FACT-INFO.AZ » İQTİSADİYYAT » "Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa töhfə verəcək"
8-12-2020, 16:55 | İQTİSADİYYAT
"Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa töhfə verəcək"

Fact-info.az-ın məlumatına görə, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani açılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkmənistan və Gürcüstana Lapis-lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi çərçivəsində əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolunu vurğulayıb.

Tədbirdə CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri region ölkələrində iqtisadi dayanıqlılığın təmin edilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın təşviq edilməsi barədə fikirlərini bölüşüblər.

Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və ölkəmiz əlverişli biznes və investisiya mühitinin yaradılması, beynəlxalq ticarətin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirir. Azərbaycan həmçinin, 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir. Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək.

2021-ci ildə Azərbaycanın CAREC Proqramına 3-cü dəfə sədrlik edəcəyini qeyd edən İqtisadiyyat naziri bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.

Konfransda “CAREC 2030” Proqramının nəticələri üzrə Çərçivə Sənədi, “CAREC Turizm Strategiyası 2030” və “CAREC Gender Strategiyası 2030” sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul edilib.

Qeyd: Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) 2001-ci ildə yaradılıb və Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanı əhatə edir. Azərbaycan 2003-cü ildən Proqramda iştirak edir.




Baxış sayı: 1 101
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30