FACT-INFO.AZ » SİYASƏT » Brüssel görüşlərində Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi
20-12-2021, 09:25 | SİYASƏT
Brüssel görüşlərində Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi

Prezident İlham Əliyev Brüsseldə bir sıra rəsmi şəxslərlə görüşlərində növbəti dəfə siyasi uğurlara imza atdı. İstər NATO-nun Baş katibi Yens Stoltenberq, istərsə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan Lideri ölkəsinin haqlı mövqeyini bir daha ortaya qoydu. Ən əsası odur ki, ölkəmizin mövqeyi dəstəkləndi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.

Deputat deyib ki, dövlətimizin başçısının da iştirak etdiyi NATO-nun Şimali Atlantika Şurasının iclasında Alyansa üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığına bir daha dəstək ifadə olundu. NATO-nun Baş katibi bu təşkilatın tərkibində dünyanın bir çox dövlətlərində sülhyaratma missiyasında yaxından iştirak edən Azərbaycan hərbçilərinin əvəzsiz xidmətlərinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. Baş katib Azərbaycanın NATO-ya dost və müttəfiq ölkə olduğunu xüsusi vurğuladı.

Azərbaycan hər zaman dünyada sülhün və əmin-amanlığın bərqərar olunmasında iştirak edən istənilən ölkənin, beynəlxalq təşkilatın yanında olduğunu vurğulayan K.Əliyeva qeyd edib: "Prezident İlham Əliyevin apardığı uzaqgörən və müdrik xarici siyasətin nəticəsidir ki, NATO kimi mühüm alyans Azərbaycan-Ermənistan münasibətlərində ölkəmizin irəli sürdüyü ədalətli təklifləri dəstəklədi.

Prezident İlham Əliyev çıxışında və jurnalistlərin suallarına cavabında Zəngəzur dəhlizinin açılmasının zəruriliyini və bu dəhlizin əhəmiyyətini bir daha vurğuladı. Ermənistan ərazisindən keçməklə çəkiləcək dəmir yol xətti Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Ermənistanın Rusiya ilə dəmir yol əlaqəsinin yaranmasına da səbəb olacaq. Bu dəmir yolu xətti Ermənistan dövləti üçün də həyati əhəmiyyətə malik olacaq. Zəngəzur dəhlizi ilə avtomobil yolunun da açılması ən ümdə məsələlərdən biridir. Bu avtomobil yolunun tikilməsi və hansı istiqamətdən keçməsi barədə müzakirələr aparılacaq. Əgər Ermənistan tərəfi bu avtomobil yolu üzərində nəzarət sərhəd buraxılış məntəqəsi qurmaq fikrinə düşsə, Azərbaycan Laçın dəhlizində eyni addımlar ata bilər. Bu, beynəlxalq hüququn normaları çərçivəsində həyata keçirilən məsələ olacaq”.

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşdə sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli müvəqqəti işçi qrupunun yaradılması haqqında razılığa gəlinməsinə toxunan deputat bildirib ki, Azərbaycan tərəfinin hər zaman işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin təqdim olunması barədə qaldırdığı məsələ də görüşdə müzakirəyə çıxarıldı və Avropa İttifaqı bu məsələdə rəsmi Bakını dəstəklədi. Avropa İttifaqı bu istiqamətdə Azərbaycana texniki yardım etməyə hazır olduğunu da bildirdi. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi müzakirə edildi, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin açılması ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazır olduğunu bildirdi. İki ölkə arasında gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə də razılığa gəlindi.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi vurğulandı. Eləcə də dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində Avropa İttifaqının dəstək verə biləcəyini qeyd etdi. Xüsusi qeyd etmək lazımdır ki, Şarl Mişel açıqlamasında 2020-ci il 20 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarından irəli gələn bütün öhdəliklərin yerinə yetirilməli olduğunu diqqətə çatdırdı. Bu, Avropa məkanında da Prezident İlham Əliyevin Ermənistan üzərində tam siyasi qələbəsi idi.

K.Əliyeva diqqətə çatdırıb ki, Brüssel görüşlərindən əvvəl bir sıra xarici siyasi ekspertlər və erməni siyasətçilər guya Avropanın Paşinyanın tələblərini yerinə yetirəcəyini söyləyirdilər. Onların bu arzuları da puça çıxdı. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan oldu. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi. Bu, siyasətin nəticəsidir ki, hazırda dünyadakı siyasi və hərbi təşkilatlar Azərbaycanın mövqeyini qəbul edirlər.




Baxış sayı: 700
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031