FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın xarici siyasət strategiyası: hücum diplomatiyasının uğurları
25-06-2020, 09:40 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın xarici siyasət strategiyası: hücum diplomatiyasının uğurları

Məlum olduğu kimi, iyunun 19-da Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti/Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib. Qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Xüsusi qeyd edilməlidir ki, əvvəllər Azərbaycanın ən böyük tənqidçilərindən biri olan Avropa Parlamenti bu gün ədalətli və obyektiv, Azərbaycanın Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının uğurlu nəticələrindən biri olaraq, beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyən sənədlər qəbul edir. Litvadan olan deputat Petras Auştreviçyus, həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa, Macarıstandan olan Attila Ara-Kovaç və çexiyalı Marketa Qreqorovanın iştirakı ilə hazırlanmış bu qətnamə əlbəttə ki, Azərbaycanın yeni diplomatik qələbələr siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının son dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn normalarına hörmət istiqamətində göstərdiyi prinsipial mövqeni də sərgiləyir.

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə dövlət və hökumət başçılarının videokonfrans vasitəsilə Sammitində iştirak edib. Dövlətimizin başçısı növbəti dəfə Ermənistanın faşist və işğalçı siyasətini həyata keçirən hökumətini açıq şəkildə ifşa edəcək konkret faktlar ortaya qoydu. Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransında olduğu kimi, bir daha Azərbaycan Prezidenti tərəfindən konkret faktlarla diplomatik nokauta salındı. Ard-arda baş verən proseslər - Dünya Bankının nümayəndələri ilə görüşdən başlayaraq Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki Sammitdə Azərbaycan Prezidentinin konkret mövqeyi və Avropa İttifaqının Azərbaycana münasibəti, eyni zamanda, yuxarıda qeyd olunan və Avropa Parlamentinin prinsipial mövqeyini əks etdirən, Ermənistanı açıq şəkildə Azərbaycan torpaqlarını işğal etmiş bir dövlət kimi, Azərbaycanı və azərbaycanlıları işğala məruz qalmış tərəf kimi göstərən faktlardan ibarət olan belə bir qətnamə ölkəmizin beynəlxalq münasibətlər sistemində hücum diplomatiyasının nəticəsində əldə etdiyi çox ciddi növbəti uğurlardan biridir.

Avropa Parlamenti münaqişə ilə bağlı öz münasibətini bir daha bu proseslə bildirdi. Amma buna qədər də bununla bağlı bəzi proseslər baş verib. Martın 31-də Azərbaycanın tarixi torpaqlarında keçirilmiş qondarma “prezident seçkiləri” və Avropa İttifaqı tərəfindən onun tanınmaması, eyni zamanda, “andiçmə mərasimi” kimi təlxək şousunun hazırlanması və bütün bunlara Avropa İttifaqı tərəfindən konkret mövqenin nümayiş etdirilməsi, əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha göstərməkdədir. Burada çox önəmli bir faktı qeyd etmək lazımdır ki, Ermənistan açıq-aydın diplomatik fiaskoya məruz qalmışdır. Bu da onun işğalçı, şovinist, faşist və rasizm istiqamətində həyata keçirdiyi siyasətin bariz nümunəsi kimi ortaya çıxmaqdadır. Onu da qeyd etmək lazımdır ki, Avropa Parlamenti kimi dünyanın aparıcı beynəlxalq təşkilatının Azərbaycanın ərazi bütövlüyünün və ərazi münaqişələrinin həllində Helsinki Yekun Aktında göstərilmiş dövlətlərin sərhədlərinin toxunulmazlığı kimi prinsipə istinad etməsi və bunu qətnaməyə daxil etməsi dünya birliyinin və xüsusilə də Avropa İttifaqının bu prosesdə, Moldovada, Gürcüstanda baş verən proseslər kimi Dağlıq Qarabağ münaqişəsində də əvvəlki mövqedən fərqli olaraq daha obyektiv, daha doğru, daha düzgün mövqedə olmasını bir daha göstərməkdədir.

Ermənistan hər zaman Helsinki Yekun Aktının xalqların müqəddəratı hüququnu əsas tutaraq Azərbaycanı beynəlxalq arenada tənqid etməyə çalışırdı. Amma hazırda Ermənistanın heç bir konkret hüquqi faktı və əsası yoxdur və ola da bilməz. Çünki torpağı işğal olunan Azərbaycandır, işğala məruz qalan Azərbaycandır, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycandır. Beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində əgər biz dünyanın bir çox ölkələrində öncə dövlətlərin ərazi bütövlüyü və daha sonra xalqların müqəddəratını təyin etməsindən söhbət ediriksə, əlbəttə ki, bu, Azərbaycana tətbiq olunmalıdır ki, nəhayət, bu məsələdə Avropa İttifaqı ədalətli, düzgün, obyektiv və prinsipial mövqe nümayiş etdirmişdir.

Bir daha qeyd etmək istəyirəm ki, bu, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin xarici siyasət strategiyasında hücum diplomatiyasının bütün mümkün forma və üsullarından istifadə etməsinin ən uğurlu nəticəsi kimi ortaya çıxır ki, bu gün biz bunu bir daha gördük və şahidi olduq. Əminik ki, Avropa İttifaqının bu qətnaməsi bir presedent təşkil edəcək. Azərbaycanın xarici siyasəti üçün daha güclü və daha geniş imkan verəcək ki, biz bundan sonrakı proseslərdə də, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Şurası və onun Parlament Assambleyası, həm də bir neçə ikili standartdan yanaşan və qərəzli mövqelər nümayiş etdirən beynəlxalq təşkilatlar üçün bu presedentdən istifadə edərək onların qarşısında ciddi faktları qoyub BMT-nin qətnamələri kimi ön plana çəkək. Bununla da beynəlxalq hüququn normalarının pozulması ilə şovinist, faşist və rasist siyasətə bilavasitə alət olan Ermənistan hakimiyyətinin atdığı bu iyrənc əməllərin hamısını ifşa etməkdə davam edək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu fəaliyyətində iştirak edən bir deputat kimi qeyd edirəm ki, Avropa Parlamenti, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatların son dövrdə Azərbaycana göstərdiyi obyektiv mövqe ilə yanaşı, eyni zamanda, bir çox təşkilatlar da var ki, bunlar müxtəlif dairələrin maraqlarını ifadə edərək Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. İkili standartlar, Azərbaycana gəlincə kiçik bir məsələni böyüdüb, şişirdib qlobal bir problem şəklində təqdim edən və faşist idarəetmə üsuluna sahib olan Ermənistana gəlincə isə mövcud böyük bir məsələni ört-basdır edən bu qərəzli beynəlxalq təşkilatlar əlbəttə ki, erməni maraqlarını və Ermənistanın hakimiyyətinin maraqlarını müdafiə edən addımlar atırlar. Əlbəttə ki, bütün bunlar hamısı bir daha dünyada ikili standartların mövcud olduğunu göstərir və Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, güclü olmanın, hücum diplomatiyasından maksimal şəkildə istifadə etmənin vacibliyini ön plana qoyur.

Bu gün Azərbaycan parlamenti öz işini müasir standartlara uyğun, eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri islahatlar proseslərinə uyğun şəkildə qurub. Yeniləşən Azərbaycan parlamenti qanunvericilik sahəsində olduğu kimi, beynəlxalq münasibətlər sistemi və Azərbaycanın xarici siyasət strategiyasında da parlament diplomatiyası olaraq aktiv şəkildə öz sözünü ortaya qoyur. Başda Milli Məclisin Sədri Sahibə Qafarova olmaqla, deputatlar da bu işdə fəal rol oynayırlar. Dostluq qruplarımız, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda nümayəndə heyətləri vasitəsilə hücum diplomatiyasından maksimal dərəcədə istifadə edərək fikirlərimizi ortaya qoymalı, Azərbaycanın mövqeyini parlament diplomatiyası və xalq diplomatiyası istiqamətində öz həmkarlarımıza çatdıraraq xarici siyasət prosesində parlament diplomatiyasının bütün imkanlarından istifadə etməliyik ki, ölkəmizin xarici siyasətinə dəstək olaq, ikili siyasətin və qərəzli yanaşmanın zərərlərini minimuma endirək.

Bir sözlə, bu gün Azərbaycan Prezidentinin əsasını qoyduğu xarici siyasət strategiyasında hücum diplomatiyası öz sözünü deyir. Biz uğurlu nəticələri qısa müddət ərzində əldə edirik. Hər birimiz dövlətimizin başçısının ətrafında sıx birləşərək addım atacağımız və mübarizə aparacağımız müddətdə daim uğur qazanacağıq. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz birlikdə güclüyük!.

Milli Məclisin deputatı Ramil Həsənin




Baxış sayı: 2 307
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Bu gün, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Bu gün, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Bu gün, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Bu gün, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Bu gün, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Bu gün, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Bu gün, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Bu gün, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Bu gün, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Bu gün, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi Dünən, 20:30 Ruhun Bayraqla Yüksəlişi Dünən, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər Dünən, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb Dünən, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031