FACT-INFO.AZ » XƏBƏR » Sakit Məmmədovun "Qarabağnamə"si
19-11-2021, 09:20 | XƏBƏR
Sakit Məmmədovun "Qarabağnamə"si

Bu il həmçinin mədəniyyət tariximizdə də bir çox uğurlu, yaddaqalan mədəniyyət layihələri, mədəni tədbirlər baş tutdu. Fikrimcə, bu tədbirlər siyahısında Xalq rəssamı Sakit Məmmədovun ərsəyə gətirdiyi möhtəşəm "Qarabağnamə" tablosunun təqdimat mərasimi xüsusi yer tutur. Özünəməxsus yaradıcılıq üslubu ilə seçilən, məxsusi yaradıcılıq dəsti-xəttinə malik, əsərləri ilə geniş tanınan, rəssamlıq sənətimizi beynəlxalq aləmdə uğurla nümayiş etdirən, dünya şöhrətli rəssamımız Sakit Məmmədov xalqımızın şanlı qələbəsinə həsr etdiyi, minillik tariximizi özündə əks etdirən, sanki özündə min bir naxış elementini sezdirən qədim xalçalarımızı xatırladan, olduqca heyranedici və diqqətçəkən tablo - "Qarabağnamə" əsərini yaratmışdır. Bu tablo özünün orijinal kompozisiya quruluşu, zəngin kolorit həlli və çoxfiqurlu obrazlar dünyası ilə seçilir və təsviri sənət tariximizdə müqayisə olunmaz uğurlu sənət əsərlərindən biridir.

Əsər bədii estetik təsir qüvvəsi və məna - məzmun tutumu ilə misilsiz əhəmiyyətə malikdir. Rəssamın bu tablosunu seyr edərkən doğma Azərbaycanmızın səfalı təbiəti, ecazkar təbii mənzərələri, şanlı tariximiz, tarixi qəhrəmanlarımız, dövlət xadimlərimiz, dastanlarımızdan süzülüb gələn qəhrəmanlıq səhnələri, nağıllarımızı xatırladan sirli-sehrli aləm gözlərimiz önündə canlanır. Sakit Məmmədov bu tabloda kətan üzərində rənglərin incə çalarları ilə Azərbaycan süitasını yaradıb desək, həqiqəti söyləmiş olarıq. Tabloya tamaşa edən seyrçi uzun müddət əsərin təsiri altında xoş duyğular keçirir, fərəhlənir, qürur duyur, fəxarət hissi yaşayır.

İncəsənət tariximizdə milli tarixi mövzularda yaradılmış təsviri sənət əsərləri azlıq təşkil edir. Təəssüf ki, bu bir reallıqdır. Bu baxımdan belə sənət əsərlərinin yaradılmasına böyük ehtiyac vardır.

Rəssam sanki təsviri sənət nümunəsi timsalında rənglərin dili ilə tarixi epopeyamızı kətanda canlandırıb. Çoxəsrlik tarixi qəhrəmanlarımızın, dövlət və mədəniyyət xadimlərimizin, minillik mədəniyyət nümunələrimizin diqqəti cəlb edən surətlərini bədii biçimdə, estetik zövq aşılayan formada kətanda məharətlə əks edib. Bu sənət əsərinin bir özəlliyi də ondan ibarətdir ki, tablo tamaşaçısına hicran, həsrət, dəhşət, qorxu, kədər deyil, qürur, inam, əzmkarlıq, rəşadət hissləri ilə dolu enerji bəxş edir. Qeyd etmək olar ki, bu əsər zəfər tariximizi özündə bütün incəlikləri ilə təcəssüm etdirən canlı həyat lövhəsidir.

Sakit Məmmədov təsviri sənət tariximizdə bir çox uğurlara imza atıb. Onun xarici ölkələrdə təşkil olunan fərdi yaradıcılıq sərgiləri, təltif olunduğu yüksək orden və medallar, mükafatlar rəssamın özünün şəxsi uğurları olmaqla yanaşı, həmçinin bütövlükdə ölkəmizin mədəniyyətinin dünyada layiqli təbliği istiqamətində qazanılmış uğurlardır.

Sakit Məmmədovun bədii yaradıcılıq fəaliyyəti haqqında sənətşünas və sənət adamları çox yazıblar, ən yüksək fikirlər söyləyiblər. Lakin inanırıq ki, rəssam hələ sonuncu, ən mükəmməl əsərini yaratmayıb. Bu, belədir. Rəssam hər an axtarışdadır, həmişə yeni sənət əsərləri yaratmaq eşqindədir. Bu yaradıcılıq şövqü onu daim yeni, daha mükəmməl sənət əsərləri yaratmağa ilhamlandırır. Biz də bu yolda Xalq rəssamı Sakit Məmmədova yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü




Baxış sayı: 762
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031