FACT-INFO.AZ » AKTUAL » Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi bu gün də davam etməkdədir
7-02-2022, 19:10 | AKTUAL
Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi bu gün də davam etməkdədir

Növbəti dəfə beynəlxalq səviyyəli görüşdə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadələr yer almadı. Digər bir önəmli məqam isə Fransa bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında da Minsk Qrupuna istinad edilmədi.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran politoloq Ceyhun Əhmədli bildirib ki, qürurverici haldır ki, Azərbaycan dövləti ikinci Qarabağ müahribəsinin nəticələrini beynəlxalq miqyasda legitimləşdirməyə nail olub. Keçirilən görüşlərin nəticələri onu deməyə əsas verir ki, qlobal güc mərkəzlərinin Cənubi Qafqazla bağlı gündəlikləri Azərbaycanın mövqeyi ilə demək olar, üst-üstə düşür. Bu, postmüharibə dövründə qazanmış olduğumuz siyasi-diplomatik nailiyyət kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan strateji diplomatiya özünün bariz nəticələrini verməkdədir.

Politoloqun sözlərinə görə, ötən həftə Fransanın vasitəçiliyi ilə keçirilən sonuncu müzakirələrin nəticələri də qeyd etdiyimiz fikri bir daha təsdiq edir. Bu, Avropa İttifaqının moderatorluğu ilə baş tutan ikinci görüş idi. Bundan əvvəl Brüsseldə keçirilmiş müzakirələrdə təşkilatın konstruktiv yanaşmasının şahidi olmuşduq. Avropa İttifaqı sərgilədiyi mövqe ilə regionda etimad quruculuğu prosesinin dərinləşməsində maraqlı olduğunu göstərdi. Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi bu gün də davam etməkdədir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və digər humanitar məsələlər təşkil edir.

"Sonuncu görüşdə diqqəti cəlb edən əsas məqamlardan biri odur ki, orada Minsk qrupuna istinad yer almayıb. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, münaqişə barədə bir kəlmə də yoxdur. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir. Qərəzli mövqeyi ilə daha çox fərqlənən Fransa belə yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Bəlli olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi. Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar. Yəni Minsk qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir. Əlbəttə, burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması rol oynadı. Xüsusən, Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır", - deyə C.Əhmədli qeyd edib.

Politoloq Şəbnəm Həsənova da Trend-in suallarını cavablandırarkən qeyd edib ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir.

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu reallığı artıq qəbul edib. Onu da mütləq vurğulamalıyıq ki, Fransa bu tədbirdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi deyil, Aİ-yə sədrliyi qəbul etmiş ölkə kimi iştirak etdi. Bütövlükdə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir ki, Azərbaycanın milli maraqlarını hər zaman ən ali və yüksək səviyyədə qoruyan dövlət başçımız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsi kimi məsələlərin üzərində dayandı və Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsi, o şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, onların yerlərinin dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməli olduğunu qabartdı. Müzakirələr zamanı dövlət başçımız Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə də xüsusi diqqət verdi.

Ümumiyyətlə, münasibətlərin normallaşdırılmasında dövlətlər arasında siyasi, iqtisadi, ekoloji, sosial və mədəni sahələrdə münaqişə dövrünün bütün mərhələlərində və təhlükəsizliyin həyata keçirilməsi tədbirlərində etimad quruculuğu məsələsi olduqca vacibdir. Bu həm sistemli yanaşma, həm də beynəlxalq dəstək tələb edən bir məsələdir. Eskalasiyanın yenidən kəskinləşməsinin qarşısını almaq, postmünaqişə və postmüharibə dövrününün həll edilməmiş məsələlərinin davamlı həllinə zəmin yaratmaq üçün etimad quruculuğu işində qarşılıqlı siyasi iradə olmalıdır. Azərbaycan tərəfi davamlı olaraq siyasi iradə və qətiyyət göstərir. Önəmli olan məsələ Ermənistanın da eyni tendensiyadan çıxış etməsi və müvafiq qərarlar alaraq konkret addımlar atmasıdır. Beynəlxalq ictimaiyyət də etimad quruculuğu məsələsində tərəflərə dəstək olmalıdır.

BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO-nun mədəni sahədə atacağı addımlar mühüm əhəmiyyət kəsb edir. İşğal müddətində Azərbaycan sözügedən ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, UNESCO bundan imtina etmişdi. Müharibə bitdikdən sonra isə, əksinə, UNESCO bölgəyə gəlmək istədiyini bildirmişdi. Bu ikili standartların bariz nümunəsi olsa da Azərbaycan buna da razı olduğunu bildirmiş, lakin Ermənistanın etiraz etdiyinə görə missiya gecikmişdi. Azərbaycan BMT ilə humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarla əlaqədar gələcək əməkdaşlığın vacibliyini hər zaman ifadə etmiş, mədəni irsə, dini və mədəni abidələrə qarşı həssaslıq nümayiş etdirmişdir. Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir.

Cənab Prezident İlham Əliyev çıxışında dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini ifadə etdi. Yolların açılması Ermənistan və Azərbaycan dövlətlərini iqtisadi əməkdaşlıq vasitəsilə birləşdirə bilər ki, bununla da inamsızlıq maneələri aradan qalxa bilər. Müasir qlobal rəqabətlilik dünyasında iqtisadi amillər dövlətlər arasında münasibətlərin müəyyən edilməsində böyük rol oynaya bilər. Burada hətta iqtisadi bağlılıq da yaxın və səmərəli əlaqələri gücləndirir. Bu cür münasibətlərdə iştirak edən dövlətlər nadir hallarda qarşıdurmaya girərək öz iqtisadi rifahlarını və sağ qalmalarını riskə atırlar. Azərbaycanın üzləşdiyi daha bir problem mina problemidir ki, cənab Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olmuş, 165 nəfər isə yaralanmışdır. Bu baxımdan da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstək artırılmalıdır.

Bütün bu reallıqlar fonunda əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin illər ərzində yürütdüyü uzaqgörən, məqsədyönlü siyasətin, postmüharibə dövründə isə Azərbaycanın təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil, konstruktiv siyasət yürütməsinin, siyasətimizin düzgün müəyyənləşdirilməsinin və dinamik inkişaf etdirilməsinin məntiqi nəticəsidir. Azərbaycan dövlətinin bu uğurlu mövqeyinin bazasında müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti dayanır. İkitərəfli və çoxtərəfli şəkildə olan qarşılıqlı əlaqələr regional və qlobal miqyasda meydana gələn yeni geosiyasi reallıqlar kontekstindən inkişaf etdirilməlidir", - deyə Ş.Həsənova əlavə edib.




Baxış sayı: 691
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031