FACT-INFO.AZ » SİYASƏT » Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır
26-06-2022, 10:25 | SİYASƏT
Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Q.Paşayeva bildirib ki, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ovaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı. Həmin məsuliyyətli günlərdə, 1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”, - deyən Ulu Öndər ömrünün qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyinə xalqı əmin etdi.

“Ümummilli lider Heydər Əliyev o məsuliyyətli, mürəkkəb günlərdə Ali Sovetin sədri olaraq, məhz parlamentarizm ənənələrinə sadiq qaldı, aşkarlıq prinsipinə üstünlük verdi. Qanunverici orqanın iclasları, mətbuat konfransları, respublika miqyaslı müşavirələr birbaşa yayımla ictimaiyyətə çatdırıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqla bölüşüldü. Bu addımlar öz növbəsində ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılmasına töhfə oldu. Ümummilli Liderin titanik səyləri ilə sabitlik və inkişaf üçün təsirli tədbirlər görülməyə başlandı. Məsələn, zəruri islahatlar sürətləndirildi. Ümummilli Liderin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə sədrlik etdiyi dönəmdə parlamentarizm ənənələri özünəməxsus yeni nəfəs qazandı. Ayrıca, nizami ordu quruculuğu sahəsində önəmli qərarlar qəbul olundu. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunlarda və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun zəruri dəyişikliklər edildi.

Cəmi dörd ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa zaman dilimində parlamentin ruhunu kökündən dəyişdi, bu mühüm təsisata, hakimiyyətin önəmli qoluna siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini aydın, səlis əsaslandırması, dəyərli fikirləri ustalıqla ümumiləşdirməsi parlament üzvləri üçün də örnək – əsl parlamentarizm məktəbi idi”, - deyə Q.Paşayeva vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, görülən işlər sırf parlament çərçivəsində qalmır, ümumrespublika və beynəlxalq səciyyəsi ilə də seçilirdi. Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alınması bu baxımdan özəlliklə vurğulanmalı məqamdır. 1993-cü il avqustun 7-də respublikamızın cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olunmuşdu. Heydər Əliyev bununla bağlı avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşərək, durumu müzakirə etdi. Avqustun 17-də isə Parlament “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” tarixi qərar qəbul edərək, qondarma “respublika” avantürasına siyasi qiymət verdi. Dövlətə başçılıq edən müdrik şəxsiyyətin siyasi iradəsi və əhalinin istəyi ilə tezliklə bu köksüz iddiaya son qoyuldu.

“Heydər Əliyevin uğurlu siyasəti sayəsində respublikamız qısa zaman içində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində qısa müddət içində köklü dönüş yarandı və bununla da uğurlar qazanmaq mümkün oldu. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasına ciddi diqqət yetirməyə başladı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ümummilli Lider bir ictimai-siyasi, iqtisadi formasiyadan digərinə keçid dövründə müstəqilliyini yenicə qazanmış respublikamızın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. O, qabaqcıl dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edərək, onların Azərbaycan gerçəkliklərinə uyğunlaşdırılmasına nail oldu. Bunun sayəsində, qısa müddətdə ölkəyə sərmayə axınını stimullaşdıran çağdaş innovativ inkişaf modelinin gerçəkləşdirilməsi mümkün oldu. Peşəkarlıq və vətənə sadiqlik örnəyi göstərən Ümummilli Lider müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşısına çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”, - deyə Qənirə Paşayeva vurğulayıb.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində heç də tez-tez rast gəlinən hal olmadığını bildirən komitə sədrinin sözlərinə görə, fərqli coğrafiyalarda yerləşən irili-xırdalı dövlətlərdə milli maraqlarla dövlət maraqlarının üst-üstə düşməməsi hallarına az rast gəlinmir. Ümummilli Lider çalışdığı bütün sahələrdə özünü məhz lider kimi təsdiq edib. O, dövlət idarəetmə sənətinin ustadı, siyasətin mükəmməl bilicisi idi. Ümumdünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi, müdrikliyi, xarizması mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz yerə və rola malikdir. Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır.




Baxış sayı: 631
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031