FACT-INFO.AZ » XƏBƏR » MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı fikirlərə münasibət bildirib
11-12-2021, 07:50 | XƏBƏR
MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı fikirlərə münasibət bildirib

MEDİA-dan AZƏRTAC-a bildirilib ki, Medianın İnkişafı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunmuşdur.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilmişdir.

Qeyd olunan normaların məzmunundan göründüyü kimi qanun layihələrinin, o cümlədən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin ictimai müzakirəsinin təşkil edilməsi normayaratma orqanının, yəni, Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətindədir, müvafiq layihələr ya razılaşdırılmaya, ya da təsdiq olunmağa göndərildiyi andan açıqlanmalı olduğundan Milli Məclis bu istiqamətdə müddəaların yerinə yetirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq “Media haqqında” qanun layihəsini açıqlamış, onu media nümayəndələrinin, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının və bu məsələdə ictimai marağı olan digər şəxslərin müzakirəsinə təqdim etmişdir.

Məlumat üçün bildiririk ki, hazırda müvafiq qanun layihəsinin mətni ictimaiyyətin geniş müzakirəsindədir və onun ayrı-ayrı normalarının mahiyyəti, məqsədəuyğunluğu ətrafında çoxsaylı media nümayəndələri və ekspertlərini əhatə edən qarşılıqlı fikir mübadiləsi aparılmaqdadır.




Baxış sayı: 709
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30