FACT-INFO.AZ » XƏBƏR » Prezident İlham Əliyev erməni faşizminin bir daha başını qaldırmasına imkan verməyəcəyini ictimai çıxışlarında mütəmadi olaraq bizə və dünyaya xatırladır
3-02-2022, 09:45 | XƏBƏR
Prezident İlham Əliyev erməni faşizminin bir daha başını qaldırmasına imkan verməyəcəyini ictimai çıxışlarında mütəmadi olaraq bizə və dünyaya xatırladır

Əsas kimi nasist təbliğatını qadağan edən yerli qanunvericilik və Rusiya veteranlarının müraciəti olmuşdur. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan hadisə ilə bağlı verdiyi açıqlamada Njdenin Sovet İttifaqında kollaborasiyaya görə məhkum edilmədiyini bildirib. Bu arada arxivlərdəki məlumatlar bunun tam əksini sübut edir. Njde təkcə faşist Almaniyasının müttəfiqi yox, həm də onun mahiyyətini tam şəkildə nümayiş etdirməyə imkan verən Sovet DTK-nə öz xidmətlərini təklif edən kollaborasionistdir. Tsexakronizmin kimi açıq-aşkar irqçi ideologiyasının müəllifi Qaregin Ter Arutyunyan (Njdenin əsl adı), təkcə ari ermənilərlə qeyri-ermənilər arasında irqi fərqlər deyil, həm də erməni etnosu daxilində qeyri-bərabər irqlərə bölünmə üzərində qurulmuş öz ideologiyasını yaratmışdır ki, onun daxilində ‘tsexamard’ adlanan kiçik saylı yuxarı təbəqə də yer tutmaqda idi. Njde bütün bu cəfəngiyyatı XX əsrin 30-cu illərində, Hitlerin fəaliyyətini genişləndirdiyi və demək olar ki, oxşar mənalı "Mayn Kampf" əsəri ilə eyni vaxtda yazmışdır. Hətta Njdenin yaratdığı ‘tsexakronizminin’ rəmzi olan Taron qartalı da nasist simvolları ilə demək olar ki, eynidir. Bununla belə, Njde fiquru burada ikinci dərəcəli məsələdir. Nasistlərlə əməkdaşlıq edənlərin sayı kifayət qədər idi. Mühüm məsələ ondan ibarətdir ki, Ermənistanda Njdenin kultu nəinki silinməyib, əksinə getdikcə daha təkmil formalar alır. Bir müddət Qarabağda Rusiya sülhməramlılarının geniş kürəyi arxasında gizlənən separatçıların qalıqlarının istifadə etdiyi rəmzlərə heç diqqət yetirmisinizmi? Bu, Njdenin emblemindəki kimi eyni qartaldır və təəccüblü şəkildə, hətta stilistik olaraq 3-cü Reyxin embleminə bənzəyir. Yaxud, məsələn, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Respublikaçılar partiyasının rəmzi də eyni qartaldır, lakin qırmızı fonda qaradır. Hətta rənglər Hitlerin dizaynerlərindən götürülüb.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat bildirib ki, ermənilərin tarixlərində məqalələrinə və məktublarına baxsaq, avantürist, intriqan və açıq-saçıq kələkbaz Njde kimi rəngarəng şəxs olub. Problem ondadır ki, o, irqçi və nasist, xalq tərəfindən adına abidələr ucaldılan, filmlər çəkilən və kulta çevrilmiş bir rəmzdir. Bu kultu dağıtmaqda ən çox ermənilərin özləri maraqlı olmalıdırlar. Bu cür təfəkkür onları 2020-ci il müharibəsindən sonra artıq uçurumun kənarına aparmışdı. Bundan qurtulmadan ermənilər qonşuları ilə barışa, regionun bir hissəsinə çevrilə bilməyəcəklər. Azad olmaq üçün onlara tam fərqli tipli ictimai liderlər lazımdır. Bu, heç Paşinyan da deyil, baxmayaraq ki, o, çox güman, Ermənistan cəmiyyətindəki böhranın dərinliyinin fərqindədir, lakin onu başqa istiqamətə çevirməyə nə səlahiyyəti, nə gücü, nə də cəsarəti yoxdur.

“Müharibən qısa müddət öncə və sonrakı dövrdə, həmçinin müharibə zamanı dəfələrlə erməni siyasi və ictimai xadimlərinin müsahibələrinə qulaq asmışıq. Onların arasında digərlərindən bir qədər realist olanların ifadələrində, həmin vaxt bizim üçün bəlli olmayan ümidsizlik diqqətimizi çəkmişdir. Orada birbaşa və dolayı yolla “xeyri yoxdur, əvvəlki səhvləri etməyə məhkumuq” kimi mesajlarını çatdırırdılar. Bəli, ola bilər ki, Azərbaycanın həm iqtisadi, həm hərbi, həm də mənəvi cəhətdən daha güclü olmasına istinad edirdilər. Lakin bu gün cərəyan edən proseslərdən sonra erməni siyasi reallığını daha dərindən öyrənməklə, onların nə demək istədiyini anlamağa başladım. İrqçilik və nasizm zəhəri Ermənistanın siyasi sistemində dərin kök salıb. Gözlərini kor edir, ölkə siyasətçilərinə nə özlərini, nə də başqalarını real qiymətləndirməsinə imkan vermir. Üstəlik, cinayətlərə və intihar mahiyyətli qərarlarına sövq edir.

Əbəs yerə deyil ki, dünyamızın ən qüdrətli, təcrübəli siyasətçilərindən biri olan Azərbaycan Prezidenti İlham Əliyev erməni faşizminin bir daha başını qaldırmasına imkan verməyəcəyini ictimai çıxışlarında mütəmadi olaraq bizə və dünyaya xatırladır. Çünki o, çox gözəl bilir ki, bu fenomen ağır zərbə almasına baxmayaraq, hələ də sağdır”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 638
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031