FACT-INFO.AZ » AKTUAL » Mənsur Bərxudarov: “Belə layihələrin gerçəkləşməsi Azərbaycanla bərabər region dövlətləri üçün də çox faydalıdır”
6-12-2021, 17:30 | AKTUAL
Mənsur Bərxudarov: “Belə layihələrin gerçəkləşməsi Azərbaycanla bərabər region dövlətləri üçün də çox faydalıdır”

-Mənsur müəllim, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı keçirilmişdi. Aşqabad Sammitində qəbul edilmiş sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Bu barədə fikirləriniz necədir?

-Ötən dövrdə İqtisadi Əməkdaşlıq Təşkilatı əlaqələri genişləndirə bilmirdi. Nəhayət son illərdə bu təşkilatın fəaliyyətində xeyli irəliləyişlər var. Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş son toplantı çox effektli keçdi. Səmərəli təkliflər səsləndi. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionda sülh və təhlükəsizliyin təmin olunması, region ölkələrinin inkişafı üçün çox əhəmiyyətli platformadır. Bu əhəmiyyətli platformada Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı regionun gələcək inkişafına xidmət edən, bölgədə iqtisadi əməkdaşlığa töhfə verən Zəngəzur dəhlizi ilə bağlı məqamları iştirakçıların diqqətinə çatdırıb, qonaqlar məlumatlandırıldı. Bundan əlavə, üzv ölkələrin işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma layihələrinə investisiya ayırması üçün çağrışlar oldu. Bütün bunlar zəruri addımlar idi.

-Zəngəzur dəhlizinin reallaşması tranzit layihələrin icrasına və ümumilikdə regionda iqtisadi sabitliyə təsir imkanları ilə bağlı fikirləriniz necədir?

- Zəngəzur dəhlizinin iqtisadi, siyasi, strateji əməhiyyəti böyükdür. Belə layihənin gerçəkləşməsi Azərbaycanla bərabər region dövlətləri üçün də çox faydalıdır. Azərbaycan ərazisindən keçən və Avropa ilə Asiya arasında uzanan belə xəttlərin aktuallığı artmaqda davam edir. Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki, layihələrə 3 +3 sisteminə daxil olan ölkələrin (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Gürcüstan, İran) yeni əməkdaşlığana stimul verəcək. Digər tərəfdən belə mexanizmlər sülhə, sabitliyə yol açacaq. Bu amillərin müsbət təsir gücü Azərbaycan üçün çox önəmlidir. Çünki, ölkəımiz tranzit ölkə olaraq bu layihələrdən xeyli fayda götürəcək. Digər tərəfdən iqtisadi güc mərkəzi Avropadan Asiya regionuna keçir. Çinin və digər dövlətlərin maraq dairəsindədir ki, Azərbaycan ərazisində keçən tranzit layihələr gerçəkləşsin. Ölkəmiz hər zaman olduğu kimi milli maraqları çərçivəsində belə layihələrə töhfəsini verməkdə davam edir. Yeni yaranan geosiyasi reallıqları nəzərə alaraq onu da qeyd etmək olar ki, belə regional əməkdaşlığın dərinləşməsi və Azərbaycanın bu proseslərə töhfəsi qaçılmazdır. Ermənistanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməsi həmin ölkənin yeganə çıxış yoludur. Əks təqdirdə təcrid siyasətini davam etdirərsə, Ermənistanı daha ağır vəziyyət gözləyir.

-Yeni iqtisadiyyatın yaradılması perspektivlərini necə dəyərləndirmək olar?

-Yeni iqtisadiyyata keçid mövcud reallıqdan və tarixi zərurətdən irəli gəlir. Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bundan əlavə dünyamız rəqəmsal iqtisadiyyata doğru gedir. Rəqəmsal şəraitində yaşayan cəmiyyətlər yeni modelə keçir. Elmi ədəbiyyatlarda bu sənaye inqilabi kimi qeyd olunur. Əslində bu model cəmiyyətinin bütün inkişaf istiqamətlərini, sosial, iqrisadi, təhsil və digər məqamları özündə ehtiva edir. Bu həm də modern texnologiyalara əsaslanan bilik iqtisadiyyatıdır. Zamanın çağrışlarını nəzərə alaraq, mövcud olan potensialın düzgün dəyərləndirilməsindən sonra bu istiqamətdə addımların atılması gözləniləndi.

-Yeni iqtisadiyyatı yaratmaq üçün yetərincə kadr potensialı varmı?

-Təbii ki, kadr məsələsi ciddi məsələdir. Düşünürəm ki, bu sahə də boşluqlar var. Bizim ali məktəblərimiz bu boşluqları aradan qaldırmağa qadirdir. Bundan əlavə kadr hazırlığında peşə təhsili məktəblərinin fəaliyyəti zamanın tələblərinə uyğun tənzimlənməlidir. Yeni iqtisadiyyatda peşə təhsili vacib sahələrdən biridir. -İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə gedir. Həmin bölgələrə xarici sərmayələrin cəlb olunması prosesini necə dəyərləndirirsiniz?

- Qarabağda innovativ iqtisadi mexanizmlərin tətbiqi zərurətə çevrilmişdi. Azərbaycan dövləti artıq Qarabağda yeni iqtisadi mexanizmlərin tətbiqi üzərində çalışır. Bu prosesə dövlətlə bərabər yerli və xarici investorların cəlb olunması, quruculuq prosesində sahibkarlıq subyektlərinin töhfə verməsi çox əhəmiyyətlidir. Bu istiqamətdə ciddi addımların atılması effektli olacaq.

-Regional iqtisadiyyatın formalaşması istiqamətində müəyyən addımlar atılır. Ümumilikdə bu sahədə görülən işləri necə dəyərləndirirsiniz?

-Onu qeyd edim ki, kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Regionlarda sosial iqtisadi inkişafı sürətləndirmək, infrastukturu yeniləmək məqsədilə Dövlət Proqramları icra olunmaqdadır. Azərbaycanının kənd təsərrüfatı məhsullarının ixracı, xarici bazarların müəyyən edilməsi, marketinq və menecment işlərinin təşkili və digər məsələlər üzərində ciddi işlər aparılmalıdır. Xüsusilə, işğaldan azad olunan ərazilərimizdə aqrar bölmənin inkişafı hədəflər sırasındadır. Bütün bu məsələlər dövlətin dəstəyi ilə kompleks yanaşma nəticəsində öz həllini tapar. Təbii ki, görülən işlər Qarabağda və digər bölgələrimizdə aqrar sahənin inkişafı baxımından önəmli məqamlardır.

Fact-info.az




Baxış sayı: 1 036
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30