı ərəfədə, ölkəmizin Aİ ilə neft və qaz sektorunda strateji əməkdaşlığın inkişafı fonunda baş verdiyinin təsadüfi olmadığına diqqət cəlb edilib. Qeyd edilib ki, bu olay həm Britaniyanın Azərbaycanla ikitərəfli münasibətlərinə qəsdən zərər vurmaq məqsədilə hazırlanıb, həm də Aİ ilə əməkdaşlıq çərçivəsində gedən mühüm prosesləri sıradan çıxarmağa hesablanıb.

Hadisələrin ilk saatlarında Britaniya polisinin radikalların səfirliyimizin binasını zəbt etmək kimi cinayət xarakterli addımlarını səssizcə müşahidə etməsinə və fəaliyyətsizlik göstərməsinə xüsusi etiraz bildirilib. Səfirlik əməkdaşlarının həyatının təhlükə qarşısında olduğu bir məqamda xüsusi təyinatlı polis qüvvələrinin hadisə yerinə gec gəlməsi Böyük Britaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının təhlükəli duruma ciddi yanaşmadığının sübutu kimi qiymətləndirilib və bu cür halın qətiyyən yolverilməz olduğu vurğulanıb.

Müraciətin sonunda Britaniyanın müvafiq orqanlarından Londondakı səfirliyimizə qarşı bu çirkin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımi hüquqi addımlar atılması tələb edilib, həmçinin “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasına və ləğv edilməsinə, sözügedən təşkilat üzvlərinin ölkədən dərhal deportasiya edilməsinə çağırış yer alıb: “Böyük Britaniyada yaşayan hər bir fərd ümumi tolerantlıq və insan hüquqlarına hörmət kimi dəyərlərimizi bölüşməli və radikal ideologiyanı dəstəkləyən və təbliğ edən insanlar aramızda yaşamamalıdır. Şübhə yoxdur ki, bu radikal qruplar cəzasız qalsa, tezliklə evlərimizi, məktəblərimizi və digər rəsmi orqanları hədəfə alacaqlar”.

Xatırladaq ki, hadisədən dərhal sonra müvafiq məktub Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından da İngiltərənin daxili işlər naziri Priti Patelə göndərilib.




Baxış sayı: 501
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031