FACT-INFO.AZ » CƏMİYYƏT » Elm Tarixi İnstitutu fəaliyyətini onlayn rejimə uyğunlaşdırıb
18-04-2020, 09:55 | CƏMİYYƏT
Elm Tarixi İnstitutu fəaliyyətini onlayn rejimə uyğunlaşdırıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar öz fəaliyyətlərini onlayn rejimə uyğunlaşdırıblar.

Koronavirus pandemiyası səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən İnstitut əməkdaşları müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar.

Hazırda Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli “Azərbaycanda tibbi biliklərin tarixi” mövzusunda işlədiyi kitab üzərində çalışmalarına davam edir. Ötən karantin günlərində İnstitut direktoru Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun 2020-ci il üzrə onlayn keçirilən illik konfransında “Sovet dövrü Azərbaycan tibb alimlərinin tarixi – elmi bioqrafiyalarının hazırlanması” adlı məruzə ilə iştirak edib. Məruzə konfransın materiallarında nəşr ediləcək. Eyni zamanda, M.Seyidbəyli 31 may 2020-ci il tarixində İtaliyada “Elm və texnologiya tarixi” mövzusunda onlayn keçiriləcək 26-cı Beynəlxalq elmi konfransa “N.Tusininin “Risale at tibb” adlı məqaləsinin xülasəsini təqdim edib. İnstitutun digər əməkdaşı Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Amerika-Türkiyə münasibətlərində erməni soyqrımı” mövzusunda hazırladığı kitabın tədqiqat işləri ilə məşğuldur.

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsilin inkişafı” adlı plan işini yazaraq başa çatdırıb.

Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev də öz növbəsində “Azərbaycan tarixinin farsdilli qaynaqları” və “Orxon abidələri: qrammatika, transliterasiya, uyğunlaşdırma, qeyd və şərhlər” mövzularında yeni araşdırma işinə başlamış, “Mirzə Rəfianın “Dəsturül-müluk” əsəri Azərbaycan hüquq tarixinin öyrənilməsi kimi”, “The Characteristics of science in period of İlkhanates”, “The work of “Zeyl-i tarikh-i Guzida” of Zeynalabidin Muhammad Qazvini (translation and explanations)” adlı elmi məqalələrini bitirərək çapa təqdim etmişdir. Gənc alim, həmçinin türkologiyaya həsr olunmuş onlayn seminarda da iştirak edərək, “Kitabi Dədəm Qorqudun araşdırılma tarixindən” mövzusunda məruzə ilə çıxış edib. Elmi işçilərdən – Aybəniz Osmanova “Azərbaycanda riyaziyyat elminin tarixi”, Vahab Fətəliyev isə “Persiya istilahı qədim və orta əsr mənbələrində”, mövzularında başladıqları kitablarla bağlı çalışmalarını davam etdirirlər.

Bu müddət ərzində Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov “İmmanuel Kant və müsəlman arif və filosofların təfəkküründə metafizik epistemologiyanın müqayisəsi”, “Fars dilində məsdər və kökləri cədvəlinin hazırlanması”, “Görkəmli Azərbaycan filosofu Molla Rəcəbəli Təbrizinin həyatı, yaradıcılığı, əsərləri və nəzəriyyələri haqqında”, Baş elmi işçi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədov “Azərbaycanın mülki prosessual hüquq elminin inkişaf tarixi”, “Konstitusiya məhkəməsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinin inkişaf tarixi”, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Məmmədova “Социальное государство: перспективы развития в мире и в Азербайджане”, “Azərbaycanda Sovet dövründə sosiologiya elminin inkişafı”, Tərcümə və informasiya şöbəsinin müdiri, elmi işçi Aynur Xubanova “Qloballaşma və mədəniyyət: Azərbaycan faktoru”, “Sov. İKP MK-nin arxiv materialları əsasında Azərbaycan dili”, elmi işçi, Baş laborant Solmaz Namazova ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası”, “Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu”, elmi işçi Aybəniz Osmanova “Avropada riyaziyyat elminin təşəkkülü və inkişafı (orta əsrlər - XX əsrin əvvəlləri)”, elmi işçi Röya Mirzəbəyova “Orta əsrlərdə dünyəvi elmlərin İslam mədəniyyətində birgəyaşayışa təsiri”, “Orta əsr İslam fəlsəfəsində əlkimya (ingilisdilli qaynaqlarda)” mövzularında elmi məqalələrini çapa təqdim etmək üçün hazırlayıb tamamlamışlar.

Qeyd edək ki, hazırda İnstitutun əməkdaşları Azərbaycanın tanınmış mütəfəkkirləri, görkəmli ədiblər – Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar keçirilməsi planlaşdırılan konfrans və seminar üçün material toplayır, habelə elmşünaslığla bağlı tədbirin hazırlıq işini davam etdirirlər.

Gülşən Məmmədoğlu

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi




Baxış sayı: 1 416
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30