FACT-INFO.AZ » MÜSAHİBƏ » Heyif ki, səni qaytara bilmədim, doğma Laçınım
20-01-2016, 20:55 | MÜSAHİBƏ
Heyif ki, səni qaytara bilmədim, doğma Laçınım

Qarışaram bu yurdun ocağına, qoruna

Aldanmaram düşmənin hiyləsinə, toruna

And içirəm müqəddəs babaların goruna

Səbir, dözüm, dəyanət qeyrət mən, təpər mənəm – deyən Vətənin cəsur oğulları düşmənə cavab vermək üçün silaha sarıldılar. Uzun müddətdən bəri güllə səsi eşitməyən Laçın torpağı erməni quldurlarının döyüş meydanına çevrildi. Müasir silahlarla təchiz olunmuş erməni hərbi birləşmələri tez-tez azərbaycanlılar yaşayan kəndlərə soxularaq qətillər törədir, ot tayalarına od vurur, mal-qaranı sürüb aparırdılar. Əliyalın kənd camaatı isə bu vəhşiliyə son qoymaq üçün yenicə yaranmaqda olan özünümüdafiə dəstəsinə qoşulur, dəhrə, balta, yaba ilə düşmən üzərinə getməkdən çəkinmirdilər.

Düşmən qarşısında sinəsini sipər edən cəsarətli oğullardan biri də Qorxmaz Abış oğlu Eyvazov idi.

O, Sovet ordu sıralarından yenicə qayıtmışdı. Doğulduğu, boya-başa çatdığı Güləbird erməni kəndlərinin qonşuluğunda yerləşdiyi üçün düşmənin iç üzünə, hiyləgərliyinə yaxşı bələd idi. Ona görə də fürsəti fövtə vermədən kənd cavanlarını ətrafına topladı.

İstəkli yurddaşlarımız, yurdsevər soydaşımız Qarabağ qazisi Vüqar Salahov düz 5 il Qorxmazla çiyin-çiyinə vuruşub, nə gecələr yatıb, nə gündüzlər dincəlib. Gəlin, xatirəyə dönmüş dəhşətli anları onunla birgə vərəqləyək.

-Vüqar bəy, keçmişi, daha doğrusu, qan qoxulu günləri xatırlamaq nə qədər çətin olsa da, gəlin, bir anlıq geriyə boylanaq. Axı Qorxmazlı günlər orada qalıb?

-Siz məni keçmişə qaytardınız, o illərə ki, Qorxmazla əlimizdə ağac qoyun-quzu otarar, göy-göyərti yığardıq, bəzən də Həkəriyə kəllə vurub “kim çox üzə bilər”-deyə bəhsə girərdik, hələ balıq tutmağın ləzzətini demirəm. Ayaq tutduğumuz vaxtdan ta şəhid olduğu günə qədər ömür yolunu birgə addımlamışıq Qorxmazla. Onun 25 illik ömrünün hər anı yaddaşıma həkk olunub.

O, lap uşaqlıqdan qeyri adi bir qüvvəyə, gücə malik idi. Hiss olunurdu ki, tay-tuşlarından xeyli fərqlənir. Böyük-kiçiyə etiramla yanaşar, zarafatı xoşlamazdı. Deyirdi ki: “Zarafat dostu dostdan ayırar, zarafat uşağı böyüyün yanında hörmətsiz edər”. Orta məktəbi bitirəndən sonra Laçın Texniki Peşə məktəbini də birlikdə başa vurduq, hərbi xidmətə də birlikdə yollandıq. Mən Qazaxıstana, o isə Ukraynaya düşdü. Çernobıl qəzası baş verəndə məni də ora göndərdilər, bəlkə də taleyin qisməti imiş. Qonşu hərbi hissələrdə xidmət elədik. Tez-tez görüşürdük. Ordudan tərxis olunandan sonra mən polis bölüyünə yazıldım, bir qədər sonra isə Qorxmaz da polis mundirini əyninə geydi. Yenə də yolumuz birləşdi. Bu yol bizi düşmənlə savaşa – torpaqlarımızın bütövlüyü üçün mübarizəyə aparırdı.

-İlk döyüşünüzü necə xatırlayırsan?

-İlk döyüşümüz Laçının Mazutlu, Suarası, Malxələf  kəndləri istiqamətində olub. Əsgərlərimizin şücaəti, cəsarəti qəhrəmanlıq tarixi yazmaqla yanaşı, düşmən üçün göz dağına çevrilmişdi o gün. Elə təkcə Malxələfdəki döyüşdə Qorxmaz qorxmazlığın, cəsarətin simvolu kimi özünü sübut etdi. Ağır texnikanın köməyi ilə irəliləyən silahlıları yarıb keçmək mümkün deyildi. Tankın, PDM-in qarşısına avtomat və digər silahlarla çıxmaq nə qədər gülünc görünsə də, yurd sevgisi, vətən məhəbbəti bizə təkan verirdi ki, düşmənin sonuna çıxaq. Və hər zaman da ağır vəziyyətdən çıxmaq üçün Qorxmazın ağılagəlməz taktikaları işə yarayırdı. Bu dəfə də o, hündür bir ağacın başına çıxıb minaatanla düşmən PDM-ini nişan aldı. Elə ilk atəşlə ağır texnika alova büründü. Səddin yarılmağı əsgərlərdə əhval-ruhiyyəni xeyli gücləndirdi. Qorxuya düşən yaraqlılar silah-sursatı qoyub qaçmaqdan başqa çarə tapmadı. O gün bir PDM, minamyot və Qozbağı deyilən yerdəki sursat anbarı bütövlükdə ələ keçirildi.

Döyüşlər getdikcə şiddətlənirdi. Son vaxtlar Laçının Qazıdərəsi kəndi istiqamətində fəallaşan düşmən Suarası, Mazutlu kəndini ələ keçirməklə Qubadlı-Laçın yolunu nəzarətə götürmək istəyirdi. Qorxmaz düşmənin hiyləsini başa düşdüyü üçün məlum postlarda qüvvələrin sayını xeyli artırmışdı. Düşmən yavaş-yavaş irəliləsə də, qarşıdakı tələdən xəbərsiz idi.

Qızartı yüksəkliyi strateji əhəmiyyətə malik olduğu üçün erməni hərbi birləşmələri bir neçə ağır texnikanı məhz orada yerləşdirmişdi. Ətraf kəndlər həmin yüksəklikdən apaydın görsənirdi, ona görə də əliyalın insanların gediş-gəlişinə mane olurdu. Fəallığı, çevikliyi və cəsarəti ilə çoxlarından seçilən qorxmaz Qızartı yüksəkliyini geri qaytarmaq üçün cızdığı planı silahdaşlarıyla bir daha müzakirə etdi.

Laçın hərbi polis taboru yarananda Milli Ordu yox idi. Ona görə də bütün ağırlıqlar polisin çiyninə düşürdü. Qorxmaz nə gecə bilirdi, nə gündüz. Ordu yaranandan sonra o, həm də əsgərlərə qoşulub döyüşlərə gedirdi. Gorusla Xankəndini birləşdirən dəhliz düşmənin əlinə keçəndən sonra isə Qubadlı istiqamətindəki Laçın kəndlərinin müdafiəsində yaxından iştirak etdi. Suarası, Mazutlu, Mığıdərə ətrafında ən qanlı savaşlarda öndə oldu, qorxmadı, çəkinmədi. Elə bil ölümə meydan oxuyurdu Qorxmaz.

-Laçının itirilməsi ağır bir dərd idi onun üçün, sonuncu kəndin - Güləbirdin itkisinə dözə bilməyəcəyini dəfələrlə dilinə gətirmişdi. “Laçının qoxusunu Güləbirddən alıram, o qoxunu Uca Yaradan bizə çox görməsin” – demişdi  Qorxmaz.

-Biz Güləbirdi qorumalıydıq. Hər zaman  təhlükə gözlənilirdi. Çünki düşmən ağır texnika və canlı qüvvəni kəndin başı üstündə cəmləmişdi. Biz isə müqavimət göstərmək gücündə deyildik. Buna baxmayaraq, əhval-ruhiyyə yüksək idi. Gözlənilən hücum başladı. Ermənilər hər tərəfdən kəndi gülləbaran etdi. Qismən müdafiə mövqeyi seçib dirəniş göstərdik. Ancaq düşmən kəndə girə bilmişdi. Bəzi evlər alovlanırdı. Kəndin aşağısında Xəstəxana deyilən yer vardı. Ondan o tərəfə isə Qubadlı torpağı idi. Orada mövqe tutduq. Qorxmaz geri çəkilmədi. “Gedib nə deyəcəyik, deyəcəyik ki, neçə erməni öldürdük, neçə tank vurduq, kəndi niyə boşaltdıq, niyə çıxdıq” deyə özünü məzəmmətləyir, danlayırdı, sanki baş verənlərin günahkarı o idi. Gecəyə qədər oranı tərk etmədik. Erməni bölüyü Novruzalılar dərəsindən yenidən hücuma keçdi. Qorxmazın əmri ilə atəşi dayandırdıq. Yanan evlərin sayı artdıqca düşmənə qarşı tuşlanan nifrət topa-tüfəngə çevrilib hər tərəfi oda qalayacaqdı az qala. Elə ki, növbə yaxınlıqdakı evə çatdı (Sahibin evi idi) Qorxmaz hücum əmri ilə irəli atıldı, hər tərəfi gülləbaran etdik. Qaranlıqda vahiməyə düşən silahlılar mövqeyimizi dəqiq təyin edə bilmədikləri üçün hədəfdən yayına bildik. Qısa zamanda düşmənin xeyli canlı qüvvəsi və silah-sursatı məhv edildi. Sərt təpki qarşısında kəndi tərk etməyə məcbur oldular.  Hətta döyüşə tam yararlı tankı da apara bilmədilər. Obaşdan kəndə girdik. Heç kim yox idi.

Laçının bir çox kəndi və eləcə də Laçın dəhlizi düşmənin əlinə keçmişdi. Qubadlı ilə həmsərhəd olan kəndlər isə əvvəlki kimi əsgərlərimiz tərəfindən qorunurdu. İşğaldan bir müddət sonra bir neçə kəndi geri qaytaran döyüşçülərimiz Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək üçün əməliyyat hazırladılar. Gözlənilməz hücum düşməni pərən-pərən salaraq geri qaçmağa məcbur etdi. Əsgərlərimiz Laçının bir neçə kilometrlyinə qədər irəliləyə bildi. Təəssüf ki, silah-sursat çatışmazlığı irəli getməyə imkan vermədi.

-Qorxmaz mahir nişançı və peşəkar döyüşçü olsa da, hərbi təhsili yox idi. O, döyüşü ağlı, düşüncəsi və fəhmi ilə idarə edirdi. Sual ritorik səslənsə də məncə belə idi. Elə deyilmi?

- Namazov Qubadlı briqadasına komandir təyin olunandan sonra Laçına doğru hücum əmri verdi. Qorxmaz bu döyüşə həm də bələdçilik edirdi. Baldırğanlıda şiddətli döyüş getdi, hər iki tərəfdən xeyli itki vardı. Əsgərlər 35 saylı postda cəmlənmişdi. Qorxmazın gözlənilməz göstərişi ilə postu tərk etdik. Demək olar ki, bu bir an çəkdi, durduğumuz yeri gülləbaran etdilər. Qorxmazın göstərişi olmasaydı bəlkə də hamımız o dünyalıq idik. O, ali təhsilli hərbçi olmasa da, döyüşlərdə bişib-bərkimişdi. Polad kimi idi - əyilməz, məğrur. Ona görə də onunla keçirdiyimiz döyüşlərin heç birində uğursuzluq olmayıb.  Hətta Qızartıda ələ keçirdiyimiz silah-sursatın sayı-hesabı yox idi.

-Kəlbəcərin işğalından sonra Füzuli və Cəbrayıl istiqamətindəki uğursuzluq Laçın polis bölüyünə nə kimi təsir göstərdi?

-Artıq Laçın özünümüdafiə dəstəsi Laçın polisi ilə birgə Füzuli və Cəbrayıl istiqamətində xeyli uğurlara imza atmışdı. Hətta Cocuq Mərcanlıdakı döyüşlərdə qəhrəmanlıq tarixi yazan Qorxmaz Eyvazov bir erməni tankını və xeyli canlı qüvvəsini təkbaşına məhv etmişdi. Həmin döyüşdə quldurların sayı-hesabı bilinmirdi. Hər qarış torpaq üçün ölüm-dirim mübarizəsi gedirdi.

Laçının işğalından sonra il yarım ərzində Güləbird, Xanalılar, Suarası, Səfiyan, Mığıdərəsi uğrunda gedən döyüşlərdə demək olar ki, düşmənin bütün hücumlarına sinə gərdik. Ermənilər Füzuli-Cəbrayıl istiqamətində hücuma keçəndən sonra isə məcburiyyət qarşısında geri çəkilməli olduq. Çünki hər tərəfdən mühasirədə idik. Dislokasiya yerini Füzulinin Kiçik Bəhmənli kəndinə dəyişəndən sonra Laçın polisi yenidən səfərbər olunaraq döyüşlərə qatıldı.

Qorxmaz postu yenicə təhvil vermişdi. Qəflətən gələn xəbər hər kəsi ayağa qaldırdı. Xəbərdə deyilirdi ki, Kürdmahmudlu istiqamətindən hücuma keçən düşmən ordumuzun arxasına keçməyə çalışır. O zaman Daxili Qoşun Horadiz uğrunda əməliyyata hazırlaşırdı. Hərbi hissələrin əksəriyyəti Arazboyu istiqamətində idi. Ona görə də mühasirə təhlükəsi vardı. Vəziyyətin ağırlığını nəzərə alan Laçın taboru Kürdmahmudlu istiqamətindən ağır texnika ilə hücuma keçdi. Qəflətən qarşıda peyda olan silahlı bir dəstə sanki Qorxmazı ayıltdı: “Emənilərdi”- deyə baxışıyla silahdaşlarını başa salmağa çalışdı. Və ilk atəşi də özü açdı. Namərd gülləsi Qorxmazla çiyin-çiyinə vuruşan (Hacıqabul alayının əsgərləri idi) hər iki əsgəri yerindəcə susdurdu. Qorxmaz atəş istiqamətini müəyyənləşdirən kimi düşmən silahlısını məhv etməyi bacardı və  arxaya çevrilib: “Ə, qeyrətiniz olsun, bizim burada cəsədimiz qalmamalıdır, məni qoruyun ikisini də çıxaracağam” dedi.

O, sürünə-sürünə cəsədlərə doğru irəliləyirdi. Amma bilmirdi ki, düşmən gülləsi onu qarabaqara izləyir...

Deyilənə görə, son nəfəsdə var-gücünü toplayan Qorxmaz bircə kəlmə deyə bildi: “Heyif ki, səni qaytara bilmədim, doğma Laçınım”.

Qorxmaz Abış oğlu Eyvazov göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. O, cəsarəti, rəşadəti ilə nəsillərə örnək ola biləcək bir qəhrəmanlıq salnaməsi yazdı.

Ötərxan Eltac

 

 

 




Baxış sayı: 2 466
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930