FACT-INFO.AZ » XƏBƏR » “Qəhrəmanların igidlik salnaməsi gələcəyə miras ötürülməlidir”
21-11-2021, 08:55 | XƏBƏR
“Qəhrəmanların igidlik salnaməsi gələcəyə miras ötürülməlidir”

Yarandığı gündən dünyanın müxtəlif dillərinə tərcümə edilmiş dünyəvi elmləri əhatə edən elmi ədəbiyyatlar, həmçinin, dünya alimlərinin bir çox orijinal nəşrləri kitabxananın fondunda toplanaraq, etibarlı şəkildə mühafizə edilmişdir. Bütövlükdə, Mərkəzi Elmi Kitabxanada müxtəlif dillərdə - həm avropa, həm şərq dillərində iki milyona yaxın nüsxənin elmin müxtəlif sahələrinə aid dəyərli ədəbiyyatlar toplanaraq qorunmuş, bir əsrlik yaşı dönəmində daim oxucularının mütaliə tələblərinə müvafiq xidmət göstərərək ölkəmizdə elmin inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 aprel 2011-ci il tarixli Sərəncamı ilə dünya standartlarına cavab verən Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verilməsi dövlətin kitabxanalara, kitaba, elmə olan qayğısını bir daha sübut etdi. Həmin dövrdən başlayaraq, özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş elmi müəssisə olaraq, daima həyata keçirdiyi maarifləndirmə ideyası ilə cəmiyyətdə elmi inkişafın təmin edilməsi kimi qlobal missiyanı layiqli bir şəkildə reallaşdırmağa davam edir.

Mərkəzi Elmi Kitabxanada müasir texnologiyaların tətbiqi, klassik kitabxana xidməti modelinin təkmilləşməsi, bütün növ informasiya vahidlərinin (nəşrlər, əlyazmalar, mətnlər, arxiv və fond sənədləri, dövri mətbuat, notlar, audio və video yazılar, fotoşəkillər, rəsm əsərləri, muzey eksponatları, əşyalar, veb-səhifələr və s.) müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, elektron yaddaş bazasına daxil edilməsi vasitəsilə Milli Rəqəmsal Yaddaş formalaşdırılaraq yerli və xarici auditoriyaya çatdırılması baxımından demək olar ki, yeni bir fəaliyyət dövrünə qədəm qoymuşdur. Elektron kitab fondlarının və elektron arxivin təşkili müasir oxucunun tələblərinə uyğun hesablanmışdır. Ölkə daxili və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən müxtəlif kitabxanaların informasiya sistemləri arasında məlumat-biblioqrafiya və kitabxana işinin əlaqələndirilməsi, qiymətli nəşrlərin üzə çıxarılması, hesabatı və mühafizəsi, həmçinin, yerli və xarici kütləvi informasiya vasitələrində, Mərkəzi Elmi Kitabxananın sayt və nəşrlərində, digər sosial şəbəkələrdə kitabxananın fəaliyyətinin işıqlandırılması və təbliği kimi işlər də oxucu xidmətinin təkmilləşdirilməsinə xidmət edir.

Cəmiyyətdə elmi inkişafa təkan verilməsi hər bir aktual sahədə düzgün maarifləndirmə sisteminin qurulmasına, ictimai maraqların milli maraqlar dairəsində inkişafına səbəb olmuşdur. Tarix boyu, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradan amillər sırasında elm-tədris ocaqları, xüsusən də, müasir kitabxana sistemi önəmli rola malik olmuşdur. Gənc nəsildə tarixi keçmişinə maraq yaratmaq, bu keçmişi öyrənmək, araşdırmaq və gələcəyə ötürmək, milli dəyərlərə hörmət və ehtiramı aşılamaq elm-təhsil ocaqları ilə yanaşı, kitabxanaların da ən ümdə vəzifəsidir.

Vətənimizin ərazi bütövlüyü, siyasi müstəqilliyi, milli azadlığı uğrunda canından-qanından keçmiş hər bir Vətən oğlunun fədakarlığının unudulmaması, şərəfli bir tarixin gələcəyə ötürülərək qorunması milli yaddaşımız üçün olduqca önəmlidir. Bütün bu müqəddəs amalları əsas götürərək, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş möhtəşəm Qələbəmizi və 3000-ə yaxın şəhidimizin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmək üçün MEK yeni təşəbbüsə imza atdı. AMEA rəhbərliyinin, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü və bilavasitə köməkliyi ilə MEK-də “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradıldı.

Qeyd etmək istərdim ki, kitabxana sistemində yaradılan fond bu istiqamətdə qurulan digər fond və şöbələrin ilkidir. “Qarabağ müharibəsi qəhrəmanları” fondu yarandığı ilk gündən etibarən, Birinci və İkinci Qarabağ müharibəsi qərəmanlarının yaddaşlarda qalması, cəmiyyətimizdə aşılanması, təbliğ və tədqiq olunması, gələcək nəsillərə ötürülməsi istiqamətində bütün gücü ilə layiqincə fəaliyyət göstərməkdədir. Fonnda şəhidlər, qazilər, müharibə iştirakçılarının hər birinin döyüş və həyat yolunu əks etdirən mümkün olan materiallar (videolar, əlyazmalar, şəkillər), onların şəxsi kitablarından nümunələr, onlar haqqında gərəkli informasiyalar toplanaraq xüsusi qayğı ilə yerləşdirlir.

Şəhidlərimizin ailələri ilə mütəmadi şəkildə görüşlər keçirilir, onların xatirəsini əziz tutaraq doğum və anım günlərində məlumat xarakterli slaydlar hazırlanaraq kitabxananın monitorlarında nümayiş etdirilir, məzarları ziyarət olunur, lazımi məlumatlar toplanılır. Fondun əməkdaşları şəhid ailələrini çox zaman fonda dəvət edir, rəsmi və qeyri-rəsmi tədbirlərimizdə onları fəxri qonağımız kimi qarşılayır, həmsöhbət olurlar. Əməkdaşlar həm bir vətəndaş, həm də işçi kimi məsuliyyətli şəkildə Qarabağın tarixi, coğrafiyası, iqtisadiyyatı, milli-mədəni irsi və milli-mənəvi abidələrinin tarixini əhatə edən 1500-ə yaxın kitab, qəzet, jurnal və digər sənədləri, həmçinin Birinci və İkinci Qarabağ müharibəsinə dair dövrümüzün bütün materiallarının toplanması, hər iki müharibənin iştirakçıları haqqında olan dəyərli məlumatları, xüsusilə, şəhidlərimizin həyatını işıqlandıran materialların əldə edilərək fondda mühafizə edilməsini həyata keçirirlər.

Bununla da fond son 30 ili əhatə edən mübaribə tarixini canlı olaraq yaşamış və yaratmış müxtəlif yaşlı və müxtəlif taleli hər bir müharibə iştirakçısının qəhrəmanlıq tarixini sənədləşdirərək, hər kəsin istifadə edə biləcəyi istinad mənbəyinə çevrilib. Bütün bunlar dərsliklərin, kütləvi informasiya vasitələrinin- həm xarici, həm də yerli mətbuatın, digər qurum (məs. qəhrəmanlıq haqqında film çəkilişləri ola bilər) və təşkilatların, oxucu kütləsinin zəngin istinad nöqtəsi olaraq, qəhrəmanlıq tariximizin bütün zamanlar üçün sistemli şəkildə düzgün ötürülməsinə və dəyərləndirilməsinə imkan yaradır.

Vətənin qəhrəman oğulları ilə bağlı hər cür material - döyüşçüyə aid hər hansı əşya, xüsusi əhəmiyyətə malik həyat hekayəsi, onun arzuları, onu bu qədər qorxmaz və fədakar edən səbəblər, xüsusən də, keçdiyi döyüş yolu... bunların hamısının toplanaraq, fondda tarixi sənəd, dəyərli material kimi qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni emtəyə çalışırıq. Bu yolda hər kəsin köməyinə ehtiyacımız var. Xüsusən də əzəmətli bir tarix yaratmış müharibə iştirakçılarımız, əsgər və zabitlərimiz, onların ailələri, - biz bu tarixi qüruru sizin sayənizdə yaşayırıq. Bizim də borcumuzdur ki, sizin həqiqi qəhrəmanlığınızı olduğu kimi gələcək nəsillərə ötürək. Ötürək ki, Sizin gələcək nəsillər üçün etdiklərinizi, bu əvəzsiz zənginliyi onlar da bizim kimi hiss etsinlər. Ötürək ki, tariximiz unudulmasın. Çünki, tarixini bilməyən xalqın coğrafiyasını başqaları yazar, xəritəsini başqaları cızar.

Bir şəhid bacısı və bu ölkənin vətəndaşı kimi, qürurla deyə bilərəm ki, şəhidlərimiz Vətənimizin gələcəyi üçün əvəzsiz qəhrəmanlıq məktəbi yaradaraq, düşmənlərimizə möhtəşəm bir dərs verdilər. Canını, qanını, bütün arzularını Vətənə fəda edənlərin həqiqi qəhrəmanlıq hekayələri gələcək üçün həm qürur mənbəyidir, həm də əvəzsiz məktəbdir. Bu fədakarlığın, bu qorxmazlığın və igidlik məktəbinin gələcəyə ötürülməsi isə hər birimizin, eyni zamanda biz kitabxana işçilərinin vəzifə borcumuzdur.

Röksanə Səfərzadə AMEA Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları” fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı




Baxış sayı: 929
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Bu gün, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Bu gün, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Bu gün, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Bu gün, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Bu gün, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Bu gün, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Bu gün, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Bu gün, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Bu gün, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu gün, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı Dünən, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib Dünən, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb Dünən, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub Dünən, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur Dünən, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq Dünən, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır Dünən, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur Dünən, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir Dünən, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir Dünən, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN 8-08-2026, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib 8-08-2026, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN 8-08-2026, 10:30 Media və Yayım Şurası yaradılıb 8-08-2026, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31