FACT-INFO.AZ » AKTUAL » Nigar Arpadari: AŞPA separatizmlə mübarizə üçün yeni mexanizm yaratmalı və bütün ölkələrə bərabər yanaşmalıdır
22-06-2022, 09:35 | AKTUAL
Nigar Arpadari: AŞPA separatizmlə mübarizə üçün yeni mexanizm yaratmalı və bütün ölkələrə bərabər yanaşmalıdır

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun yay sessiyası çərçivəsində “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzənin günortadan sonra davam edən müzakirəsi zamanı çıxışında deyib.

Bildirib ki, Avropa Şurası bu işdə müsbət rol oynamaq niyyətindədirsə, dünyanın ən qədim və nüfuzlu təşkilatı olaraq, missiyasını yenidən nəzərdən keçirməlidir və yeni risklər bu missiyada əksini tapmalıdır. Bu gün müzakirə olunan məruzədə təhlükəsizliyin müdafiədən daha geniş bir anlayış olduğu qeyd olunur. Bu gün internet, pandemiya və qlobal təchizat zəncirlərinin kəsildiyi dövrdə bu anlayışın nəyi ehtiva etdiyi sual doğurur. İnternetlə bağlı problemlərin təşkilatın missiyasında zəif şəkildə əhatə olunduğunu deyib. Diqqətə çatdırıb ki, sosial media, süni intellekt insan hüquqlarını dəyişdirib və bu gün buna uyğunlaşmalıyıq. Bu gün qlobal ticarət daima təzyiq altındadır. Ərzaq təchizatı problemləri, ənənəvi logistika əlaqələrinin kəsilməsi - bütün bunlar inflyasiyaya, insanların həyat keyfiyyətinin pisləşməsinə səbəb olur. Bunlar üzləşdiyimiz real təhlükələrdir və onlar bizim mübarizəmizin bir hissəsi olmalıdır.

“Avropa Şurası yenidən Avropaya inteqrasiya üçün ağırlıq mərkəzi olmaq istəyirsə, sadəcə Avropa Birliyi və NATO-nun addımlarını izləməmək üçün əlindən gələni etməlidir. Avropa Şurasının daha geniş üzvlüyü var və bu, ona pan-Avropa baxışının yaradılması prosesində mərkəz olmaq üçün yaxşı əsas verir. Avropanın üzləşdiyi təhlükəsizlik risklərinin əksəriyyətini nəzərə alsaq, münaqişə zonalarının əksəriyyəti Avropa Birliyi və NATO sərhədlərindən kənarda coğrafi baxımdan daha geniş Avropada yerləşir”,-deyə N. Arpadari bildirib. Təhlükəsiz Avropa üçün beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə yeni həyat verilməli olduğunu deyib. Vurğulayıb ki, Avropada münaqişə və müharibə üçün bəhanə kimi istifadə edilən hərbi və təcavüzkar separatizmlə mübarizəyə qarşı real mexanizm yaradılmalıdır. Qeyri-qanuni yollarla separatizmi dəstəkləyən üzvlər və ya şəxslər üçün aydın sanksiya mexanizmi olmalı, bütün üzvlərin başqa ölkələrdə belə halları dəstəkləməmək öhdəliyi olmalıdır.

Qeyd edib ki, bu prinsiplərin bərabər şəkildə tətbiq olunduğu yer Avropa Şurası olmalıdır. Son 30 il ərzində Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işğalı Avropa Şurası üçün əhəmiyyətsiz məsələ olmuşdur və Avropa Şurası bununla bağlı heç bir tədbir görməmişdir. İşğalın nəticələri hələ də Azərbaycanı izləyir. Cənubi Qafqazda hələ də möhkəm və davamlı sülhə nail olunmayıb.

“Bu gün Avropa Şurası Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi zərurətindən çıxış etməlidir. Bu gün yazılı öhdəliyi olmasına baxmayaraq, Ermənistan sülhün nizamlanmasının əsas elementlərindən birini - Azərbaycanın Qərb rayonları ilə 30 il ərzində Ermənistanın blokadasında olan Naxçıvan anklavı arasında maneəsiz əlaqənin açılmasını həyata keçirməkdən yayınır”,-deyə N. Arpadari bildirib.

O əlavə edib ki, Avropa Şurası köhnə səhvlərindən qaçmaq, həqiqətən də pan-Avropa təhlükəsizlik sisteminə töhfə vermək istəyirsə, öz zonasında bütün ölkələrə qarşı eyni yanaşma tətbiq etməlidir. Avropanın yeni təhlükəsizlik sisteminin səmərəliliyi baxımından bu çox vacibdir.




Baxış sayı: 735
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30