FACT-INFO.AZ » SİYASƏT » “İslamabad Bəyannaməsi”ndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək ifadə olunub
26-03-2022, 10:35 | SİYASƏT
“İslamabad Bəyannaməsi”ndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək ifadə olunub

Sənəddə yazılıb: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında silahlı münaqişənin sona çatmasını alqışlayan İƏT-in xarici işlər nazirləri Ermənistanın təcavüzündən ciddi zərər çəkmiş işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduqlarını bir daha təsdiq etdilər. Bu işlər məcburi köçkünlərin tezliklə təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədi daşıyır”.

Yetmiş bənddən ibarət olan “İslamabad Bəyannaməsi”ndə, həmçinin Fələstin və Cammu və Kəşmir problemlərinin BMT-nin Nizamnaməsi çərçivəsində həlli, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə nizama salınması kimi müddəalar yer alıb. Sənəddə qeyd olunub ki, Fələstin və Qüds Əl-Şərif problemi müsəlmanlar üçün mühümdür və bu məsələ Fələstin Dövlətinin 1967-ci il sərhədləri çərçivəsində suverenliyinin bərpa olunması ilə nizama salınmalıdır. Cammu və Kəşmir problemi də BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələrinə uyğun şəkildə həllini tapmalıdır. İƏT, həmçinin Hindistan hökumətinin bu ərazilərdə 2019-cu ilin avqustundan bəri həyata keçirdiyi qanunsuz məskunlaşma siyasətini pisləyir.

İƏT xarici işlər nazirləri husi qiyamçılarının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı terror hücumlarını da pisləyib, Afrikanın Sahil regionunda quraqlıq və silahlı münaqişələr nəticəsində yaranmış humanitar fəlakətlə bağlı bu ölkələrə dəstəyini ifadə ediblər.

“İslamabad Bəyannaməsi”ndə Ukrayna ətrafında yaranmış böhranın da BMT Nizamnaməsinə uyğun, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əməl edilməsi çərçivəsində həllinin vacibliyi vurğulanıb. Sənəddə İƏT ölkələrinin bu məsələdə vasitəçi qismində çıxış etmək niyyəti, habelə Əfqanıstanda vəziyyət, Rohinca müsəlmanlarının hüquqları, İslamofobiya ilə mübarizəyə aid müddəalar da öz əksini tapıb.




Baxış sayı: 546
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031