FACT-INFO.AZ » AKTUAL » Serbiyalı ekspert: Azərbaycanın gördüyü tədbirlər ciddi və məsuliyyətli bir dövlətin gözlənilən hərəkətləridir
13-04-2020, 10:45 | AKTUAL
Serbiyalı ekspert: Azərbaycanın gördüyü tədbirlər ciddi və məsuliyyətli bir dövlətin gözlənilən hərəkətləridir

Bunu Trend-ə Geostrateji Tədqiqatlar Mərkəzinin direktoru (Belqrad, Serbiya) Draqana Trifkoviç deyib.

Serbiyalı politoloq hesab edir ki, Azərbaycan hökumətinin atdığı addımlar iş adamlarına və vətəndaşlara karantin rejiminin tətbiqi ilə bağlı problemlərin öhdəsindən gəlmək üçün çox kömək edəcək:

"Bunlar ciddi və məsuliyyətli bir dövlətin gözlənilən hərəkətləridir. Aydındır ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Koronavirusa yoluxanların sayı üzrə göstəricilərin az olması ölkənin yaxşı bir səhiyyə sisteminə sahib olduğunu göstərir".

D.Trifkoviç bildirib ki, ciddi tədbirlər görməyən ölkələrdə hazırda COVİD-19 virusuna çox sayda yoluxan var:

"Hesab edirəm ki, Azərbaycanda pandemiyadan əziyyət çəkən vətəndaşlara dəstək yaxşı təşkil edilib".

Ekspertin fikrincə, koronavirusla mübarizə tədbirləri cəmiyyətin tamamilə bütün sahələrinə təsir göstərir:

"Şübhə yoxdur ki, epidemiya başlamazdan əvvəl dünyada dərin siyasi, sosial və iqtisadi böhran yaranmışdı. Söhbət, ilk növbədə Qərb dünyasından gedir. Bu, beynəlxalq münasibətlərdə də özünü göstərib. Ola bilər ki, mövcud fövqəladə hallar əvvəlki illərdə ortaya çıxan bəzi problemlər nəticəsində təhlükəli sonluğun qarşısını alıb".

Trifkoviç düşünür ki, hər şey həm müsbət, həm də mənfi istiqamətdə gedə bilər:

"Bunlar beynəlxalq ictimaiyyətdən, daha doğrusu, problemləri həll etmək üçün hansı yolun seçiləcəyindən asılıdır. Biz belə bir nəticəyə gələ bilərik ki, beynəlxalq qurumlar son onilliklər ərzində səmərəli olmayıb".

Onun sözlərinə görə, artıq bu problemi aradan qaldırmaq imkanı var, ancaq bu, razılıq, anlaşma və əməkdaşlıq tələb edir.

Politoloq qeyd edib ki, epidemiyadan sonra dünya davam etməməli olan bir çox həll olunmamış münaqişələrə qayıdacaq:

"Ona görə böyük dövlətlər və ilk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri daha məsuliyyətli olmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər iqtisadiyyatı dayandırdığı üçün Qərbdəki iqtisadi böhran daha da intensiv bir mərhələyə girəcək. Bir çox insan işsiz qalacaq, bu da gələcək üçün ciddi strateji planlar tələb edəcək".

Ekspertin fikrincə, Rusiya və Azərbaycan ilk növbədə həqiqi suverenliyə və müstəqilliyə malik ölkələrdir:

"Düşünürəm ki, həm Azərbaycan, həm də Rusiya qarşıdakı problemlərə hazırdır. Son 20 il ərzində bu ölkələr bütün sahələrdə özünü bərpa edə, sabitləşdirə və abadlaşdıra biliblər".

D.Trifkoviç əlavə edib ki, həm Rusiya, həm də Azərbaycan özünü təmin etmək və inkişaf üçün əsas olan təbii sərvətlərlə zəngin ölkələrdir:

"Düşünürəm ki, Rusiya və Azərbaycanın qarşıdan gələn problemlərin qarşısını alması çoxdan siyasi, sosial və iqtisadi böhran yaşayan Qərb ölkələrindən daha asan olacaq. Moskva və Bakı üçün strateji enerji layihələrini həyata keçirmək vacibdir və əminəm ki, belə də olacaq".

Onun sözlərinə görə, dövlətlərin fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmasına kömək etmələri gözlənilir:

"Sabit və öz resurslarına sahib olan Azərbaycan kimi ölkələr üçün bu, daha asan olacaq. Amma mənbələrini idarə etməyən və zəif iqtisadiyyatı olan ölkələrin bunun öhdəsindən necə gələcəyi sual altındadır".

Trifkoviç COVİD-19 virusunun bəzi ölkələr arasındakı beynəlxalq münasibətləri dəyişdirəcəyini düşünür:

"Məsələn, Rusiya və Çin Avropanın bir çox ölkəsinə dərman və tibb işçiləri ilə kömək edərək böyük insanlıq və həmrəylik nümayiş etdirdilər. Ənənəvi olaraq, həmişə sadiq müttəfiqi olan Rusiyadan ən çox yardımı Serbiya aldı".

Politoloq xatırlatdı ki, pandemiya başlamazdan xeyli əvvəl, həll olunmamış münaqişələr daha böyük hal alacaq:

"Son illərdə dünya terrorizmin artması, nəzarətsiz miqrasiya, cinayətkarlığın geniş vüsət alması, insan alveri, silah və narkotik maddə ticarəti ilə üzləşib. Ən böyük təhlükə isə həddən çox sosial təbəqələşmə və yoxsulluqdan irəli gəlirdi. Bu cür narazılıq hər an asanlıqla daha təhlükəli bir şeyə çevrilə bilər. Digər tərəfdən, böyük dağıdıcı gücə sahib nüvə silahı dövrünü yaşayırıq. Bəlkə də yeni bir virusun yayılması daha təhlükəli şeyləri qabaqlayıb".

D.Trifkoviçin sözlərinə görə, uzun müddətli perspektivdə pandemiya müsbət nəticələrə də səbəb ola bilər:

"Hər şeyi yenidən başlatmaq üçün vaxt lazım olacaq. Bundan sonra, pandemiyanın nəticələrinə aid olan böhranın ikinci mərhələsinə girəcəyik. Bu mərhələdə diqqətimizi səhiyyədən iqtisadiyyata keçirəcəyik. Virusla əlaqəli bir problemin yenidən ortaya çıxması təhlükəsi mümkündür, lakin bu zaman təsiredici dərmanın tapılma şansı var".

Politoloq deyib ki, koronavirus bizi daha ciddi, məsuliyyətli və insanpərvər edərsə, bu, yaxşı bir başlanğıc sayıla bilər.




Baxış sayı: 957
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30