FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir
2-12-2021, 09:20 | XƏBƏR
Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir

Xüsusilə Zəngəzur dəhlizinin, digər koridorların, dəmir və avtomobil yollarının açılması ilə bağlı konkret tarixin göstərilməsi bu tədbirdə iştirakçı tərəflərin diqqətə alacağı ən vacib məsələlərdən biri idi. Bu, gələcəkdə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin bir çoxuna təsir edəcək yeni canlanmadan xəbər verirdi. Sənədlərdə də həmin məsələnin xüsusi olaraq əks etdirilməsi, həmçinin Zəngəzur dəhlizinin İƏT ölkələri üçün faydalı perspektiv vəd etdiyinin göstərilməsi gələcəkdə bu ölkələr arasında yeni layihələrin icrası istiqamətində irəliləyişə şərait yaradan amillərdir. Burada, eyni zamanda, qaz nəqli ilə bağlı razılşmaların əldə olunması müsbət tendensiya idi. Azərbaycan üçün ən vacib məsələlərdən biri Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonrakı vəziyyətdə İƏT-ə üzv ölkələrin birmənalı mövqe ifadə etməsi idi. Yekun sənəddə Qələbə münasibətilə Azərbaycana təbriklərin yer alması həmrəylik mesajı kimi də qiymətləndirilə bilər. Bu, İslam ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın ən yüksək səviyyəyə gəlib çatdığını göstərir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa ifadə edib.

Deputat bildirib ki, Azərbaycanın ikitərəfli görüşlərdə, xüsusilə İranla münasibətlərin tənzimləməsi istiqamətində əldə etdiyi uğurlu nəticələr Sammitin ən maraqlı tərəflərindən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda, Türkiyə Prezidentinin də Azərbaycanın haqlı mübarizəsinin onlar üçün dəyərli olduğunu və bunun bütün İslam dünyasına fayda gətirəcəyini bir daha söyləməsi bizim problemimizin həm türk, həm də İslam dövlətlərinin problemi kimi qəbul edildiyi mənasına gəlir. Ona görə Sammitin bu istiqamətlərdə uğurlu olduğunu deyə bilərəm”.

F.Mustafanın sözlərinə görə, Zirvə Toplantısında qəbul edilən Bəyanata əsasən üzv ölkələrin tezliklə proseslərə cəlbi ilə həm bölgənin dirçəlməsi, həm də siyasi əlaqələrin genişlənməsi baxımından faydalı olacağını proqnozlaşdırmaq mümkündür. Burada da Prezident İlham Əliyevin çıxışı zamanı Azərbaycanın bölgənin aparıcı dövlətlərindən biri kimi bir çox layihələrə müəlliflik etdiyini vurğulaması, digər müsəlman ölkələrinin də bu prosesdə əməkdaşlığa cəlb olunmasına yönəlmiş çağırışları anlayışla qarşılandı və Azərbaycan böyük dəstək qazandı.

“Əvvəlkilərdən fərqli olaraq, bu Zirvə Toplantısı bəlkə də Azərbaycanın ən çox dəstək qazandığı nüfuzlu beynəlxalq tədbirlərdən ən mühümü idi. Çox güman ki, yaxın gələcəkdə bölgə dövlətlərinin də Zəngəzur dəhlizinin açılması istiqamətində müxtəlif töhfələri olacaq. İndidən demək mümkündür ki, həm Ermənistana bu istiqamətdə təzyiq ediləcək, həm də prosesin həyata keçməsinə iqtisadi cəhətdən kömək göstəriləcək”, - deyə F.Mustafa fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 739
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031