FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır
14-07-2020, 07:10 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev xalqımızın Qurtuluş mübarizəsinin qalibi və yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək SSRİ-nin ölkəmizdə əsas dayağı olan Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb.

Y.Mahmudov əlavə edib ki, Heydər Əliyev nəinki görkəmli ziyalılarımızı, hətta istedadlı gənclərimizi də repressiyalardan, təqiblərdən qoruyurdu. Ötən əsrin 60-cı illərinin əvvəlində tələbə komsomol təşkilatının katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini pisləyən vərəqələr yaymışdı:"Hamımız qorxurduq ki, bu gənci məhv edəcəklər. Mənə dedilər ki, qapalı komsomol yığıncağı keçirim. Yığıncaqda DTK-dan gəlmiş Heydər Əliyev də iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin vəziyyətini yüngülləşdirmək, digər qrup isə onun universitetdən qovulmasını tələb edirdi. Yığıncaqda Heydər Əliyev bir saatadək çıxış etdi. Çox ibrətli çıxış idi və sonda iki cümlə ilə bu gəncin taleyini bütün təhlükələrdən qurtardı. O dedi: “Görürəm, burada yoldaşlarını cəsarətlə müdafiə edən sağlam gənclik çoxluq təşkil edir, onların bu gəncin tərbiyəsinə gücləri çatar”. Sonralar başa düşdük ki, bir nəfər xalqını sevən cəsarətli azərbaycanlının DTK kimi strukturda çalışması minlərlə övladımızın məhvolma təhlükəsindən xilası deməkdir. Mən sonralar da Heydər Əliyevin xalqımızın bir çox oğullarını, ziyalılarını repressiya qurbanı olmaqdan xilas etməsinin dəfələrlə şahidi olmuşam."

Y.Mahmudov deyib ki, 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində tənəzzüldən tərəqqiyə doğru böyük dönüş dövrü başlandı:"Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu".

Akademik qeyd edib ki, Mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti artırıldı. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.

Y.Mahmudovun sözlərinə görə, Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

Y.Mahmudov deyib ki, 1970-1985-ci illərdə- tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. İri sənaye müəssisələri işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Y.Mahmudov bildirib ki, bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır.

Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın milli ordusunun bünövrəsini hələ o zaman qoymağa başlamışdı. Ulu Öndər azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi təsis etdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü:"Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşduq. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi və ona dərhal sual verdi - tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi".

Akademik deyib ki, ulu Öndər hər il yüzlərlə gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinə nail oldu. Azərbaycanın gələcək inkişafına hesablanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI əsrin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Heydər Əliyevin gənclər siyasəti bu gün onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və gənclərimiz Şanxay, Harvard, Paris, Berlin və digər dünya universitetlərində təhsil almağa göndərilir:"Heydər Əliyevin sovet dövründə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlara məhəl qoymayaraq Heydər Əliyev 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz, məhz onun dəstəyi sayəsində, ilk dəfə olaraq, Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki DTK-nın təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik! Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ilk dəfə olaraq görkəmli sənət adamlarımızın böyük bir heyətinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi təkzibolunmaz tarixi faktdır".

Y.Mahmudov əlavə edib ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli oyanışının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

Dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin Vətənin, doğma xalqın işıqlı gələcəyi naminə hələ ötən əsrin 40-cı illərindən başladığı şərəfli mübarizə yolunu, inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycan Respublikasının davamlı yüksəlişini təmin edir. Dövlət başçımızın müdrik və cəsarətli siyasəti sayəsində ölkəmiz dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevrilib.




Baxış sayı: 1 112
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Bu gün, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Bu gün, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Bu gün, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Bu gün, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Bu gün, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Bu gün, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Bu gün, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Bu gün, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Bu gün, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Bu gün, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi Dünən, 20:30 Ruhun Bayraqla Yüksəlişi Dünən, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər Dünən, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb Dünən, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031