FACT-INFO.AZ » AKTUAL » Elman Nəsirov: Ermənistanda postpandemiya dövrünün kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil
24-04-2020, 07:50 | AKTUAL
Elman Nəsirov: Ermənistanda postpandemiya dövrünün kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil

Müəllif məqaləsində COVID-19 pandemiyasının artıq dördüncü aydır dünyanın gündəliyini müəyyən edən əsas məsələyə çevrildiyini yazır. Bildirir ki, bu fonda dünya gündəliyinin digər aktual məsələləri “strateji pauza” mövqeyindədir. Pandemiyanın səngiməsi və sonrakı “təslimi” reallığında “strateji pauza”nın pozulması labüddür. Bu halda nə qədər paradoksal olsa belə, tarixə çevrilmiş koronavirus mərhələsinin postkoronavirus dövrünün də siyasi, iqtisadi və təhlükəsizlik gündəliyini formalaşdıran əsas amillərdən birinə çevriləcəyi şübhə doğurmur. Məsələyə bu kontekstdə yanaşdıqda koronavirusa qədər olan münaqişələrin tənzimlənməsi prosesində müəyyən intensivliyin müşahidə olunacağını proqnozlaşdırmaq mümkündür.

Elman Nəsirov məqaləsində yazır: “Mümkünlüyü istisna olmayan digər həqiqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni reallıqların ortaya çıxması ilə bağlıdır. Haqqında bəhs edəcəyimiz bu yeni reallıqlar münaqişənin həlli prosesində həm sülh, həm də müharibə versiyasının bəlkə də heç zaman olmadığı səviyyədə aktuallığını artırıb. Ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini postpandemiya dövrünün yeni reallıqları şərtləndirir. Fikrimizi əsaslandırmağa çalışaq. Bu məqsədlə münaqişənin həlli perspektivləri ilə birbaşa əlaqəsi olan bir neçə vacib hadisənin üzərində xüsusi olaraq dayanaq. Vacib məsələlərdən birincisi odur ki, eks-prezident Serj Sarkisyan aprelin 16-da beş saat ərzində 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyəti ilə bağlı xüsusi “Deputat komissiyası” qarşısında ona qarşı qaldırılan ittihamlara cavab verməli olub. Həmin komissiyanın rəhbəri “Mənim addımım” adlı hakim blokdan olan deputat Andranik Koçaryan idi. Bu faktın özü artıq xeyli mətləblərə işıq saçır. Faktiki olaraq, Paşinyan hakimiyyətinin bu ilin iyun ayında “deputat komissiyası”nın işini yekunlaşdıraraq Serj Sarkisyanı da Robert Köçəryanın yanına-məhbəsə göndərəcəyinə həm Ermənistanda, həm də işğal altındakı Dağlıq Qarabağda ictimai fikir hazırlanmaqdadır. İstisna deyil ki, bu realıq Ermənistan və Dağlıq Qarabağ klanları arasında dərinləşməkdə olan mübarizəyə yeni ştrixlər əlavə edə bilər. Bu yeni ştrixləri şərtləndirən digər ikinci vacib hadisə isə Dağlıq Qarabağda separatçı rejimdə keçirilən qondarma “prezident seçkisi”nin qalibi statusuna, 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Araik Arutunyan yüksəldilib. Aprelin 19-da baş nazir Nikol Paşinyan onu İrəvanda təbrik edib. Dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü də bu qondarma “seçkilər”in nəticələrini tanımayıb”.

Məqalədə bildirilir ki, Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyil. O iki hissəyə: Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünüb. Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Bu halda Nikol Paşinyanın “parçala, hökm sür” klassik prinsipinə istinad edərək klanın bir hissəsinin mənafeyini nəzərə alıb onların təhlükəsizliyinə və gəlirlərinə zəmanət verməklə qeyri-loyal olan digər qanadına qarşı amansız mübarizə aparacağını söyləmək mümkündür. Daha sonra isə dəstək verdiyi hissənin öz daxilində də yenidən təmizləmə kampaniyası aparacağı labüd görünür. Bu prosesin Qarabağ klanı daxilində tam loyal təbəqənin formalaşacağı zamanadək aparılacağı şübhə doğurmur. Məqsəd bu klanı təkləyib hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Məsələyə bu kontekstdə yanaşdıqda Qarabağ klanının zirvəsində olmuş şəxsin- separatçı rejimin keçmiş “prezident”i Bako Saakyanın nümayişkaranə şəkildə həbsinin olacağı istisna edilmir. Bu həmin klanın “ipə-sapa yatmayan” iddialı simalarına ibrət dərsi vermək anlamını özündə əks etdirən addım ola bilər.

Deputat yazır: “Bu məsələdə üçüncü vacib amil isə aprelin 21-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videoformatda keçirilən görüşündən əvvəl verdiyi bəyanatla bağlıdır. Belə ki, S.Lavrov görüşdən əvvəl A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkil etdiyi dəyirmi masada çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, danışıqlar masası ətrafında Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən sənədlər müzakirə olunur və həmin sənədlərin imzalanması BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunmasında mühüm addım olardı. Lavrovun bu bəyanatı Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və əgər bu, dezinformasiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti, ilk növbədə, Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyanın Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab edilə bilər. Bundan başqa, Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və həmin kadrlarda onun tez-tez öskürməsi, butulkadan su içməsi və bu kontekstdə onun koronavirus daşıyıcısı olmasını təbliğ edən videogörüntülərin sosial şəbəkələrdə yayılması, əslində, hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun fəlakətli səviyyədə aşağı düşməsinin göstəricisi hesab oluna bilər”.

Elman Nəsirov dördüncü amilin Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsinin sonuncunun radikal və ritorikaya söykənən davranışını şərtləndirdiyini vurğulayır. Bildirir ki, Zöhrab Mnatsakanyan bəyan edib ki, yalnız 2014-cü və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olmuş, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməmişdir. Hazırda danışıqlar stolunda heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistan heç bir birtərəfli güzəştlərə getməyəcək və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz. Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kövrək olan danışıqlar prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürist fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçı obrazının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış etmişdir. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalqı”nın müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümkün hücum əməliyyatlarına qarşı qeyri-mütənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.

Müəllif yazır: “Göründüyü kimi, Ermənistan rəhbərliyi və onun himayəsində olan separatçı rejimin münaqişənin həlli ilə bağlı mövqeyi koronavirus dövrü kəsiyində artan hərbi ritorikası ilə seçilməkdədir. Belə isə, postkoronavirus dövrü münaqişənin həlli ilə bağlı hansı perspektivləri vəd edir? Əslində, biz ikinci dəfə bu ritorik suala qayıdırıq. Yuxarıda təqdim və təhlil etdiyimiz hadisə və proseslər, əslində, bu mürəkkəb suala cavab vermək üçün baza yaratmaq məqsədi daşıyırdı.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edə bilərik. Bu variantı şərtləndirən əsas amil koronavirus pandemiyasının yaratdığı yeni dünya iqtisadi böhranı və onun Ermənistan üçün dağıdıcı iqtisadi fəsadları ilə bağlıdır. Təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Onsuz da kasıb həyat tərzi sürən erməni əhalisinin dilənçi kökünə düşməyəcəyinə inananlar barmaq sayı qədər qalıb. Belə hallarda Ermənistana dayaq olan erməni lobbisi də özünün pis günlərini yaşayır. Xüsusilə, Rusiyadakı erməni mənşəli kiçik və orta biznes nümayəndələrinin başı öz problemlərinə qarışdığından onların həmvətənlərinə maddi dəstək göstərmək imkanları qeyri-realdır. İstənilən halda koronavirus pandemiyasının birbaşa təsiri altında Ermənistanın əvvəlki kimi xaricdən maliyyə dəstəyi almaq imkanları dəfələrlə məhdudlaşacaq. Bu proses artıq başlanmışdır. Bu vəziyyət Nikol Paşinyanı ədədi deyil, həndəsi silsilə ilə seyrələn sosial dayaqlardan tam məhrum etmiş ola bilər. Bu halda Nikol Paşinyanın yubanmadan təxirəsalınmaz addımlar atması tarixi zərurətə çevrilə bilər. Şekspir dilemması qarşısında onun manevr imkanlarının heç zaman olmadığı səviyyədə daralması uzaq olmayan perspektivdə Paşinyanın siyasi intiharını şərtləndirə bilər. Siyasi labirintə düşən Ermənistanın baş nazirinin yeni şəraitdə “buzunun əriməsi” yeganə fiziki və siyasi nicat yolu kimi alternativsiz variant təsiri bağışlayır. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu barədə dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər”.

Milli Məclisin deputatı bunun gec olacağı təqdirdə ikinci variantın, yəni, müharibə versiyasının alternativsiz göründüyünü qeyd edir. Diqqətə çatdırır ki, Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni, “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürist davranışların artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilib. Bu vəziyyətdə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.

Elman Nəsirov məqaləsinə yekun vuraraq bildirir ki, COVID-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya “göyərçin” obrazına, ya da “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də postpandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə “məxməri” olmaya da bilər...




Baxış sayı: 1 143
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930