FACT-INFO.AZ » AKTUAL » Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
15-12-2019, 15:05 | AKTUAL
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək

Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrix Azərbaycanın beynəlxalq münasibətlərdə rolu, multikulturalizm siyasəti, son vaxtlar ölkəmizdə həyata keçirilən islahatlar ilə bağlı AZƏRTAC-ın müxbiri Anar Allahverdinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab Xristian Yohannes Henrix, siz Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri kimi uzun illərdir ki, Qafqaz regionu ilə bağlı araşdırmalar aparırsınız. Almaniyada Qafqazı yaxından tanıyan elm adamı kimi Azərbaycanın beynəlxalq münasibətlərdə rolunu necə dəyərləndirirsiniz?

-Həqiqətən də Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli rola malikdir, Avropanın təhlükəsizlik siyasətinə mühüm töhfələr verir. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında fəal iştirak edir. Həmçinin üzvü olduğu GUAM vasitəsilə regionun təhlükəsizlik siyasətində xüsusi rol oynayır. Təbii olaraq, Azərbaycan ilə Türkiyə arasında da təhlükəsizlik məsələlərində sıx əlaqələr mövcuddur və bu əlaqələr, eyni zamanda, Azərbaycanın Qərblə münasibətlərini möhkəmləndirir. Bundan əlavə, ABŞ-la hərbi sahədə müxtəlif istiqamətlər üzrə birgə fəaliyyət, Pakistanla hərbi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi vacibliyini göstərir.

Azərbaycanın beynəlxalq arenada digər vacib rolu onun enerji siyasəti ilə bağlıdır. Avropa İttifaqı (Aİ) ilə qaz nəqlini özündə əks etdirən strateji sənədlərin imzalanması Azərbaycanın Aİ-nin enerji siyasətində vacib tərəfdaş olduğunu göstərir. Bununla Azərbaycan Avropada vacib əhəmiyyət kəsb etməklə yanaşı, əlavə təsir imkanları da əldə etmiş olur. Bakı-Tbilisi-Ceyhan neft, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu (TANAP) qaz boru kəmərləri kimi layihələr Azərbaycanın enerji siyasətinin önəmli hissələrini təşkil edir. Bu layihələr Avropanın enerji təminatında asılılığın aradan qaldırılmasına kömək göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya istiqamətində nəqliyyat dəhlizinin bir hissəsidir və mühüm infrastruktur layihə olaraq Avropaya açılan əlavə qapıdır.

-Son vaxtlarda Azərbaycanda dövlət idarəçiliyi sahəsində köklü islahatlar həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Prezident İlham Əliyev tərəfindən bu islahatların həyata keçirilməsi beynəlxalq aləmdə də müsbət qiymətləndirilən addımdır. Müasir düşüncəli, yüksək səviyyəli təhsili olan gənc kadrların vəzifədə irəli çəkilmələri ortaya tam fərqli yanaşma qoyur. Prezident Əliyev bu məsələdə çox doğru addım atır. İdarəetmədə həyata keçirilən islahatlar yenilənməyə gətirib çıxaracaq və beləliklə, Azərbaycanın uğurlu bir ölkə kimi daha da inkişafını təmin edəcək.

-Məlum olduğu kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Siz bu barədə nə düşünürsünüz?

-Aydın məsələdir ki, multikulturalizm çox vacib bir mövzudur. Qafqaz regionuna nəzər saldıqda, Ermənistanın monoetnik ölkə olduğunu görürük. Misal olaraq, Ermənistan ərazisindəki kürdləri göstərmək olar. Burada yaşamış əksər kürdlər demək olar ki, tamamilə o ölkədən köçməyə məcbur edilib, yerdə qalanları isə assimilyasiya siyasətinin qurbanı olublar. Eyni ssenari vaxtilə Ermənistanda yaşamış etnik azərbaycanlılar üçün də həyata keçirilib. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini beynəlxalq hüquq normalarına zidd olaraq işğal altında saxlayır. İşğal olunmuş ərazilərin sakinləri öz yaşayış yerlərini tərk etməyə məcbur edilib. Bu siyasət nəticəsində bu gün nə Ermənistanda, nə də işğal olunmuş Azərbaycan torpaqlarında heç bir azərbaycanlıya rast gəlinmir, bilavasitə etnik təmizlənmə və köçürülmə siyasəti həyata keçirilib. Azərbaycanda isə əksinə, 120 mindən çox erməni digər etnik azlıqlarla birgə yaşayır. Bir sözlə, Azərbaycan region üçün bir model ölkədir. Azərbaycanda tolerantlıq, multikulturalizmlə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Belə tədbirlər, xüsusilə də Azərbaycandakı tolerantlıq dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.




Baxış sayı: 1 061
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30