FACT-INFO.AZ » CƏMİYYƏT » Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin" dərgisində
14-02-2020, 09:15 | CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin" dərgisində

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəliyini ifadə edən və bu gün hər kəsin dilində aforizmə çevrilən "Bir millət, iki dövlət" müdrik tezisi hər an, hər məqamda təkrar-təkrar öz təsdiqini tapmaqdadır.

Bütün istiqamətlərdə bir-birinin yanında olan bu "bir millət, iki dövlət" xüsusilə milli-mənəvi dəyərlərimiz sisteminə, ədəbiyyatımıza, incəsənətimizə qarşılıqlı təsirin, qarşılıqlı təbliğin, qarşılıqlı qiymətin danılmaz faktlarını ortaya qoymaqdadır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin Türkiyədə müntəzəm təbliği bu sırada əsas yer tutur. Mən inamla deyə bilərəm ki, indi Azərbaycanın elə bir klassik nümayəndəsi, müasir çağımızda dünya miqyasına çıxarılmağa layiq olan elə bir söz sənətkarımız yoxdur ki, onların əsərlərinin Türkiyə nəşri olmasın və ya Türkiyədə təbliği prosesinə biganəlik olsun. Bu sırada Azərbaycan bədii söz sənətinin korifeyi, dünyasını dəyişməsi ilə milləti gözüyaşlı qoymuş Bəxtiyar Vahabzadə yaradıcılığı öndə gedir. Bəxtiyar Vahabzadəni Türkiyənin təkcə ədəbi-bədii ictimaiyyəti deyil, bütövlükdə ölkənin ən geniş dairəsi belə tanıyır və tanımaqdadır. Belə bir prosesə, belə bir tanıtıma ən yeni töhfələrdən biri də "Aylıq düşüncə və ədəbiyyat dərgisi" olan "Temrin" nəşridir. Ünlü naşir Şərəf Yılmazın rəhbərliyi ilə çap olunan bu dərgi özünün 2020-ci il yanvar nömrəsini Bəxtiyar Vahabzadəyə həsr etmişdir. Dərginin bu sayının adı: "Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə". Nəşrin ərsəyə gəlməsində Cavanşir Feyziyev, Səlim Babullaoğlu, Bəxtiyar Səlimovun xidmətləri xüsusi qeyd olunur.

Dərginin Bəxtiyar Vahabzadəni "Azərbaycanın istiqlal şairi" kimi dəqiq bir epitetlə təqdim etməsi oxucuda milli qürur hissi doğurur. Tale elə gətirib ki, Bəxtiyar müəllimin ideya, məslək dostları Xudu Məmmədov, Şirməmməd Hüseynov, Xəlil Rza Ulutürk, Nurəddin Rzayev, Şahmar Əkbərzadə, Zeynal Məmmədov kimi ictimaiyyətin bu gün də yaxşı xatırladığı yaradıcı bir ziyalı qrupun yanında olmaq mənim də qismətimə düşüb. Mən bu ziyalılar qrupunun Bakıda Xudu Məmmədovun mənzilindən tutmuş, Şuşadakı Cıdır düzünə qədər olan toplantılarında çox vaxt onların yanında olmuşam. Adını çəkdiyim adamların hər birinə Bəxtiyar Vahabzadənin nəşr olunmuş kitablarında ithaf şeirləri var. Mən o görüş anlarında sovet ideoloji kanonlarına belə sinə gərən Bəxtiyar müəllimin cəsarətinə həmişə heyran qalmışam. Bu cəsarət onun şeirlərində bəzən ezop dilində, bəzən açıq şəkildə özünü göstərirdi.

"Temrin" dərgisinin bizim bu böyük ədibimizi məhz milli istiqlal şairi kimi təqdim etməsi bir oxucu kimi mənim üçün qiymətli bir faktdır. Dərgidə Ulu öndərimiz Heydər Əliyevin, onun yaxın dostu və məsləkdaşı, çətin quruculuq günlərinin sirdaşı Süleyman Dəmirəlin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadə haqqında təqdim olunan fikirləri millət şairinin əsl qiymətinin təcəssümüdür.

Heydər Əliyev bu böyük şairin qiymətini belə ifadə edir: "Bəxtiyar Vahabzadə şəxsiyyəti və sənəti ilə xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, xalqı milli oyanışa dəvət etmiş, müstəqillik yolunda mücadilədə misilsiz bir rol oynamışdır. O, hər zaman müstəqillik vurğunu olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ziyalı olaraq xalqı müdafiə etmişdir".

Azərbaycanın yeni müstəqillik çağının ilk və çətin illərində Heydər Əliyevin sədaqətli dostu olmuş Süleyman Dəmirəl Bəxtiyar Vahabzadə sənətini Türk dünyasının mənəvi birliyi və yüksəlişinə xidmət edən poeziya kimi qiymətləndirir.

Milli-mənəvi dəyərlərimizə yüksək sevgi hissi və dövlət qayğısı ilə xalqın sonsuz hörmətini qazanmış Prezident İlham Əliyev Bəxtiyar Vahabzadəni ədəbiyyatımızda xüsusi yeri olan önəmli sima, mənəvi yüksəlişə, fəlsəfi məzmuna malik sənətkar kimi qiymətləndirir. Bütün bunlar "Temrin" dərgisinin türk oxucusuna təqdim etdiyi önəmli faktlardır.

Dərgidə Bəxtiyar Vahabzadənin bir sıra şeirləri, o cümlədən, "Ana dili", "Axı, bu dünya fırlanır", "Vətən marşı", "Azərbaycan-Türkiyə", "Mən türkəm", "Şəhidlər", millət fədaisi Şirməmməd Hüseynova həsr etdiyi "Körpü çaydan uzaq düşüb" kimi istiqlal əsərləri dərc edilib.

Dərginin ilk səhifəsi Bəxtiyar Vahabzadə kimi bir bədii söz sənətkarının yaradıcılığını və şəxsiyyətini qısa, lakin çox lakonik şəkildə təqdim edən buraxılışa dəstək hər kəsə - təşkilatçılara və yazı müəlliflərinə minnətdarlıq notları ilə açılır. Bunun ardınca Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəxtiyar Vahabzadəyə həsr olunmuş buraxılışın oxucular üçün, Bəxtiyar Vahabzadəsevərlərin hər biri üçün, habelə ədəbiyyatımız üçün önəmini vurğulayır və reallaşan bu maraqlı ideyanın müəlliflərinə sevgisini ifadə edir. Xalq yazıçısı Anar "Bəxtiyarlıq" sərlövhəli ədəbi essesində B.Vahabzadəni millətin sevimli övladı, xalq şairi, elm adamı kimi təhlil edir, onun hətta sovet dönəmində də öz poeziyasında milli istiqlal məfkurəsini ifadə edə bilməsini yüksək qiymətləndirir. Milli Məclisin üzvü, ziyalı zümrəsinə göstərdiyi təmənnasız qayğıları ilə hamımıza yaxşı tanış olan Cavanşir Feyziyev "Türk dünyasının sönməyən ulduzu" sərlövhəli yazısında Bəxtiyar Vahabzadəyə oxucu, xalq sevgisinin mahiyyətini açır və belə bir fikri xüsusi vurğulayır ki, bu gün hər bir oxucu onu öz yanında, ailəsində, evində hiss etməkdədir. Cavanşir Feyziyev belə bir həqiqəti də qeyd edir ki, Bəxtiyar Vahabzadə heç vaxt şairlik xətrinə şeir yazmadı, onun hər misrası fəlsəfi yük daşıyır və bu misralar millət üçündür. Türk dünyasının yaxşı tanıdığı akademik Nizami Cəfərov "Millət şairi Bəxtiyar Vahabzadə" yazısında onu "Azərbaycan xalqının bizim əsrimizdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri" kimi təqdim edir. Ədəbiyyatımızı dünyaya tanıdan akademik İsa Həbibbəyli "Milli istiqlal şairi Bəxtiyar Vahabzadə" məqaləsində şairi Azərbaycan poeziyasında orijinal şeirlər müəllifi olduğunu, sonra isə - iyirminci əsrdə Azərbaycan vətəndaşlıq lirikasının əsas qurucularından biri kimi qiymətləndirir. Akademik onun "Latın dili", "Azərbaycan-Türkiyə" və s. şeirlərinin mahiyyətini açır. "Ədəbiyyat" qəzetinin baş redaktoru, tədqiqatçı-alim Azər Turan "Bəxtiyar Vahabzadə haqqında oxunmamış səhifələrdən parçalar" əsərində Bəxtiyar Vahabzadənin ömrü boyu türkçü olduğunu, Türkiyə mətbuatının hələ sovet dönəmində ona verdiyi qiyməti birbaşa Türkiyənin populyar qəzetlərindən gətirdiyi faktlarla sübut edir. Ümumiyyətlə, Azər Turanın bu məqaləsi Bəxtiyar Vahabzadənin Türkiyə ədibləri ilə hələ 1970-1980-ci illərdəki əlaqələrinin tədqiqi baxımından da ciddi elmi əhəmiyyət kəsb edir.

Dərgidə Azərbaycan poeziyasının qüdrətli və orijinal poeziya məktəbinə sahib klassik şairimiz Rəsul Rza hələ 1975-ci ildə qələmə aldığı "Bəxtiyarlıq" essesində "bəxtiyarlıq" anlayışının orijinal təhlilini verir və anlayışın mahiyyətində yaradıcılıq zirvəsini önə çəkir. Və qeyd edir: "Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan poetik sənətkarlığıdır". Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Yaratdı inanc məni, mən inancın övladıyam" (1988) yazısı xüsusi maraq doğurur. Mən bu yazımın əvvəlində Bəxtiyar Vahabzadə və dostları qrupunda ara-sıra olmağımı qeyd etmişdim. Taleyimə düşən bu qismətin biri də Türk dünyasının böyük şəxsiyyəti Çingiz Aytmatovun Bəxtiyar müəllimin yubileyi ilə bağlı Bakıya gəldiyi günlər oldu. Bu "qrupun" üzvlərindən biri olan qardaşım Zeynal Məmmədovun hesabına mən də Çingiz Aytmatovun bizim şairimizə sevgisini, qiymətini hiss elədim. Onun dərgidəki "Yaratdı inanc məni, mən inancın övladıyam" essesi bu sevginin əsl ifadəsidir.

Dərgidə tanınmış tənqidçilər - Cavanşir Yusiflinin, Elnarə Akimovanın yazıları yer almışdır. Cavanşir Yusifli "Bir şeirin dedikləri və eşqə dair" məqalə - essesində şairin mövzu dünyası, yaradıcılıq üslubu üzərində dayanır, onun sevgi şeirlərinin mahiyyətini açır. Tədqiqatçı Elnarə Akimova Bəxtiyar Vahabzadəni vətənpərvərlik mövzusunu ən gənc yaşlarından önə çəkdiyini vurğulayır.

Qeyd edim ki, "Temrin"in tərtibçiləri maraqlı axtarışlar aparmış, Lev Qumilyov, Yavuz Akpinar, Cavad Heyət, Əhməd Şmide, Oljas Süleymenov, Yevgeni Yevtuşenko, Əhməd Bican Ercilasun, Mehmet Kaplan, Rimma Kazakova, Yavuz Bülənt Bakiler, İmamverdi Əbilov, Səlim Babullaoğlu kimi tanınmışların Bəxtiyar müəllim haqqında fikirlərini nəşrə salmışlar. Cəmi altmış səhifəlik "Temrin" dərgisi unudulmaz Azərbaycan şairinin istiqlal düşüncələrini, onun şəxsiyyətinə və poeziyasına müasirlərimizin verdiyi qiyməti çox maraqlı formatda oxuculara təqdim etmişdir.




Baxış sayı: 1 905
“Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər” Bu gün, 15:00 Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” Bu gün, 11:00 Naxçıvanda regional iqtisadiyyatı inkişaf etdirmək üçün görülən işlər Bu gün, 11:00 Tramp İrana qarşı dəhşətli sanksiya və iqtisadi müharibənin başlandığını elan etdi Bu gün, 10:30 Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN Bu gün, 10:00 “Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib Bu gün, 09:00 Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun! Bu gün, 08:30 Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir - XİN Dünən, 21:00 Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir Dünən, 17:30 Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər Dünən, 16:30 Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb Dünən, 16:30 Bu ölkənin televiziyaları siyasi atmosferi çirkləndirməklə məşğul olurlar Dünən, 15:30 Rusiya və Ukrayna "103-ün 103-ə" formulunda əsir dəyişdi Dünən, 14:00 Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz Dünən, 10:30 Azərbaycan şairinin kitabı ingilis dilində çap olunub Dünən, 09:30 Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 09:00 DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib 18-08-2026, 19:30 ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib 18-08-2026, 18:30 “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı sərgi təqdim olunub 18-08-2026, 15:00 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb 18-08-2026, 14:00 İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 18-08-2026, 12:00 Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb 18-08-2026, 12:00 Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar 18-08-2026, 11:30 TRT-nin “Azərbaycan rüzgarı” proqramı Xalq artisti Elza İbrahimovaya həsr olunub 18-08-2026, 09:30 Ərdoğan ilə Tramp arasında telefon danışığı olub 18-08-2026, 08:30 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib 18-08-2026, 08:00 Müslüm Maqomayevin xatirəsi yad edilib 17-08-2026, 19:00 Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var 17-08-2026, 18:30 Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər 17-08-2026, 17:30 Azərbaycan əhalisinin sayı açıqlandı 17-08-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31