Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytında iyunun 4-də yerləşdirilmiş materialda Ermənistan silahlı qüvvələrinin işğalçı ölkənin şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a daxil olan bununla bağlı məlumatda bildirilir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.
Baxış sayı: 928
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

