FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasına sadiqdir
28-01-2022, 09:25 | SİYASƏT
Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasına sadiqdir

Müvafiq beynəlxalq təşkilatların, eləcə də AŞPA-nın heç bir rəsmi sənədində heç vaxt istifadə olunmayan izahat memorandumunda verilmiş “özünü Dağlıq Qarabağ Respublikası elan etmiş” ifadəsinin istifadəsi qətiyyən yolverilməzdir. Bu, Avropa Şurasının üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi prinsipial mövqeyinə tam ziddir. Assambleya öz fəaliyyətində Avropa Şurasının belə prinsipial mövqeyinə ciddi əməl etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyasının 9-cu seansının sonunda Ermənistandakı təsisatların funksiyalarına dair məruzənin müzakirələri zamanı avropalı parlamentarilərə təqdim etdiyi yazılı çıxışında söyləyib.

Vurğulayıb ki, məruzə beynəlxalq hüquq normalarına, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə uyğun olaraq, qeyri-qanuni işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda baş verən yeni reallıqları lazımi şəkildə əks etdirmir.

“Heç kəs unutmamalıdır ki, Ermənistan, onun işğalçı siyasəti və ərazi iddialarına görə 30 ildən artıq davam edən münaqişəyə görə birbaşa məsuliyyət daşıyır. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan gələcəyə baxır.

Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycan sülhə, sabitliyin qorunub saxlanmasına sadiqdir və ölkəmizin səyləri regionda istənilən yeni müharibə risklərinin minimuma endirilməsinə yönəlib. Bunun üçün ən yaxşı yol fəal dialoq qurmaq, kommunikasiyaları açmaq və yenidən qonşu olmağı öyrənməkdir”, - deyə K.Cəfərov yazıb. Vurğulayıb ki, həmməruzəçilər Ermənistanda revanşist çağırışları gücləndirmək əvəzinə, Ermənistanı regionda dinc, yanaşı yaşamaq və əməkdaşlıq qurmaq üçün konstruktiv addımlar atmağa təşviq etməlidirlər. Məruzə ilə bağlı müvafiq düzəlişlərin səsə qoyulması və məruzənin qəbul edilməsi forması monitorinq proseduruna, eləcə də həmməruzəçilərin fəaliyyətinə kölgə salır.




Baxış sayı: 618
Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb Bu gün, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi Bu gün, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb Bu gün, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir Bu gün, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub Bu gün, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Bu gün, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Bu gün, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Dünən, 21:00 Tibb sahəsində mühüm islahat Dünən, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Dünən, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib Dünən, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” Dünən, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Dünən, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Dünən, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Dünən, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Dünən, 08:30 Şamaxıda zəlzələ baş verib Dünən, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib 1-09-2026, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək 1-09-2026, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb 1-09-2026, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib 1-09-2026, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir 1-09-2026, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək 1-09-2026, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb 1-09-2026, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930