FACT-INFO.AZ » XƏBƏR » Şuşa Bəyannaməsi Azərbaycanın Türkiyə ilə strateji münasibətlərini yeni mərhələyə yüksəldir
11-02-2022, 10:25 | XƏBƏR
Şuşa Bəyannaməsi Azərbaycanın Türkiyə ilə strateji münasibətlərini yeni mərhələyə yüksəldir

Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini lazımınca dəyərləndirmək vacibdir. Şuşa Bəyannaməsi Türkiyə və ya Azərbaycanın təhlükəsizliyinə hədə yarandığı zaman qarşılıqlı yardım haqqında öhdəlikləri özündə ehtiva edən hərbi-siyasi sazişdir. Beynəlxalq münasibətlərin ziddiyyətlərlə və problemlərlə dolu olduğu vəziyyətdə hərbi-siyasi öhdəlikli sazişlərin imzalanması böyük cürət və məsuliyyət tələb edir. Xoşbəxtlikdən həm Azərbaycan, həm də Türkiyə hər iki nemətdən korluq çəkməyən ölkələrdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Ekspert bildirib ki, Şuşa Bəyannaməsinin əhəmiyyətini dərk etmək üçün qazanılan siyasi və hərbi dividendləri sistemləşdirmək vacibdir. İlk növbədə, Şuşa Bəyannaməsi Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olan Türkiyə ilə strateji münasibətlərini yeni mərhələyə yüksəldir. Türkiyə ordusunun qarşısındakı öhdəliklərini nəzərə alsaq, Şuşa Bəyannaməsinin əhəmiyyətinə yeni baxış bucağı formalaşdırmaq mümkün olur. Realizm nəzəriyyəsinin ata-banilərindən olan Hans Morgentaunun uğurlu diplomatiya modelinin 7-ci qaydasına əsasən, “heç vaxt zəif müttəfiqə dövlətin yerinə qərar çıxartmağa imkan verməmək” lazımdır. Maksimanın məğzi ondan ibarətdir ki, böyük dövlət zəif müttəfiqin maraqları naminə özünü birbaşa və ya dolayı yolla lazımsız qarşıdurma və münaqişələrə salmağa imkan verməməlidir.

O əlavə edib ki, regionun aparıcı güclərindən olan Rusiyanın da Şuşa Bəyannaməsinə qarşı çıxış etməməsi tərəflərin düşünülmüş və koordinasiyalı siyasətinin nəticəsidir. Bəyannamədə bildirilir ki, onlar arasında inkişaf etdirilən və iki ölkənin milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib. Şuşa Bəyannaməsinin ümumən müdafiə səciyyəli olması onun istər Rusiya, istər İran, istərsə də digər qüvvələr tərəfindən aqressiv qarşılanma şanslarını minimuma endirir.




Baxış sayı: 740
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031