FACT-INFO.AZ » AKTUAL » Yer kürəsinin qlobal temperaturunun artması Azərbaycana necə təsir edir?
31-01-2022, 10:30 | AKTUAL
Yer kürəsinin qlobal temperaturunun artması Azərbaycana necə təsir edir?

Fact-info.az-ın məlumatına görə, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, dosent Nazim Qaraməmmədli Trend-ə açıqlaması zamanı bildirib ki qlobal istiləşmənin yaranmasının səbəbi istixana effekti yaradan təbəqə də su buxarının, karbon və metan qazlarının miqdarının artması ilə bağlıdır.

Digər səbəblərdən biri isə insanın gündəlik fəaliyyət nəticəsində Yer atmosferinə atılan karbon qazının və digər istixana effekti yaradan komponentlərin qaz, toz, aerozol və s. miqdarının artması.Yer atmosferində istixana effekti yaradan təbəqənin əsasını karbon qazı və su buxarı təşkil edir. İnsanların ehtiyacını ödəmək üçün su buxarı burada təbii komponentdir. Bundan bağqa Yer kürəsinin su hövzələrindən də buxarlanma baş verir. Ancaq Yer atmosferinə atılan digər qazların miqdarını azaltmaq mümkündür.

Son dövrlərdə baş verən elmi-texnoloji inkişaf səbəbindən insanların təbiətə müdaxiləsi də artmışdır. İqlim dəyişkənliyinin səbəblərini insanların gündəlik fəaliyyətin də axtarmaq lazımdır. Bu sahə ilə məşğul olan alimlərin böyük əksəriyyəti XX əsrdə hərarətin yüksəlməsini Yer atmosferinə atılan istixana effekti yaradan qazların miqdarının artması ilə əlaqələndirirlər.-deyə o vurğulayıb.

N.Qaraməmmədli qeyd edib ki qlobal istiləşmə iqlim şəraitinin kəskin dəyişəcəyini, təbii fəlakətlərin sayının artacağını, yayda çox isti və qışda çox soyuq olacağını, quraqlıq baş verəcəyini, quru hissələrini su basacağını, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşəcəyini, bəzi ərazilərdə yağıntının miqdarının artmasını, güclü qasırğaların olacağını, meşə yanğınlarını və s. vəd edir.

Qeyd etmək lazımdır ki, qeyd olunanların bəzilərini biz artıq hiss edirik. Məsələn, 2021-ci ilin yayının həddən artıq isti keçməsini, suvarma üçün su çatışmazlığını və dünyanın bir sıra ölkələrində baş verən meşə yanğınlarını göstərmək olar.

Bundan başqa, qlobal istiləşmə Yerin buz örtüyünün əriməsini və bu hesaba dəniz və okeanlarda suyun səviyyəsinin yüksələcəyini vəd edir. Əgər Yer kürəmizin buz örtüyü tamam ərisə, suyun səviyyəsi 64 metr qalxa bilər. Bu isə böyük quru hissələrinin su altında qalmasına səbəb ola bilər.

Bu gedişlə davam etsə, Yer atmosferində karbon qazının miqdarı 44%-ə qədər arta bilər. BMT-nin iqlim dəyişkənliyi bağlı qəbul etdiyi 3 qərardan fərqli olaraq son qərarda qlobal istiləşmənin əsas səbəbinin insanın fəaliyyəti ilə bağlı olması açıq şəkildə bəyan edilir.- deyə o bildirib.

O həmçinin problemin həll yolu üçün bır sıra təkliflər irəli sürüb. Bunlara:

Tullantısız texnologiyaların istifadənin stimullaşdırlması; Alternativ enerji mənbələrindən istifadə (külək və Günəş enerjisi); Atom enrjisindən istifadə; Daş kömürdən yanacaq kimi istifadəsinin azaldılması; Böyük şəhərlərdə şəhərdaxili nəqliyyat vasitəsi kimi trolleybus və tramvaylardan istifadə olunması; Meşələrin qırılmasının dayandırlması; Yeni meşə zolaqlarının salınması, hər adama bir ağac əkək təşəbbüsü də bura daxildir; Elektriklə işləyən avtomobillərin istehsalının və istifadəsinin stimullaşdırılması;- aiddir

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Trend-ə açıqlaması zamanı bildirib ki get-gedə yer kürəsinin qlobal temperaturu artmaqdadır. Bu, Azərbaycana da öz təsirini göstərir.

“Son illərdə bir qayda olaraq orta illik temperatur çoxillik orta temperaturdan yüksək olub. Qlobal istləşmənin regional təzahürləri özünü göstərməkdədir. Bu, o demək deyil ki, bu il də yay mövsümü keçən ilki kimi isti keçəcək, sadəcə olaraq isti illərin təkrarlanması daha tez-tez baş verə bilər. Qeyd edim ki, xüsusən iyul-avqust aylarında havanın isti keçən günlərinin sayı get-gedə artır. Məsələn, 60-90 illərin məlumatlarına əsasən temperaturun 40 dərəcəni keçməsi il ərzində 5 dəfə olurdusa, bu rəqəm 10-20 arası ola bilər. Ötən il Türkiyədə və dünyanın müxtəlif yerlərində baş verən meşə yanğınları da bunu göstərir. Türkiyədə olduğu qədər kəskin olmasa da, Azərbaycanda da belə hadisələr müşahidə edildi. İstiləşmə bu tempdə davam etsə, mövcud ekosistem artıq tab gətirə bilməyəcək. Bunun qarşısını almağın da yolu qlobal müstəvidə mübarizədir. Bütün ölkələr çalışmalıdırlar ki, atmosferə atılan karbon qazı və digər istilik effekti yaradan qazların konsantrasiyasını azaltsınlar. Alternativ enerji mənbələrindən istifadə olunsun".- deyə o qeyd edib.

S.Səfərov bildirib ki Avropa İttifaqının iqlim dəyişikliyini müşahidə edən "Kopernus" İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, 2021-ci ildə son 7 ilin istilik rekordu qırılıb və 2021 sayca beşinci ən isti il olaraq qeydə alınıb. Qeyd olunub ki, 1850-1900-cü illərlə müqayisədə illik ortaq istilik 1,1-1,2 dərəcə artıb.

"98 faizi buzla örtülmüş Antarktika qitəsi qlobal istiləşmə səbəbindən bu sürətlə əriməyə davam etsə, dəniz səviyyəsi 5 metr yüksələ bilər. Bu yüksəliş təkcə Antarktika üçün deyil, bütün dünya üçün təhlükə yaradacaq, dəniz kənarında tikilmiş bir çox şəhərlər məhv olmaq təhlükəsi ilə üzləşəcək. Antarktika buz örtüyünün 21-ci əsrdən sonrakı taleyini modelləşdirən bu xəbərdarlıq Yaponiyanın Hokkaydo Universitetinin tədqiqat qrupuna aiddir. Alimlər hesab edir ki, istixana qazlarının emissiyaları dayandırılsa və dəniz səviyyəsinin bir metr aşağıda qalması təmin edilsə, bu xəbərdarlığın qarşısını almaq olar.Nəticədə, 3000-ci ilə qədər hazırkı istiləşmə tendensiyaları altında dəniz səviyyəsi 1,5-5,4 metr yüksələ bilər", -deyə o vurğulayıb.




Baxış sayı: 950
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30