FACT-INFO.AZ » XƏBƏR » “Xudafərin xalqımızın milli qürur məsələsi idi”
29-12-2021, 08:20 | XƏBƏR
“Xudafərin xalqımızın milli qürur məsələsi idi”

Bildiyiniz kimi, Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün xalqımız üçün mənəvi dəyəri olduqca böyükdür. Xudafərin Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir. Bu körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunmuşdur. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşlarından ibarətdır. Bu tarixi körpümüz neçə illlər idi ki, düşmən tapdağında, düşmən işğalında idi. Ötən il 44 günlükVətən müharibəsində rəşadətli ordumuz Cəbrayıl istiqamətində irəliləyərək körpünü azad etdilər.

Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. İndi Xudafərinin adı səslənəndə o taylı, bu taylı azərbaycanlıların üzündəki təbəssümü, gözlərindəki sevinci görməmək qeyri-mümkündür. Çünki, Xudafərin xalqımızın birliyinin, bütövlüyünün rəmzidir.

Xudafərin körpüsünü ilk dəfə idi ki, canlı görürdüm. O körpüyə yaxından baxanda məni uşaqlıq illərimə apardı. Çünki, orta məktəbdə oxuyanda Azərbaycan tarixi kitabından o körpü haqqında oxumuşdum. Elə körpünün şəklini də həmin tarix kitabında görmüşdüm. Bu gün Xudafərini canlı görmək qəlbimdə qəribə bir uşaqsı sevinc hissləri yaratdı. Hansı ki, o hissləri kəlmələrlə ifadə etmək qeyri-mümkündür.

Xudafərin körpüsünün vəhşi erməni tapdağından azad edilməsi hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxmaqla yanaşı, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verə biləcək bir hadisədir. Dövlət başçımızın Azərbaycan bayrağını ötən il tarixi Xudafərin körpüsündə qaldırması, o taylı, bu taylı xalqımız üçün qürur və fəxarət oldu. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Xudafərin körpüsünün işğaldan azad olunması həm tarixi, siyasi, həm də iqtisadi cəhətdən mühüm hadisədir. Bu körpüdən vaxtilə Azərbaycanın İran vasitəsilə xarici ölkələrlə ticarət əlaqələri üçün istifadə olunub. Xudafərin bundan sonrakı mərhələdə İranla əlaqələrin genişləndirilməsi baxımından faydalı olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin dostluq rəmzi adlandırdığı bu müştərək sərhəddə olan Xudafərin körpüləri yenidən qurula və bərpa edilə bilər. Bu məsələ ilə bağlı İran və Azərbaycan Xarici İşlər nazirləri arasında fikir mübadiləsi aparılıb və müzakirələr davam edir. Hətta Azərbaycan və İran hər iki ölkə bu tarixi abidələrin UNESCO-da müştərək şəkildə qeydə alınması barədə birgə bəyanat verəcəkləri haqqında razılığa gəliblər.

İşğaldan azad olunan digər rayonlar kimi, Cəbrayıl rayonu da erməni işğalı zamanı vandalizimə məruz qalıb. Dağıdılmış evlər, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər… Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.. Erməni vəhşiliyini görmək üçün işğaldan azad olunan rayonlara, kəndlərə səfər etmək kifayətdir. Artıq 1 ildir ki, işğaldan azad olunan torpaqlarda geniş quruculuq işləri aparılır. Dövlətimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş kənd və şəhərləri, qəsəbə və digər yaşayış məntəqələrini yenidən qurmaqla məşğuldur. Hava limanları, magistral və dəmir yolu xətləri, kənd təsərrüfatı obyektləri, su qovşaqları, yarımstansiyalar, “ağıllı” kənd və şəhərlər inşa edən dövlətimiz bu gün unikal layihələrlə dünyanı heyrətləndirir. Ermənistanın siyası rəhbərliyi isə əvvəl diplomatiyada, sonra müharibə meydanında, bu gün isə tikinti meydanlarında xarüqələr yaradan Azərbaycana həsəd aparır, qibtə ilə baxır.

Lamiyə İsazadə

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi




Baxış sayı: 803
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031