FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın bölgənin gələcəyi ilə bağlı mövqeyi açıq və birmənalıdır
17-01-2022, 15:25 | XƏBƏR
Azərbaycanın bölgənin gələcəyi ilə bağlı mövqeyi açıq və birmənalıdır

“Qarabağ Ermənistandır və nöqtə” deyən, Azərbaycana qarşı yeni ərazi iddiası ilə çıxış edən Ermənistan İkinci Qarabağ müharibəsində susduruldu. Onlara döyüş meydanında elə bir dərs verildi ki, ermənilər bunu çətin unudarlar. Amma belə görünür, Ermənistan rəhbərliyi və cəmiyyəti bundan nəticə çıxarmayıb. Məğlubiyyətdən hələ də özünə gələ bilməyən ermənilər təxribatlar törətməkdə davam edirlər. Müharibənin başa çatmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində tərəddüd edir. Bu ölkənin nəyə və kimə arxalanması isə qaranlıqdır.

Ermənistanın hər hansı qeyri-adekvat addımına hazır olan Azərbaycan da hərbi quruculuq prosesini davam etdirməkdə israrlıdır. Ermənistan unutmamalıdır ki, sülh tərəfdarı olan Azərbaycan müharibəyə həmişə hazırdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu diqqətə çatdıran deputat bildirib ki, Azərbaycan sülh gündəliyini Ermənistana təqdim edib, delimitasiya və demarkasiya ilə bağlı aydın təkliflər irəli sürüb. Ölkəmizin mövqeyi açıq və birmənalıdır. İndi mövqeyini bildirmək üçün növbə Ermənistanındır. Ermənistan hərdən bir söz deyir və belə yanaşma uzunmüddətli ola bilməz. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanın istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı, istərsə də gələcəklə bağlı mövqeyi tam aydındır.

Ş.Seyidzadə vurğulayıb ki, ilk növbədə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, eyni zamanda, kommunikasiyaların açılması prosesinə start verilməli, nəticədə isə sülh müqaviləsi imzalanmalıdır. Düzdür, sülh müqaviləsinin imzalanması Ermənistanın bir daha qeyri-adekvat mövqe nümayiş etdirməsinə 100 faiz zəmanət vermir. Lakin bu, müharibə riskini böyük dərəcədə azaldır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərti də aydındır - hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması. Ermənistan buna hazır olmalıdır.

Deputat deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz qat daha çox əsası var. Çünki dünya ictimaiyyəti yaxşı bilir ki, 1920-ci ilin noyabrında tarixi torpağımız Zəngəzur Ermənistana birləşdirilib, həmçinin Göyçə, İrəvan şəhəri 1918-ci ilin mayında Ermənistana verilib. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox əsaslarımız var. Lakin buna baxmayaraq, siyasətində hər zaman humanizmi əsas tutan Azərbaycan gələcək sülh, ölkələr arasındakı əlaqələrin qurulması naminə sülhə hazırdır. Ermənistan düzgün seçim etməlidir, əks halda, Vətən müharibəsində olduğu kimi, burnu yenə də ovulacaq.




Baxış sayı: 539
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031