FACT-INFO.AZ » CƏMİYYƏT » Tarixi qardaşlıq yolu: Batum müqaviləsindən Şuşa Bəyannaməsinə
24-06-2021, 07:25 | CƏMİYYƏT
Tarixi qardaşlıq yolu: Batum müqaviləsindən Şuşa Bəyannaməsinə

Qardaş ölkələrin həyatının bütün sahələrini əhatə edən bu sənədin hər iki dövlətin bu günü və gələcəyi üçün son dərəcə böyük əhəmiyyət daşıması, onların və ən azı regiondakı müttəfiqlərinin qarşısında geniş perspektivlər açması barədə qısa müddət ərzində çox yazılıb, az qala bütün məqamlar təhlil olunub. Hələ neçə müddət də yazılacaq, deyiləcək və bütün incəliklərinə qədər təhlil olunacaq. Çünki bu Bəyannamə iki qardaş xalqın yenilməz iradəsinin ifadəsi, dostları sevindirən, düşmənləri ciddi narahat edən qətiyyətinin təntənəsidir.

Bu tarixi sənədin maddələri ilə tanış olanda ixtiyarsız olaraq yadıma 103 il əvvəl Azərbaycanın tamam fərqli bir durumda, real təcavüz və digər potensial təhdidlər qarşısında, gün fərqi olsa da, eyni, iyun ayında imzaladığı başqa bir tarixi sənəd düşdü. Osmanlı imperatorluğu ilə onda cəmi bir neçə gün əvvəl elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti arasında 1918-ci il iyun ayının 4-də bağlanan "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" imzalanmışdı. Bu sənədlərin ruhu oxşarlığı ilə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində əhatə etdikləri məsələlərin dairəsi də diqqəti cəlb edir. Onu da qeyd edim ki, Batum konfransında həmin dövrdə bütövlükdə Cənubi Qafqaz üçün taleyüklü olan məsələlər müzakirə edilmiş, bir neçə mühüm sənəd, o cümlədən, adını çəkdiyim dostluq müqaviləsi imzalanmışdı.

Batum konfransı Osmanlı dövləti və Zaqafqaziya seyminin nümayəndələri arasında 1918-ci ilin 11 may - 4 iyun tarixlərində keçirilmişdi. Konfransda Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq etdiyi Cənubi Qafqaz nümayəndə heyətinin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski də vardı. Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşanın da daxil olduğu Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi. Həmçinin, konfransa Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə qatılmışdı. Konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşenin təqdim etdiyi, Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən "Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsi müzakirəyə çıxarılmışdı.

Bu sənədə münasibətdə, xüsusi ilə ərazi və sərhəd məsələləri ilə bağlı Cənubi Qafqaz nümayəndələri arasında ciddi fikir ayrılıqları yarandığından müzakirələr xeyli uzanmışdır. Fərqli mövqelərin dərinləşməsi, müxtəlif xarici ölkələrdən dəstək almaq meyllərinin daha açıq ifadə olunması konfransın işinə ciddi əngəl yaradırdı. Belə ki, Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədikləri halda, gürcülər almanlarla apardıqları məsləhətləşmələrdən sonra fərqli mövqedə olduqlarını gizlətmir, ermənilər isə həmin layihəni tamamilə qəbul etmirdilər. Onların fikrinə görə, Osmanlı layihəsi ermənilərin də yaşadıqları bəzi ərazilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin (Üçkilsə) qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsini nəzərdə tutdurdu. Bu isə Cənubi Qafqazda Azərbaycanın mövqelərini birmənalı olaraq qüvvətləndirə bilərdi. Bütün bunlar Zaqafqaziya seymi və hökumətinin dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaranması ilə nəticələndi. Yeni siyasi durumda Batum konfransının yarımçıq qalması təhlükəsi yarandı. Lakin Seymin müsəlman fraksiyasının Batum danışıqlarının davam etdirilməsinə dair 1918-ci il 27 may tarixli qərarını digər tərəflərin də dəstəkləməsi konfransı uğursuzluqdan xilas etdi. Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri Batum danışıqlarının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr bağlanması ilə yekunlaşdı. Batum müqavilələri ilə Osmanlı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828-ci il sərhədlərini bərpa etdi.

Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün mühüm nəticəsi oldu. 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı dövləti ilə bağlanan ikitərəfli dostluq müqaviləsi (tarixə Batum müqaviləsi adı ilə düşüb) gənc Cümhuriyyətin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək oldu. Həmin vaxt Bakı Xalq Komissarları Sovetinin əksəriyyəti daşnak-bolşevik, erməni-rus qüvvələrindən ibarət qoşunları artıq Gəncəyə doğru yürüşə başlamışdılar. Həmin müqavilə türk əsgərinin Azərbaycana yolunu açdı. Qısa müddətdə Nuru paşanın komandanlığı ilə qardaş köməyinə göndərilən Qafqaz İslam Ordusu Bakını və Azərbaycanın digər ərazilərini düşmən qüvvələrdən təmizləyərək Şərdə ilk müstəqil, demokratik dövlətin qurulmasına mühüm zəmin yaratdı.

Müqavilənin tarixi əhəmiyyətini və bir çox maddələrinin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış Bəyannamənin maddələri ilə səsləşməsini nəzərə alaraq, detallı paralellər aparmadan Batum müqaviləsinin bəzi maddələrini oxucuların diqqətinə çatdırıram.

1-ci maddə. Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir.

3-cü maddə. Azərbaycan Cümhuriyyəti hökuməti ilə Ermənistan Cümhuriyyəti hökuməti arasında sərhədin təyini üçün tərtib olunan protokol Osmanlı hökumətinə təqdim ediləcək və o protokol, bu maddənin ayrılmaz bir parçasını təşkil edəcəkdir.

4-cü maddə. Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə, Osmanlı hökuməti, daxili intizam və asayişin təmini üçün, gərəkli silahlı qüvvəylə yardım edəcəkdir.

5-ci maddə. Azərbaycan Cümhuriyyəti hökuməti, sərhədləri daxilində heç bir qruplaşmanın təşkilinə və silahlanmasına imkan verməməyi və sərhədini keçən bütün qrupları tərksilah edərək dağıtmağı vəd edir.

9-cu maddə. Azərbaycan Milli Hökuməti beynəlxalq poçt və teleqraf ittifaqı müqaviləsinə qoşuluncaya qədər, Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında poçt və teleqraf işləri, bu müqavilə təsdiqnamələrinin qarşılıqlı təqdimindən etibarən, beynəlxalq Poçt və teleqraf ittifaqının müqavilə və nizamnamələrinə uyğun bir şəkildə təsis ediləcək.

10-cu maddə. Brest-Litovskda Osmanlı Dövləti və müttəfiqləri ilə Rusiya arasında bağlanan müştərək sülh müqaviləsinin hökmlərindən, bu müqaviləyə zidd olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq.

11-ci maddə. Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələri bir ay içində, yaxud mümkün olan ən qısa müddətdə Dərsəadətdə qarşılıqlı olaraq tərəflərə təqdim ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmişdir.

4 iyun 1334 (1918)

Müqaviləni Azərbaycan Xalq Cümhuriyyəti adından Məhəmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə, Osmanlı dövləti adından Xəlil Vahib paşa imzalamışdılar. Bu müqavilədə Azərbaycanda əmniyyət və asayişin qorunmasında Osmanlı dövləti tərəfindən istənilən əsgəri yardımın göstəriləcəyini təsbit edən maddənin olması hələ öz hərbi qurumlarını yaratmamış gənc respublika üçün son dərəcə müstəsna əhəmiyyət daşıyırdı. Müqavilənin şərtləri Azərbaycanı tamamilə təmin etməklə, onun xarici təcavüzlərdən müdafiəsinə əlverişli zəmin yaradırdı. Digər tərəfdən, bu müqavilə yalnız müdafiə və hərbi köməklik kimi həyati əhəmiyyətli bir məsələ ilə məhdudlaşmırdı, onun müddəaları bir sıra digər, siyasi, hüquqi və humanitar sahələrdə əməkdaşlıq məsələlərini də nəzərdə tuturdu.

Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələnin ilk dəfə rəsmi surətdə əksini tapdığı hər 3 Cənubi Qafqaz respublikası ilə bağlanmış müqavilə sərhədlərin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsi baxımından da xüsusi əhəmiyət kəsb edir. Batum konfransının yekunu kimi iyunun 4-də Gürcüstan Respublikası Osmanlı dövləti ilə "Sülh və dostluq müqaviləsi" imzaladı. Bu müqaviləyə əsasən, Batum, Ərdəhan, Ahıska və Ahalkələkin Türkiyəyə keçməsi təsdiq edilirdi. Bununla belə, Türkiyə tərəfi mayın 11-də elan etdiyi tələbləri bir qədər yumşaldaraq Abastuman və Askurun Gürcüstanda qalmasına razılıq verirdi. Doğrudur, Gürcüstan tərəfi müqavilə imzalandıqdan sonra Azərbaycan, Ermənistan və Türkiyə arasında gedən danışıqlarla bağlı bəyanat verdi. Bəyanatda qeyd edilirdi ki, bu ölkələr arasında sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi çoxtərəfli danışıqların obyektidir və bu məsələ öz həllini tapmalıdır.

Azərbaycan nümayəndəlrinin yardımı ilə Ermənistanla da 4 iyun 1918-ci ildə belə bir müqavilə bağlandı. Bu müqaviləyə görə, Ermənistan Brest-Litva müqaviləsinin şərtlərini qəbul edir, Eçmiədzin (Üçkilsə) və Aleksandropol Türkiyəyə keçirdi, habelə Türkiyə Aleksandropol-Culfa yolundan istifadə etmək hüququ əldə edirdi. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi və Ermənistan Transqafqazda cəmi 10 min kvadratkilometrə yaxın bir əraziyə malik dövlət idi.

Son olaraq qeyd edim ki, Gürcüstan və Ermənistanla imzalanmış müqavilələrə əsasən, Ermənistan və Gürcüstan respublikaları öz ərazilərində yaşayan müsəlman əhalinin təhlükəsizliyi, hüquq və azadlıqlarının təminatı barədə öz üzərlərinə təhəddüdlər götürürdülər.




Baxış sayı: 834
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031